SON XƏBƏRLƏR

Saman Cahanpur həbs və şallaq cəzasına məhkum edilib

2021.10.20, 07:36
Saman Cahanpur həbs və şallaq cəzasına məhkum edilib

Gunaz.tv

GünAz TV: Təbrizin inqilab məhkəməsi tibb universitetinin öyrəncisi Saman Cahanpur barədə qərar çıxarıb.

 

Məhkəmə qərarına əsasən Saman Cahanpur 6 ay asılı (3 il müddətinə təliq) həbs və 20 zərbə şallağa məhkum edilib.

 

Qeyd edək ki, soydaşımız 2011-ci il sentyabrın 3-ü (1390-cı il şəhrivərin 12-i) Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşü zamanı Təbrizdə tutuqlanıb, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında 2 həftə ruhi-cismi işgəncələr altında saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar