Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) “Washington Times” qəzetinin 6 yanvar (January) buraxılışında Stiven Blank adlı yazar ABŞ-a məxsus pilotsuz (xələbansız) təyyarənin İran tərəfindən ələ keçirilməsi, bunun ABŞ-ın müttəfiqlərinə və həmçinin İranın qonşusu kimi Azərbaycana olan təhlükələri barədə məqalə yazıb.
Stiven Blank ABŞ Hərb Akademiyası Kollecində strateji araşdırmalar institutunda professordur.
Həmin məqaləni ANN.Az-ın oxucularına təqdim edirik:
İranın ABŞ-ın pilotsuz təyyarəsini ələ keçirməsi bizi bəzi çətin, xoşagəlməz, ancaq fundamental (təməl, əsasi) təhlükəsizlik məsələlərini yenidən gözdən keçirməyə vadar edir. Əgər İran iddia etdiyi kimi, ABŞ təyyarəsini aşağı endirə bilirsə, bu, İran kəşfiyyatının pilotsuz təyyarəsinin komanda və nəzarət sistemini öyrənməyə və ona heç bir zədə törətmədən aşağı endirməyə qadir olduğunu göstərir.
Amma Obama administrasiyasının (hökuməti) dediyi kimi, pilotsuz təyyarə nasazlıq ucbatından yerə enibsə, İran böyük ehtimalla onun komanda və nəzarət sistemininin sirlərini rus və çin texniklərinin köməyilə öyrənəcək. Pakistan artıq ABŞ-ın etirazından sonra Usamə Bin Ladenin ələ keçirilməsi zamanı qəzaya uğrayan helikopteri geri qaytarıb. Biz İrandan da eyni hərəkəti gözləyirik. Ancaq bu ölkələr böyük ehtimalla bizim pilotsuz təyyarələrimizi necə istifadə etməyi öyrənəcək və bizi bu təyyarələrdən kəşfiyyat məqsədilə istifadə edib-etməməklə bağlı bir daha düşünməyə vadar edəcək.
İran bu sistemləri idarə etməyi öyrənsə, o, nüvə proqramına nəzarət etmək istəyən xarici kəşfiyyat qurğularının qarşısına çıxmaq qabiliyyətinə malik olacaq. Bu, İranın Körfəz ölkələrində və Yaxın Şərqdə kəşfiyyat nəzarət imkanlarını inkişaf etdirmək üçün əvəzsiz vasitə olacaq. Ancaq ABŞ (Amerika Birləşmiş Ştatları), İsrail, müttəfiqlərimiz olan Körfəz ölkələri və böyük ehtimalla Əfqanıstandakı Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri üçün olan bu mənfi nəticədən başqa, bu hadisənin Xəzər dənizi hövzəsində, xüsusilə də Azərbaycan üçün böyük mənfi nəticələri olacaq.
Hər bir Mərkəzi Asiya xalqı kimi, Azərbaycanın da İranla bağlı şübhələri var. Tacikistan radikal İslamçı təbliğatından ehtiyatlanaraq, öz tələbələrini İrandan geri çağırıb. Digər Mərkəzi Asiya dövlətlərinin heç biri də İranı Şanxay Əməkdaşlıq Təşkilatının üzvü kimi görmək istəmir, həmçinin onun nüvə proqramını dəstəkləmir. Onların hamısı İranın ölkələrində iğtişaş və terrorizm törətmə potensialından şübhələnirlər. İran həmçinin Azərbaycan, Qazaxıstan və Türkmənistanın Xəzər dənizində enerji istehsalını genişləndirmək cəhdlərinin qarşısını müntəzəm olaraq alıb.
Ancaq İranın ən açıq hədələri Azərbaycana yönəlib. Bu, Tehranın Bakının ABŞ, İsrail tərəfdaşı olmağından şübhələnməsinə görə deyil, Azərbaycanın İranın şimal-qərbində yaşayan azərbaycanlılar arasında etnik qarşıdurma yaratmaq və bu hissəni İrandan ayırmağa çalışdığından qorxmasından qaynaqlanır. Bu əsassız qorxu deyil. Sovet İttifaqı (Şurəvi) 1920-21, 1945-46-cı illərdə bunu etməyə çalışıb. Lakin azərbaycanlı azlıqların qorxusu İranın Azərbaycana etdiyi hədələr üçün daha çox bəhanədir. İranın əsl qorxusu Azərbaycanın ABŞ və İsraili dəstəkləməsi və ABŞ bölgədə əməliyyat keçirərsə Azərbaycanın onun üçün platformaya çevrilməsi ilə bağlıdır.
Faktiki (əməli) olaraq İran Azərbaycanı on ildən çoxdur ki, təhdid edir. İran Azərbaycanın Dağlıq Qarabağ ərazisinin ermənilər tərəfindən işğal edilməsini o dərəcədə dəstəkləyib ki, Ermənistan müntəzəm olaraq BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İrana qarşı olan sanksiyalarına (təhrim) veto qoyur. 2001-ci ildə İran Azərbaycanın Xəzər dənizində neft tədqiqatı aparan platformasını vurub. Dənizin qanuni statusunu (vəziyyət) müəyyənləşdirməyin qarşısını almaqdan başqa, İran həmçinin daim Azərbaycanı ölkəsində ABŞ bazasını (payqah) dəstəklədiyi təqdirdə, işğalla və digər naməlum hərbi əməliyyatlarla hədələyir.
Son zamanlarda ölkədəki şiə müsəlmanlarının hökumət əleyhinə olan etirazlarının arxasında İran fitvası olduğu açıq-aydındır.
İranın raket və peyk imkanları genişlənəcəyi və nüvə silahı əldə edəcəyi təqdirdə bu təhdidlər daha da qorxulu hal alacaq. İranın pilotsuz təyyarələrin kəşfiyyat, nəzarət və ondan istifadə etmə imkanları artdıqca, onun təkcə Yaxın Şərqə yox, həmçinin Mərkəzi Asiya və Qafqaz qonşularına olan təhlükəsi də artır.
Pilotsuz təyyarənin ələ keçirilməsinin siyasətçilərə və analitiklərə bir daha İranın təkcə Yaxın Şərq, İsrail, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə deyil, həmçinin İranla qonşu ölkələrə və ümumilikdə beynəlxalq təhlükəsizliyə qarşı böyük təhdid olduğunu yada salır. Bu texnologiyanın yayılması İranın nüvə silahı qədər böyük təhlükə olmasa da, onu kiçik təhlükə də hesab etmək mümkün deyil. Nəticədə İranın bu sistemləri mənimsəməsi onun Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyaya olan təhdidini əhəmiyyətli dərəcədə artıracaq. Amerika Birləşmiş Ştatları və bu ölkələr İran təhlükəsini nəzərə almalı və gözlə görülən təhlükəli vəziyyətə cavab verməlidir. ANN.Az
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib