Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
GünAz TV: Ermənistandakı 102-ci hərbi baza (payqah), Dağıstandakı raket bazası, Xəzər donanması (navqan) yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib; Moskva ehtiyat edir ki, regionda (bölgə) ara qarışsa qarabağda da müharibə başlaya bilər.
Azərbaycanın sərhədləri boyu yerləşən Rusiya qoşun qruplaşmaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. “Nezavisimaya qazeta”nın yazdığına görə, bu addım İrana qarşı hərbi əməliyyatların tezliklə başlayacağı ilə bağlıdır. Rusiya Müdafiə Nazirliyindəki mənbələrdən qəzetə daxil olan məlumatda deyilir ki, Suriya və İran ətrafında yaranmış geosiyasi (jeopolitik) vəziyyət Moskvanı Cənubi Qafqaz, Şimali Qafqaz, Aralıq və Qara dəniz, habelə Xəzər dənizindəki hərbi qruplaşmalarının döyüş hazırlığını yüksəltməyə vadar edib. Bildirilir ki, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) dəstəyi ilə İsrailin İranın nüvə obyektlərinə (təsisat) zərbələr endirəcəyi “x günü”nün yaxınlaşdığı barədə Kremlə məlumatlar daxil olmaqdadır. Bu məlumatlara görə, zərbə qəfildən endiriləcək, təbii ki, Tehranın cavab zərbələri də özünü çox gözlətməyəcək. Rusiya hərbi çevrələrində hesab edirlər ki, İrana zərbələrin endirilməsindən sonra nəticələrini proqnozlaşdırmaq (öngörmək, pişbini) mümkün olmayan irimiqyaslı müharibənin başlaması da mümkündür.
Ermənistandakı rus qoşunlarında yerdəyişməsi
Qəzetin yazdığına görə, Rusiya İrana qarşı hərbi əməliyyatlar zamanı öz maraqlarını qorumaq üçün hərbi hazırlıqları hələ bir il əvvəl başladıb və hazırda bu hazırlıqlar başa çatmaq üzrədir. Müdafiə Nazirliyi bildirir ki, bu ilin oktyabr-noyabr (October- November) aylarında Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası tam optimallaşdırılıb (behinə). Hərbçilərin ailə üzvləri Rusiyaya köçürülüb, İrəvan yaxınlığında yerləşən Rusiya qarnizonu (padqan) ixtisar edilib, Bir sıra hərbçilər Gümrüdəki bazaya, Türkiyə sərhədləri yaxınlığına köçürülüb. Belə ki, Rusiya hərbi çevrələrinə görə ABŞ Türkiyə ərazisindən istifadə etməklə İrana zərbə endirə bilər. Həmçinin dekabrın 1-dən etibarən Rusiyanın Cənubi Osetiya və Abxaziya ərazisində yerləşdirilmiş hərbi qüvvələri də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Rusiyanın Qara dəniz donanmasının gəmiləri ilə Gürcüstan ərazi sularının yaxınlığında üzür. Rusiya hesab edir ki, müharibə başlasa Gürcüstan anti-İran koalisiyasında (etilaf, birlik) yer ala bilər.
İranı vursalar, 102-ci baza tam blokadaya (mühasirə) düşəcək
Dağıstanın İzberbaş rayonunda (məntəqə, şəhər), Azərbaycan sərhədlərinin bilavasitə yaxınlığında yerləşən əlahiddə raket divizyonu (ordu, tip) da yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmin divizyon gəmi əleyhinə “Bal-E” raket kompleksləri ilə təchiz olunub, bu raketlərin zərbə məsafəsi 130 kilometrdir. Həmçinin Həştərxandan Rusiyanın Xəzərdəki hərbi donanmasının bütün raket katerləri Mahaçqala və Kaspiysk sahillərinə göndərilib. Böyük “Tatarıstan” raket gəmisi ilə yanaşı gəmi qruplaşmasına “Voloqdonsk” və “Dağıstan” gəmiləri də qoşulub. Bu gəmilərin 200 kilometr məsafəni vuran raketlərlə təchiz olunduğu bildirilir. Rusiya həmçinin Suriya sahillərinə də öz raket kreyserlərini (rəzmnav) göndərib, Şimal donanmasının gəmilərindən bir neçəsinə də Aralıq dənizi sularına üzmək əmr edilib. Lakin İrana qarşı müharibə başlasa, bu gəmilərin nə rol oynayacağı haqda Müdafiə Nazirliyi izahat vermir. Lakin nazirlikdə Rusiyanın Ermənistandakı hərbi bazasının maddi-texniki təchizatı ilə bağlı vəziyyətdən narahat olduğu bildirilir. Belə ki, 102-ci baza Rusiya üçün mühüm strateji əhəmiyyət kəsb edir. Ancaq Kremldə hesab edirlər ki, İrana qarşı müharibə başlasa bu mövqe əldən veriləcək. Hesab edilir ki, ABŞ və ya İsrailin İrana qarşı müharibəyə başlaması Rusiya üçün fəlakət olacaq.
Hazırda Rusiyanın Ermənistandakı qoşun qruplaşması faktiki (gərçək) olaraq blokadadır. Belə ki, Gürcüstan Rusiyadan Ermənistana hərbi yüklərin daşınmasına qadağa qoyub. Rusiya qoşunlarının təchizatı, Gümrü bazasına yanacaq-sürtkü materiallarının (maddə), ərzağın çatdırılması ya hava yolu ilə çatdırılır, ya da Rusiya Ermənistanla razılaşaraq bu malların İrandan alınmasını həyata keçirir. Ona görə də İrana qarşı müharibə bazanın bu istiqamətdən təchizatını da dayandıracaq. Uzun müddət Rusiyanın Zaqafqaziya qoşun qruplaşmasının komandan müavini olan və 102-ci bazanın təchizatına rəhbərlik edən general-leytenant (sepəhbud) Yuri Netkaçev hesab edir ki, İrana qarşı irimiqyaslı müharibə başlasa, Rusiya Ermənistandakı qoşunlarını təchiz etmək üçün Gürcüstan blokadasını yarmalı olacaq. Bu da Gürcüstan ərazisinə qoşun yeridilməsi deməkdir. Hərbi ekspert (karşünas), Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsıqanok isə hesab edir ki, görünür Rusiya Müdafiə Nazirliyində hazırda öz hərbi büdcəsini son illər kəskin artıran, İsraildən pilotsuz (xələbansız) kəşfiyyat təyyarələri və digər inkişaf etmiş kəşfiyyat vasitələri alan Azərbaycanla bağlı da narahatlıq var. “Bakı çətin ki, İrana qarşı hərbi kampaniyada yer alsın. Həmçinin onun Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağı ehtimalı da azdır” deyə, ekspert bildirir.
Polkovnik Vladimir Popov: “İranla müharibə fonunda (zəminində) Azərbaycanın Qarabağda hücuma keçməsi tamamilə mümkündür”
Hərbi ekspert, istefada olan polkovnik (sərhəng) Vladimir Popov isə başqa fikirdədir. O, 90-cı illərin əvvəllərində Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların gedişini, habelə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi islahatları nəzərə alaraq deyir ki, Qarabağ münaqişəsinə dair danışıqlar prosesi (prusə) lüzumsuz yerə ləngiyib. Bakıda intiqam haqda açıq danışırlar: “Ona görə də Azərbaycan ordusunun Ermənistana və Dağlıq Qarabağa qabaqlayıcı zərbələr endirərək, nəhayət ərazi mübahisəsini öz xeyrinə həll etməyə cəhd göstərəcəyi tamamilə mümkündür”. Ekspertə görə, bu zaman Rusiyanın özünü necə aparacağı da mühümdür. “Əgər İranla müharibə fonunda Azərbaycan Türkiyənin dəstəyi ilə Ermənistana hücum edəcəksə o zaman əlbəttə ki, Rusiya bu hava hücumlarının qarşısını Ermənistanla birgə alacaq. Bunun Moskvanın hərbi əməliyyatlara qarışması kimi qiymətləndiriləcəyini demək çətindir. Ancaq şübhəsizdir ki, Rusiya qoşunları bilavasitə Qarabağda gedən hərbi əməliyyatlarda iştirak etməyəcək. Türkiyə və ya Azərbaycan istiqamətindən Ermənistana qarşı hərbi təhlükə yaranacağı halda isə Rusiya Quru Qoşunlarının işə qarışacağını demək olar” deyə, Popov qeyd edib. Hərbi analitik (təhlilçi) Rusiya qoşunlarının İrandakı münaqişədə yer alacağını da istisna etmir. Onun fikrincə, əgər İran irimiqyaslı quru müdaxiləsi təhlükəsi ilə üzləşsə Rusiya onun köməyinə gedəcək.
Erməni generallarının Xankəndinə şübhəli səfərləri
Qeyd edək ki, dekabrın (December) əvvəllərindən başlayaraq Ermənistan ordusunun rəhbərliyi də bir-birinin ardınca Xankəndinə səfərlər etməkdədir. Əvvəlcə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavinləri Dağlıq Qarabağda olub və separatçı erməni rejiminin rəhbərliyi ilə “hərbi quruculuq” məsələlərinə dair müzakirələr aparıblar. Həmçinin təmas xətti boyu yerləşən erməni ordusu hissələrinə baş çəkiblər. Bir gün əvvəl Ermənistan müdafiə naziri Seyran Ohanyan da Qarabağa gəlib və erməni mənbələri səfərdə məqsədin “birgə hərbi quruculuq” işlərini müzakirə etmək olduğu bildirilir. Lakin böyük ehtimalla Ermənistan ordusunun rəhbərliyinin bir-birinin ardınca Qarabağa səfər etməsi Rusiyanın regiondakı hərbi qruplaşmalarını döyüş hazırlığı vəziyyətinə gətirməsi, İrana qarşı hərbi əməliyyatların başlaması halında öz maraqlarını qorumaq üçün hərbi hazırlıqlar görməsi ilə bağlıdır. Belə görünür ki, Rusiyanın göstərişi ilə Ermənistan Azərbaycanın işğal altındakı ərazilərindəki qoşunlarının yerdəyişməsini aparır və İrana qarşı hərbi əməliyyatların başlaması fonunda Bakının Qarabağda hücuma keçməsi ehtimalına qarşı hazırlıq görür. Bu günlərdə Bakıdakı hərbi qaynaqlardan da bildirilmişdi ki, Ermənistan Qarabağdakı qoşunlarında kazarma vəziyyəti elan edib, hərbçilərin məzuniyyətə buraxılmasına qadağa qoyub. Xatırladaq ki, İran kəşfiyyatı və ordu komandanlığı (fərmandehi) da əvvəllər bir neçə dəfə ABŞ və ya İsrailin bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamaq planları ilə Qarabağda yeni müharibə təhlükəsi arasında bağlılıq olduğu haqda danışmışdı. İran hərbi və kəşfiyyat çevrələrində iddia edirdilər ki, Azərbaycan Füzuli və Cəbrayıl rayonları istiqamətindən hücuma keçərək regionda vəziyyəti gərginləşdirə, İsrail və ABŞ isə bundan istifadə edib İrana qarşı hücuma keçə bilər. Hətta İran bu “təhlükənin” qarşısını almaq üçün Azərbaycan sərhədlərində iri qoşun qruplaşması da yerləşdirmişdi. Şübhə yoxdur ki, Rusiya ilə yanaşı İran da Ermənistanı regiondakı situasiyanın (vəziyyət) dəyişməsi ehtimalına qarşı hazırlıqlı olmağa çağırır.
Bəs Azərbaycanın regionda gərginləşməkdə olan vəziyyət qarşısında hansı taktikanı seçib? Rəsmi Bakı işğal edilmiş torpaqların hərbi yolla qaytarmağa hazır olduğunu deyir, ancaq son vaxtlar bu ritorika (ləffazi) yumşalıb. Görünür, Bakıda nəzərə alırlar ki, İran ətrafında vəziyyətin gərginləşdiyi bir vaxtda Qarabağda müharibə ilə hədələmə taktikası İran-Rusiya-Ermənistan üçlüyünün daha sıx birləşməsinə xidmət edərdi. Azərbaycan İrana qarşı müharibədə ən az maraqlı olan tərəflərdən biridir, çünki bu müharibənin hansı risklər yaradacağını nəzərə alır. Yeni müsavat
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib