SON XƏBƏRLƏR

Xoy şəhərində keçirilən aksiyada tutulanların bəziləri azadlığa buraxılıb

2021.10.20, 07:36
Xoy şəhərində keçirilən aksiyada tutulanların bəziləri azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: 2017-ci il dekabrın 31-də Xoy şəhərində keçirilən etiraz aksiyası ilə əlaqədar çox sayda soydaşımız saxlanılmışdır, onlardan bir neçəsinin yanvarın 27-də ağır mülki vəsiqə qarşılığında sərbəst buraxıldığı bildirilir.

 

Solçu fəal, yazıçı və mütərcim Şəhriyar Gələvani, yüksək səviyyəli peşəkar xəttat Abbas Köçəri və islahatçı fəal Məcid Məhəmmədi 500, mədəni fəallar Milad Hacilu və Məhəmməd Abazəri isə hər biri 300 milyon tümənlik vəsiqə qarşılığında müvəqqəti olaraq Xoy zindanından sərbəst buraxılıb. Onlarla birlikdə, aksiya ilə əlaqədar saxlanılanlardan daha bir neçəsi sərbəst buraxılıb, lakin onların kimliyi barədə heç bir məlumat yoxdur.

 

Hazırda eyni dosye ilə bağlı bir neçə nəfər Xoy zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Onların arasında 20 yaşlı Arif Sultanəlizadə və 23 yaşlı Atif Sultanəlizadənin də olduğu bildirilir.

 

Tutulanlardan bəzilərinin ailəsi də bu günə qədər zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Xoy şəhərində rejimin zülm və ədalətsizliyinə qarşı keçirilən etiraz aksiyasında onlarla soydaşımız saxlanılıb, onların əksəriyyətinin kimliyi naməlum olaraq qalır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar