İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDEP) başqanı Tufan Kərimdir.
- İran Ermənistan əlaqələrini inkişaf etdirir. Sizcə, İran Ermənistanla bağlı siyasətinə nə üçün bu qədər önəm verir?
- XIX əsr Qacar sarayında ermənilərin güclü qruplaşması var idi. Qacarlar rus, ingilis və fransız imperiyaları ilə əlaqələrdə ermənilərdən istifadə edirdilər. Amma ermənilər də eyni zamanda öz məqsədləri üçün sarayda istədikləri planları (tərh) gerçəkləşdirir, özləri üçün təhlükə saydıqları saray adamlarını qəsd və ya fitnə-fəsadla aradan qaldırır, xristian (məsihi) ölkələrinin sifarişlərini yerinə yetirirdilər. 1924-cü ildə fars Pəhləvilər hakimiyyəti tutub, Qacar səltənətinə İran adı verəndən, yəni fars şovinizmi gücləndikdən sonra ermənilərin fars idarəçiliyndə çəkisi gücləndi. 1979-cu ildə İrandakı inqilabdan sonra hakimiyyətə gələn dini qiyafəli fars şovinistləri də ermənilərin dünya üzrə diasporalarının imkanlarından istifadə edirdilər. İran-İraq müharibəsi dövründə, ABŞ-la (Amerika Birləşmiş Ştatları) İranın münasibətləri gərgin olduğu bir zamanda məhz ermənilərin vasitəçiliyi ilə dini qiyafəli fars şovinistləri ABŞ-dan gizli yolla silah alırdılar. “İrangeyt” (və ya “İran-kontras”) adlı qalmaqalı xatırlamaq lazımdır. Eynilə də, ermənilər İran ilə Rusiyanı bağlayan zəncirlərdən biridir.
Əgər biz erməni-fars strateji əməkdaşlığına türkə qarşı ümumi nifrəti, “ari qardaşlığı” adlı cəfəng ideya kimi “mənəvi xəstəlikləri” də əlavə etsək, İranın Ermənistanla əməkdaşlığının altyapısını görərik. Dəhşətlisi odur ki, türkə qarşı nifrəti, “ari irqçiliyi” kimi xislətlərini pərdələmək üçün fars şovinistləri müqəddəs islam dinindən istifadə edirlər. Müsəlman torpaqlarını işğal edən, müsəlmanlara, yəni Azərbaycan türklərinə zülm edən, məscidləri və müsəlman qəbirsanlıqlarını dağıdan ermənilərlə əməkdaşlıq quran, onlara yardım edənə “müsəlman” demək olarmı? Əlbəttə ki, yox.
- Son günlər İranın dini, hərbi rəhbərliyi tərəfindən Azərbaycana qarşı kampaniya (təşviqat,təbliğat) başlanıb. İran, Azərbaycandan nə istəyir?
- Məsələ göründüyündən də asan izah edilə bilər. Rəsmi Tehran qonşuluğunda olan bütün dövlətləri ABŞ-la (Amerika Birləşmiş Ştatları) müttəfiqlikdə ittiham edir. Buna görə də qonşularına qarşı hədə-qorxu, təhdid kampaniyasına başlayıb. Azərbaycana münasibətdə isə, Tehran elitasını (siyasi nüxbələr) cırnadan iki əsas səbəb var. Birinci səbəb, Güney Azərbaycan faktoruyla bağlıdır. Sədri olduğum partiyada durumu analiz etdikdə biz bu qənaətə gəlirik ki, bu gün İranın xüsusi xidmətlərinin başçıları Güney Azərbaycan Milli Hərəkatı daxilinə yeritdiyi agentlərinin “irançılıq-farsçılıq” amalına sədaqətinə belə, inanmırlar. Yəni, Türkçülük, Azərbaycançılıq ideyası Güney Azərbaycanda ən güclü məfkurəyə çevrilməkdədir. Quzey Azərbaycan isə, bu ideyanın mənəvi ocağıdır.
İkinci səbəb isə, islam kimi müqəddəs dindən Azərbaycanda fars şovinistlərinin sui-istifadəsinin qarşısının alınmasıdır. Bu isə, İranda bəzilərinin yuxusunu pozmuşdur.
- Bu gün İrana qarşı müharibə məsələsi gündəmdən düşmür. Sizcə, Güney Azərbaycan Milli Hərəkatı İranda baş verə biləcək, ciddi dəyişikliklərə hazırdırmı?
- Çətin cavab verilə biləcək sualdır. Çətinlik ondan irəli gəlir ki, bölgədə ciddi dəyişikliklər zamanı Güney Azərbaycan türklüyü vahid mərkəzə, mərkəzdən idarə olunan maliyyə və insan resurslarına (qaynaq, mənbə) malik olmalıdır. Nəzərə almaq lazımdır ki, baş verə biləcək hadisələr zamanı siyasi oyunun iştirakçıları təkcə bizdən və farslardan ibarət olmayacaq. Bu oyunda anqlo-sakson, Avropa, Rusiya kimi fövqəldünya gücləri, ermənilər və PJAK kimi mütəşəkkil və arxalı qüvvələr də var. Bu fövqəldünya gücləri, arxalı mütəşəkkil qüvvələr millətimizi vahid və iradəli mərkəzə malik güc kimi görsələr, bizimlə hesablaşacaqlar.
- İrana qarşı hərbi zərbələr, daha kəskin desək, bölgədə müharibə başlasa Azərbaycanın mövqeyi necə olmalıdır?
- Bu mövzu barədə partiyada xüsusi müzakirələr aparmışıq. Bizim hesablamalarımıza görə, İranın zəiflədilməsi planında millətimizə düşmən olan qüvvələr Güney Azərbaycanda böyük soyqırım törətmək niyyətindədirlər. Məqsədləri - Güney Azərbycanı, xüsusilə Türkiyə ilə sərhəd bölgələri Azərbaycan türklərindən təmizləməkdir. Planlaşdırılan soyqırımın fonunda (zəminində) Quzey Azərbaycanın müdaxiləsinin qarşısını almaq üçün bu qüvvələr tərəfindən Qarabağda müharibənin canlanması da istisna deyil. Mən hələ mümkün qaçqın kütləsinin doğuracağı fəsadları demirəm.
İndidən deyim ki, regional (bölgəsəl) dövlət olan İranın zəiflədilməsini istəyən fövqəldünya qüvvələri heç də Güney Azərbaycan faktorunun siyasi meydana çıxmasını, Türkiyənin bölgədə güclənməsini istəmirlər.
Hal-hazırda Azərbaycan Türklüyünün əsas məqsədləri: 1) Azərbaycan Respublikasının (cümhuriyyət) təhlükəsizliyinin təmin edilməsi; 2) Güney Azərbaycan Türk faktorunun fiziki toxunulmazlığına, Güney Azərbaycan Türklüyünün milli-mədəni hüquqlarına təminat. İlk növbədə biz bu mövzuda ondan çıxış etməliyik ki, münaqişədəki potensial qüvvələr bizə - Azərbaycan dövlətinə və Azərbaycan Türklüyünə nə vəd edəcəklər. Amma İranla bağlı hadisələrin ən kəskin gedişində Rusiya və ABŞ kimi iki əsas qüvvə arasında ziddiyyət artmaqdadır. Biz fövqəldünya güclərinin mənafe toqquşmasından öz məqsədlərimizin təmin edilməsi üçün maksimum istifadə etməliyik.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir