SON XƏBƏRLƏR

Suriyada İki gündə "200 adam ölüb"

2021.10.20, 07:36
Suriyada İki gündə "200 adam ölüb"

Gunaz.tv

GünAz TV: Suriyada iki gün davam edən toqquşmalarda 200 adam ölüb - fəallar belə deyir. Ölkədə zorakılığın gücləndiyi xəbər verilir.

İki fəal qrup təkcə çərşənbə axşamı ölənlərin sayının 84 olduğunu bildirib - onların çoxu şimal-qərbdəki İdlib əyalətində ölüb.

Homs şəhərində gülləbaran nəticəsində gənc oğlanın iki hissəyə bölünmüş cəsədini nümayiş etdirən video yayımlanıb.

Qanlı qırğınlar Ərəb Liqası (ittihadiyyə) monitorinqçilərinin (nəzarətçi) sülh təşəbbüsünün yerinə yetirilib-yetirilmədiyini yoxlamaq üçün ölkəyə gəlməsindən bir gün öncə törədilib.

BMT (Birləşmiş Millətlər Təşkilatı) bu ayın əvvəlində bildirmişdi ki, mart (March) ayında Bəşər əl-Əsədin istefasını tələb edən nümayişlər mart ayında başlayandan bəri Suriyada 5000-dən artıq adam ölüb.

Dəməşq bildirir ki, bu, ölkədə sabitliyi pozmaq istəyən"silahlı terrorçu qruplarla" mübarizədir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar