SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Ruzbeh Səadəti tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Ruzbeh Səadəti tutuqlanıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal, mifologiya (osturəşünasi) və türk dili tədrisçisi Ruzbeh Səadəti tutuqlanıb.

 

Səadəti bu gün günorta vaxtı Güney Azərbaycanın Miyana şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutulub və naməlum istiqamətə aparılıb.

 

ETTELAAT məmurları azərbaycanlı fəalı tutarkən heç bir qanuni hökm təqdim etməyiblər. Məlumata görə, məmurlar Səadətini yaxalarkən, onu  müqavimət göstərdiyi üçün döyüblər.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal Miyana universitetinin məzunudur. O, hazırda daha bir ixtisas üzrə (iqtisad) Təbriz universitetində təhsil alır.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar