SON XƏBƏRLƏR

Amerika səfirliyi Rafiq Tağının qətli ilə bağlı məlumat yayıb

2021.10.20, 07:36
Amerika səfirliyi Rafiq Tağının qətli ilə bağlı məlumat yayıb

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Bakıda yazıçı Rafiq Tağının bu yaxınlarda baş vermiş qətlini pisləyir və onun ailəsinə, dostlarına, həmkarlarına və oxucularına dərin başsağlığı bildirir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunur. Məlumatda deyilir ki, bu cəzalandırılmalı olan qətl ədalət tələb edir: ” Din və siyasət də daxil olmaqla, bütün mövzularda mətbuat və ifadə azadlığının təmin edilməsi məqsədilə bu cinayətin tezliklə həll olunması vacibdir və azadlıq hər bir sağlam demokratiya sisteminin əsas hissələridir. Biz Azərbaycan hökumətinin cənab Tağının məruz qaldığı hücumu araşdırmaq məqsədilə xüsusi işçi qrupu yaratmasını alqışlayırıq və bu dəhşətli cinayəti həyata keçirmiş canilərin məhkəmə qarşısına çıxartmaq üçün bütün resurslardan (qaynaq, mənbə) istifadə etməyə dəvət edirik” – deyə, məlumatda bildirilir.

 Qeyd edək ki, 2011-ci il noyabrın (November) 19-da saat 22:00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist (yazıçı-jurnalist) Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Tağıyev noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar