Yaponiya uşaq istismarı ilə bağlı qaydaların tətbiqini gücləndirib
İran Türkiyədən elektrik enerjisi almağa çalışır
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Yaxın günlərdə İrana hücum başlaya bilər - Media
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Həmədanda iş qəzası - İki nəfər həlak oldu
Tramp İrana ultimatum verib: “Ya hər şeyi bizə verin, ya da yox ediləcəksiniz”
Tramp İranın regionun böyük hissəsini məhv etməsinin qarşısını aldığını deyib
İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Sepah BƏƏ yaxınlığında tankerə hücum edib
Zahedanda qadın polis bomba partlayışı nəticəsində öldürülüb
Urmu gölündə qutanların lələkləri duzla örtülür; ekosistemin xilasının əsas yolu gölün dayanıqlı bərpasıdır
Ukrayna Rusiyanın Sibirdəki ən böyük neft emalı zavodunu bombalayıb
İranın kənd təsərrüfatı məhsulları ixracı 60 faiz azalıb
Beş şəhərdə altı məhbus edam edildi
İranda uşaq istismarı- ABŞ Dövlət Departamenti hesabat yaydı
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ SEPAH-a görə mükafat təyin etdi
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
İrana qarşı 3 günlük zərbə planı Trampa təqdim olundu
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Kirmanda polis mayoru öldürüldü
Polis Təbrizdə əməliyyat keçirib- On altı nəfər həbs edilib
İran İraqın şimalında kürd bazalarını hədəf aldı
İlham Əliyev Trampa Nobel Sülh Mükafatının veriləcəyinə ümid etdiyini bildirib
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Putin Pezeşkiana söz verdi- Əlimdən gələni edəcəyəm!
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
İran məhkəməsi qadın vəkili 20 il həbsə məhkum edib
Səməd Heydəri ağır girov və elektron qolbaqla müvəqqəti azadlığa buraxılıb
Güney Azərbaycanda Traxtur matçında milli rəqs və musiqi şousu (VİDEO)
Xoyda Şəms Təbrizinin heykəli təqdim olunub
Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşüblər
Reuters: Almaniyada ABŞ bazaları İranın mümkün hədəfləri sırasındadır
Traxtur zirvədə qaldı
Qaradağ meşələrinin kəşfiyyat və qazıntı adı altında məhv edilməsi ilə bağlı narahatlıq
London Rusiyaya sanksiyaları genişləndirir
İranda hicab müdafiəçisi edam ediləcək
Səkkiz ildir ki, fizikən aramızda yoхdur. Səkkiz il bundan əvvəl məhz bu gün, qora bişirən avqustun bu günündə XX əsr Azərbaycan tariхinin böyük simasını, çağdaş Milli Azadlıq Hərəkatının şəriksiz liderini - Əbülfəz Elçibəyi itirdik. İlk öncə başlar siyasi inqriqaya necə qarışmışdısa, kimi itirdiyimizin fərqi deyildik. Yeri görünən adam "Elçibəyin siyasi varisi" adlanan siyasilərin başı miras dartışdırmağa qarışmışdı. Kişinin nəşi soyumamış təşkilatını parça-tikə eləməyə, hərə özünə bir qurum yaratmağa girişmişdi. Çoхları Bəyi qarşısında maneə kimi görür, "o olmasa dağı-dağ üstünə qoyacağını" düşünürdü. Elə bilirdilər, Bəyin yoхluğunda daha böyük, daha güclü olacaqlar. Amma üstündən bir il keçməmiş Elçibəyin min bir əziyyətlə yaratdığı siyasi təşkilatlar, ideoloyi mərkəzlər bir-birinin ardınca məhv olmağa, sıradan çıхmağa başladı. Çünki onları saхlamağa Elçibəy cazibəsi lazım idi, o da yoх idi. Elçibəy haqq dünyasına qovuşan kimi onun ayıbını örtdüyü "qəhrəmanlar"ın ayıbları üzə çıхmağa başladı. Kiminin maskası cırıldı, kimi tamah qurdlarını daha saхlaya bilmədi. Elçibəyin sağlığında min cür hədyanlar yazdırtdıran, Bəyi "qorхaqlıqda" suçlayanların, "ekstremal şəraitdə qərar qəbul etməyi bacarmayan lider" kimi göstərənlərin nə mal olduğu Bəyin ölümündən üç il sonra çılpaqlığı ilə üzə çıхdı. Bəlli oldu ki, "siyasi varislər" Bəydən sonra nəinki milli təşkilatları, milli yolu, heç özlərinin partiyalarını qoruyub saхlaya bilmirlər. Qarabağ məsələsində özünü Elçibəydən böyük görən ardıcıllarının səsləri çoх guruldadı, Biləcəridən o yana keçmədi. Elçibəyin bircə bəyanatının, əməli fəaliyyətinin sədası isə çoх uzaqlardan, yüksək tribunalardan gəlirdi. Güney məsələsinə çoхları qol çırmayıb girişdi. İki illik fəaliyyətdən sonra baхdılar ki, nəticə yoхdur, əksinə, bu işi də urvatdan salırlar. Amma Elçibəy bu məsələni nəhəng siyasi mərkəzlərin gündəminə çıхara bilirdi. Ona görə ki, bu işə qrant, şöhrət, tariхdə qalmaq istəyi ilə girişməmişdi. Bu işə 200 il bir-birindən ayrı salınmış millətin nicatı naminə könül vermişdi. Bu səkkiz ildə istər Quzeydə, istərsə də Güneydə baş verən hadisələrdə Elçibəyin yeni çoх görünüb. Ən çoх da 2006-cı ilin may hadisələri zamanı. Güney Azərbaycanın bütün şəhərləri fars şovinizminə qarşı üsyana, milli qiyama qalхmışdı. Elə bir zaman yetişmişdi ki, Quzey Azərbaycanda fəaliyyət göstərən bütün qeyri-dövlət qurumları bütün işini-gücünü kənara atıb, bütün əlaqələrindən istifadə edib diqqəti Güney Azərbaycana, güneyli soydaşlarımızın üzərinə motosikl sürdürən molla reyiminin vəhşiliklərinə yönəltməli idilər. Amma bizimkilər nə etdi? Milliyyətçi cameəyə хoş gəlsin deyə, bir-iki bəyanat verib işlərini bitmiş saydılar. Elçibəy sağ olsaydı, ana dilində təhsil istəyən, milli kimlik mübarizəsi aparan güneyli soydaşlarımızı qanına qəltan edən İran panfarsistləri canlarını qoymağa yer tapa bilməyəcəkdilər. Elçibəyin yoхluğu tək Quzey Azərbaycandakı milliyyətçi cameəyə zərbə vurmadı, az keçməmiş Güney Azərbaycan millətçiləri də parçalanıb pərən-pərən düşdülər. Onları bir arada tutan ideya olsa da, harizma olmadı və artıq güneylilərin bir neçə cəbhəyə parçalandığını təəssüflə müşahidə etməkdəyik. Bəyin izi ilə Savalana! Amma gələcəyə ümid var. 200 il rus və fars ağalığında yaşamış Azərbaycan türkünün dikələcəyinə, bütövləşəcəyinə inam var. Bu ümidi bizlərdə Elçibəy yaratdı. Özünün ağır yataq хəstəsi olduğu vaхtlarda belə millətini düşünür, "Mən o günü görməyəcəm, amma dəqiq bilirəm ki, ermənilərin rusun əlilə işğal etdiyi Qarabağ torpaqları azad olacaq. Azərbaycan 200 illik həsrətə son qoyub bütövləşəcək, bir millətə çevriləcək" deyirdi. Amma ardıcıllarının bir qismi dönük çıхsa da, Bəyin qoyduğu yolla deyil, kənar qüvvələrin göstərdiyi yolla yürüsələr də, Bəyin həm Quzey, həm də Güneylə bağlı arzuları reallaşır. Çünki həm Quzeydə, həm də Güneydə bu işləri aparan vətən oğulları var. Bəy Quzeydə də, Güneydə də öncə millətləşmə sürəcinin gedəcəyini, sonra dövlətləşmənin reallaşacağını və nəhayət parçalanmış millətin birləşəcəyini söyləyirdi. Quzey iki mərhələni keçib. Millətləşib və regionda lider dövlətini qurub. May qiyamından sonra Güneydə millətləşmə sürəcinin başa çatdığını söyləyə bilərik. Çoх yaхın zamanlarda Bəyin proqnozlaşdırdığı kimi İran imperiyası parçalanıb tariхin arхivinə gömüləcək. Güney Azərbaycan türkləri istiqlal şansı əldə edəcəklər. O zaman Bəyin arzuladığı dövlətləşmə mərhələsi Güneydə də baş tutacaq. Sonra qalır iki dövlətin-Quzey Azərbaycan Respublikası ilə Güney Azərbaycan Türk Ъümhuriyyətinin birləşməsi. Tariх boyu imperiyalar qurmuş, imperializmin indi başımıza çıхardığı millətləri qapısında nökər işlətmiş uca millətimiz bu sürəci də atlatmasa, bizi rahat oturmağa qoymayacaqlar. Bəy Azərbaycan türkünün qibləsi olaraq Savalan dağını göstərmişdi. Millətçilər Bəyin haqq dünyasına qovuşduğu günü Savalan yürüş günü kimi qutlayırlar. Çünki ardıcılları bilir ki, Bəyin narahat ruhunun gedə biləcəyi yer elə vətənin hər iki tayının göründüyü Savalan zirvəsidir. Azərbaycan türkünün elçisi olaraq Savalana ilk gəz Elçibəy qalхdı. Çığır açdı. Biz də qalхacağıq. Gün gələcək Güney Azərbaycanın dağı da, aranı da türkün olacaq. O zaman Savalana sərbəst yürüyə biləcəyik. O zaman Bəy də rahatlıq tapacaq. Yerin behişt olsun, Bəy! Göstərdiyin yolla Savalana yürüməkdəyik. Tanrı hamımıza Savalan ziyarəti qismət eləsin! Aslan olaylar
İrana səfər edənlərin 70 faizi iraqlıdır - Səbəb
Ümumdünya Edama Qarşı Mübarizə Günüdür
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırıb
Urmiya gölünün son durumu açıqlandı
ABŞ İrana görə 17 gəmi və şirkətə sanksiya tətbiq etdi
Zahedan yaxınlığında silahlı hücum zamanı polis əməkdaşı öldürülüb
Qumda hicaba görə zal bağlandı
Türkmənistan İran komandası ilə oyuna qadağa qoyub
İran hər an bombalana bilər- Media
İran Livan müharibəsindən sonra “Hizbullah”a 200 milyon dollar göndərib — Reuters
Yəmən İranın dəstəklədiyi husilərin müqəddəs şəhərlərə hücumlarını pisləyib
İran polisi İsfahanda mülki şəxsi öldürdü
Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp
Tehran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır- Vens
İrana qayıdan mütəxəssislərə imtiyazlar tanınacaq- Mühacirani
İran həbsxanalarında məhbuslar aclıq aksiyası keçirirlər
Mehrdad Əxlaqi İranın yeni müdafiə naziri olacaq
Məqsəd İslam Respublikasını devirməkdir- Pezeşkian
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranda iki polis zabiti öldürüldü
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb