SON XƏBƏRLƏR

Tikantəpədə azərbaycanlı fəalların işləri üzrə əsas müstəntiqi tanıyaq – GÖRÜNTÜ

2021.10.20, 07:36
Tikantəpədə azərbaycanlı fəalların işləri üzrə əsas müstəntiqi tanıyaq – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəallar Tikantəpə Ettelaat İdarəsinin müstəntiqlərindən biri, milli-mədəni fəalların işləri üzrə əsas müstəntiqin kimliyini müəyyənləşdiriblər.

 

Qüds aksiyalarında (8 iyun) aktiv iştirak edən Xəlil Xudadadini bir çox şəkildə görmək mümkündür.

 

Hazırda Tikantəpədə yaşayan X.Xudadadi əslən bu şəhərin “Yolqun ağac” kəndindəndir.

 

 

O Nüsrət ləqəbi ilə tanınan başqa bir müstəntinqlə birgə Azərbaycan Milli Hərəkatı fəallarını sorğu-suala tutur, onların bəzilərini işgəncəyə məruz qoyur.

 

Prosesdə X.Xudadadinin köməkçisi kimi iştirak edən Nüsrət Urmiyə və ya bu şəhərin ətraf kəndlərində yaşayır, o evlidir, bir uşağı var.

 

Onlar fəalları sorğu-suala tutarkən 120 nəfər tikantəpəli fəalı idarəyə çağıraraq dindirdiklərini bildiriblər.

 

Azərbaycanlı fəallar onların nəzərində satqın insan kimi qəbul olunur, onlar sorğu-sual zamanı Tikantəpədə ali təhsilli insanlarının aldandığını və bölücü olduqlarını bildirərək bu vəziyyətdən çox narahat olduqlarını dilə gətiriblər.

 

2013-cü ilin sentyabr ayında 3 tikantəpəli fəal Ettelaat İdarəsinin raportu əsasında məhkəmə tərəfindən sistemin əleyhinə təbliğdə ittiham olunaraq hər biri 6 ay azadlıqdan məhrum edilib. Həmin raport X.Xudadadi və Nüsrət tərəfindən hazırlanıb.

 

Xəlil Xudadadi:

 

 

Nüsarət:

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar