SON XƏBƏRLƏR

Türkiyə prezidentinin səlahiyyət müddəti müəyyən olub

2021.10.20, 07:36
Türkiyə prezidentinin səlahiyyət müddəti müəyyən olub

Gunaz.tv

GünAz TV: Türkiyə Böyük Millət Məclisinin Konstitusiya (Anayasa)  Alt komissiyası ölkənin əsas qanununa müvəqqəti maddə şəklində “prezidentinin səlahiyyət müddəti 7 ildir” ifadəsi əlavə olunub.

AKP partiyasından olan İstanbul millət vəkili Mustafa Şentopun başçılığı ilə keçirilən komissiyanın iclasından sonra o, jurnalistlərə açıqlama verərək deyib ki, hazırkı prezidentin səlahiyyət müddəti 7 il olacaq. Ümumilikdə prezidentin səlahiyyətinə dair 3 maddə var. Qəbul olunan əlavə istisna xarakter (mahiyyət) daşıyır. 2007-ci ildə keçirilən referendumdan əvvəl prezident parlament tərəfindən 7 il müddətinə, yalnız bir müddətə seçilirdi. Referendumda qəbul olunan dəyişiklərə əsəsən, Türkiyədə prezident ümumxalq səsvermə yolu ilə 5 il müddətinə seçilir və bir şəxs iki dəfə seçilmək hüququna malikdir. Bununla bağlı köhnə qanun əsasında seçilən Abdulla Gülün səlahiyyət müddətinə müəyyən aydınlıq gətirmək lazım idi. Bir jurnalistin "Hazırki prezident bir daha namizəd ola biləcəkmi?" sualına Şentop “Xeyr olmayacaq” deyə cavab verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar