Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
GünAz TV: Azərbaycan Prezidenti İlham Əliyev 31 dekabr (December)- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciət edib.
təbrikdə deyilir:
“Əziz həmvətənlər!, Hörmətli soydaşlar!
Xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeşlik və Vətənə sədaqətinin rəmzi olan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi səmimi qəlbdən salamlayıram.
Ümummilli liderimiz Heydər Əliyevin 20 il əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır.
Həmvətənlərimizin milli birliyinə xüsusi əhəmiyyət verən Azərbaycan hökuməti diaspor quruculuğu işini daim diqqət mərkəzində saxlayır. Bu ilin yayında Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi yolunda yeni mərhələnin başlanğıcını qoydu.
Qurultayda diaspor qurumlarının fəaliyyəti qiymətləndirildi, soydaşlarımızın mütəşəkkilliyinin və təşkilati çevikliyinin artırılmasına təkan verən mühüm qərarlar qəbul olundu.
Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsi olduqca fərəhləndirici haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhfələr verirlər.
Bu ilin yazında keçirilmiş nüfuzlu beynəlxalq mədəniyyət yarışmasında - “Eurovision - 2011” mahnı müsabiqəsində təmsilçilərimizin qazandığı qələbədə Avropa ölkələrində yaşayan soydaşlarımızın da payı olmuşdur. Ümidvaram ki, diaspor təşkilatlarımız bundan sonra da əldə edilən nailiyyətlərlə kifayətlənməyəcək, Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizlə əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara daha mütəşəkkil və təsirli cavab verəcəklər.
Əziz həmvətənlər!
Biz bu il dövlət müstəqilliyimizin 20 illiyini geniş qeyd etdik. Azərbaycanın 20 il ərzində nail olduğu uğurlar vətəndaşlarımızın əməksevərliyini, yüksək intellektual qabiliyyətini və qurub-yaratmaq əzmini bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Müstəqilliyin ilk illərində ölkəni bürümüş böhranlı vəziyyət, xalqımızın düçar olduğu çətinlik və məhrumiyyətlər indi arxada qalmış, yoxsulluq və işsizliyin səviyyəsi minimuma enmişdir.
Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur (zirsaxt, altyapı) layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Bu il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə qələbə qazanmış Azərbaycanı 155 dövlətin dəstəkləməsi dünya birliyinin ölkəmizə olan hörmət və inamının parlaq təzahürüdür.
Müasir dövrdə dünyada gedən proseslərin (prusə) axarı sürətlə dəyişir. Qlobal (kürəsəl), regional (bölgəsəl) və lokal (məhəlli, yerli) səviyyələrdə meydana çıxan problemlər, təhlükəli meyillər ağır iqtisadi böhranlara və sosial təlatümlərə yol açır, beynəlxalq əlaqələrə güclü təsir göstərir. Belə şəraitdə qazandığımız nailiyyətlərin möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması haqqında Prezident Sərəncamı məhz həmin sahədə perspektiv vəzifələrin və onların həlli yollarının aydın müəyyən olunmasına yönəlib.
Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı potensialı müəyyənləşdirdiyimiz yeni məqsədlərə çatacağımıza əminlik yaradır. Lakin hələ də qarşımızda həllini tapmayan vəzifə - Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma ocağına dönməsinin təmin edilməsi dayanır. Şübhə etmirəm ki, biz tezliklə bu çətin problemin də öhdəsindən gələcək, dünyanın gözü qarşısında törədilən işğala və haqsızlığa son qoyacağıq.
Əziz bacı və qardaşlar!
Qələbəyə, ədalətin təntənəsinə gedən yolu qısaltmağın vacib şərtlərindən biri də bizim birliyimiz və həmrəyliyimizdir. Ona görə də bütün azərbaycanlıları daha sıx birliyə, dünyada yaşayan soydaşlarımızın milli və vətəndaş haqlarının müdafiəsi, müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması və beynəlxalq nüfuzunun artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıram.
Bu sevimli bayram münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət, işlərinizdə uğurlar arzulayıram!”
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib