Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
GünAz T: Bu gün Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Azərbaycan Milli Hökumətinin 66-cı ildönümüdür.
Məlum olduğu kimi, İkinci dünya müharibəsinin başlanılması Böyük Britaniya ilə yanaşı Sovetlər Birliyi (şurəvi) hərbi hissələrinin İran adlanan ölkənin ərazisinə daxil olması ilə sonlandı. Bu isə, eyni zamanda, ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxarmış oldu. Demokratik proses (sürəc) ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələndi.
Azərbaycan Milli Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu (nəhayi nəticə) kimi şərtlənməkdədir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələnir. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır.
Azərbaycan Milli Höküməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdir.
Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm işlərini həyata keçirməyə başladı. Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə Azərbaycan Milli Höküməti bir ildə iyirmi illik İran höküməti dövründən qat-qat artıq bir irəliləyiş əldə etmişdi.
Amerikalı hüquqşünas Uliyam Duqlas 1950-ci ildə Güney Azərbaycana getmiş və yerli camaatın Milli Hökümətin və onun Baş Naziri Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırlatdığı dəyişiklik və islahatların siyahısını tərtib etmişdi.
“1.Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
2.Hökümət iri bankları milliləşdirdi;
3.Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
4.Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı;
5.Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
6.Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
7.Güney Azərbaycan Milli Ordusu yaradıldı”.
Azərbaycan Milli Hökümətinin fəaliyyət göstərdiyi bir il ərzində həyata keçirmiş olduğu ən mühüm islahatları əsas etibarilə üç kateqoriyaya (dəstə, bəxş) bölmək mümkündür.
1) Siyasi islahatlar;
2) Mədəni islahatlar;
3) Sosial-iqtisadi islahatlar.
Azərbaycan Milli Höküməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri Milli ordunun əsasını təşkil edirdi. Qısa müddət ərzində xalqın sevimlisinə çevrilən fədailər Milli Hökümətin möhkəmlənməsində, onun hərbi qüdrətinin güclənməsində, xalqda öz dövlətinə olan inamın, etibarın formalaşmasında əhəmiyyətli rol oynamışlar. Fədai dəstələrinin özlərindən qat-qat güclü olan İran Pəhləvi rejimi qarşısında dayanması, Milli Azərbaycan dövlətini müdafiə etməsi yüksək vətənpərvərlik və qəhrəmanlığın təkrarsız örnəyidir.
Seyid Cəfər Pişəvərinin ciddi təşkilatçılıq səyləri, işgüzarlığı və fəaliyyəti nəticəsində olduqca qısa bir dövr ərzində Azərbaycanın milli-demokratik qüvvələri birləşərək xalqın iradəsinə və dəstəyinə söykənən milli dövlətin təməlini qurdular.
Azərbaycan Milli Hökümətinin apardığı islahatların ikinci qismi ölkədə həqiqi mənada inqilabın həyata keçirilməsini təmin etmiş oldu.
Bu inqilab İran pəhləvi rejiminin assimilyasiya (asimilasyon) siyasətinə qarşı çıxmaq və Azərbaycan Milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından (November) qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini (mahiyyət) 1946-cı ilin yanvarın (January) 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən, Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərin güclü şəkildə nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu. Həmçinin bir neçə ictimai – Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin (19 yanvar 1946 ), Dövlət Teatrının (23 mart 1946), Azərbaycan Radioverilişləri Agentliyinin (4 iyul 1946) və Təbriz Dövlət Universitetinin (6 iyun 1946) açılması bu prosesin ən önəmli hadisələri oldu. 1946-cı il sentyabr (September) ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dili olan Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tutmaqdadır.
Sovet hərbi hissələrinin tərkibində Güney Azərbaycana getmiş olan Azərbaycanın yazıçı, şair ədəbiyyatşünas və publisistləri – Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli, Əvəz Sadıq, Cəfər Xəndan, Abbas Zamanov, Qulam Məmmədli, İsrafil Nəzərli və başlqalarının fəaliyyəti sayəsində Təbriz ədəbi mühitində böyük bir canlanma yarandı.
Azərbaycan Milli Höküməti dövründə aparılan mədənin islahatların mühüm bir qanadını ana dili mətbuatın formalaşması səciyyələndirməkdədir. 1945-1946-cı illərdə Azərbaycanın Güneyində müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümü tapmışdır.
Azərbaycan Milli Höküməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır.
Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı.
Qeyd edək ki, bir qədər öncə İran mərkəzi höküməti Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanınmış olsa belə, eyni il içərisində Pəhləvi fars dövləti ordusu Azərbaycana hücum etmiş və Milli Hökümətin mövcudluğuna son qoymuşdur. Azərbaycanın işğalının ardından minlərcə Azərbaycan türkü ya qətl edilmiş, ya da sürgünə göndərilmişdir.
Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qalmışlar. S.C.Pişəvəri 1947-ci ilin iyul (July) ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdur. Hökümətin baş prokuroru (dadistan) Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazmışdır.
Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir.
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib