Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV: Tehran hakimiyyətindəki söz yiyələri, onun tanınmış nümayəndələri zaman-zaman Azərbaycan və Türkiyəyə qarşı çıxışlar edir.
Ötən gün İran məhkəmə sisteminin keçmiş sədri ayətullah Seyid Mahmud Şahrudi parlamentin «İslam Oyanışı» fraksiyası (fraksiyonu) mərkəzi komitəsi və rəyasət heyətinin üzvləri ilə görüşdə deyib: «Bölgədəki inqilabçı xalqların İran İslam Rsepublikası (Cümhuriyyəti) ilə əlaqələrindən düşmən qorxur. Buna görə də islam inqilabına rəqib olması üçün bölgədə liberalvarı bir islam yaratdı. Düşmən bölgəyə Türkiyə timsalında belə bir islamı qəbul etdirməyə çalışır. Bu baxımdan da Türkiyə bölgə məsələlərində liberal baxışlı islam əsasında fəaliyyət göstərir».
Belə çıxır rəsmi Ankara da Suriyada dinc etirazçıların öldürüləmsini dəstəkləməli idi. İran prezidenti Mahmud Əhmədinejad da Suriyadakı etiraz aksiyaları (yürüşlərini) başlayandan bəri ilk dəfə olaraq, tərəfləri «milli danışığa» çağırıb.
Livandakı (Lübnan) «Hizbullah»ın «əl-Manar» televiziyasının yaydığı xəbərə görə, o, deyib: «Suriya hakimiyyəti və xalqı danışıqlara başlamalıdır. Yalnız bu yolla ölkə qarşısında duran çoxsaylı problemləri həll etmək olar. Biri-birini də qətlə yetirməyə dayandırmaq lazımdır. Kimin öldürməsindən asılı olmayaraq, bu qətllər sionistlərin (İsraili nəzərdə tutur-S.S.) maraqlarına xidmət edir».
Şahrudinin məntiqi ilə M.Əhmədinejadda liberal yönlü islamın təmsilçisidir və «düşmənə xidmət edir».
İslam Respublikasının rəsmi informasiya vasitələrindən biri, «tabnak.ir»-in məlumatına əsasən, ayətulla Nasir Məkarim Şirazi Türkiyə hökumətinə qarşı sərt çıxış edərək,onu Suriyaya yönəli siyasətinə görə, tənqid edib.
«Biz Türkiyənin Suriyaya qarşı belə lovğa, özündən razı fəaliyyət göstərəcəyinə inanmırdıq. Türkiyə bilməlidir ki, Suriyaya vurulan zərbə bir gün ona qraşı da olacaq. Lovğa davrananlar adətən rahat yatır, olayların tərs üzünü görmürlər. Ancaq onlar bilməlidir Ki, bir gün bədbəxtlik onların da qapısını döyə bilər»deyə, İranın ayətullası Türkiyəyə «qarğış edib».
Ötən il bu din xadiminə «http://persian.makarem.ir/news/?nid=704O»-ində Azərbaycan Respublikasına qarşı bir başa hədə dolu çıxışı yerləşdirilmişdi.
İranın dini-ideoloji mərkəzi sayılan Qum şəhərindəki tələblərə islam hüququndan («fiqh»dən) məruzə oxuyan zaman Bakıdakı sökülməsi barəsində məhkəmə qərarı çıxarılımış məsciddən danışıb : «Son vaxtlar Azərbaycan Respublikasından şiə məscidlərinin yıxılması və başqa məscidlərin də söküləcəyi haqda xəbərlər gəlməkdədir. Biz Azərbaycan hakimiyyətinə bununla bağlı öz rəsmi mesajımızı yollamış, bu işdən əl çəkəcəklərinə ümidvar olduğumuzu vurğulamışıq.
Azərbaycan Respublikası dünyanın ikinci şiə ölkəsidir.
Bu ölkədə əhalinin 90 faizi şiələrdən ibarətdir. Buna baxmayaraq sionistlərlə vəhabilər əl-ələ verərək, bu ölkədə şiələrə qarşı fitnə törədirlər. İndi də məscidlərin sökülməsinə əl atıblar. Biz burada açıq-aşkar bildiririk ki, Azərbaycanda məscidlərin sökülməsi davam etsə, cihad haqda hökm verəcəyik. Bu yolda ölənlər isə şəhid sayılacaq.
Dövlətarası münasibətlər bizim üçün önməli deyil. Azərbaycan hakimiyyətti bilməlidir ki, oradakı şiələr din alimlərinin fitvaların gözləyir. Həmin alimlərin verəcyi hökmləri onlar yerinə yetirəcək. Hələlik bununla bağlı heç bir fitva verməmişik.
Ancaq barəsində danışdığımız məsələyə dair müsəbət dəyişiklik baş verməzsə, o zaman bu hökmü verəcəyik. Yaxşısı budur vəhabilərin, yəhudilərrin əlaltısı olmayasınız. Bununla da ölkənizin sabitliyinə xələl gətirməyəsiniz. Əks halda gələcəyiniz yaxşı olmaycaq».
Hər iki çıxışdan göründüyü kimi Tehran təmsilçiləri istər din xadimi, istərsə də mülkü rəsmi olsun, onlar hər iki türk dövlətinə qarşı eyni münasibət bəsləyir.Bu sayaq çıxışın şərhə o dərəcədə də ehtiyacı yoxdur. Çünki din pərdəsi altında gizlənən bu ayətullahlar Azərbaycan və Türkiyəyə münasibətdə iç üzlərini çoxdan tanıdıblar. Bölgədə vəziyyət ağırlaşdıqca belələrinin sifəti daha aydın görünür.
Bu yaxınlarda İran İnqilab Keşikiçiləri Qvardiyasının (Sepah) rəsmi saytına adı çəkilməyən qurumun yüksək rütbəli hərbçisi demişdi ki, Türkiyə Suriyanın daxili işlərinə qarışarsa, o zaman «İranın müqavimətinə tuş gələcək» .Onun sözlərinə görə, Suriyanın iç işlərinə ABŞ (Amerika Birləşmiş Ştatları) və Türkiyə qarışarsa, o halda İraqın Şimalında yeni Əfqanıstan yaranacaq:«Biz Amerika və Türkiyənin oradakı ticarət mərkəzlərinə, eləcə də kürdlərin hərbi bazalarına hərbi zərbələr endirəcəyik.Türkiyə Suriyaya ordu yeridərsə, onda biz Türkiyəyə savaş elan edib, bütun gücümüzlə Suriyanı dəstəkləyəcəyik».
İran məclisi təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin başçısı Əlaəddin Brücerdi Suriya ilə bağlı məsələyə belə münasibət bildirmişdi:«İran yol verməyəcəyək ki, ABŞ-ın növbəti qurbanı Suriya olsun. Biz çalışacağıq ki, Suriya Fələstin müqavimətinin mərkəzi olaraq, qalsın».
Onun sözlərinə görə, bu ölkəyə münasibətdə İran hakimiyyəti seçim etməlidir: «Ya biz Suriyanın Amerika tərəfindən işğalına,eyni halda NATO-nun bu ölkəyə hücumuna bəhanə verməliyik, ya da bu ölkədə münaqişəyə son vermək üçün Suriyaya yardım etməliyik.
Suriya hakimiyyətinin təklif etdiyi islahata diqqət edilməlidir. ABŞ-ın gerçəkləşdirdiyi siyasətə Suriyanın da qurban getməsinə İran qarşı çıxacaq».
M.Şirazi və İran İnqlab Keşikçiləri Qvardiyasının təmsilçisi Suriya prezidenti Bəşşar Əsədin dinc etiraz aksiyası keçirən vətəndaşlarına odlu silahdan atəş açmasını pislədiyinə görə, Türkiyəyə qarşı hədyanlar danışırlar. Ancaq nə qədər təzadlı olsa da NATO və Qərb dövlətlərinin dəstəyi ilə Liviyada (Libi) Müəmmar Qəddafi rejiminin devrilməsini İran prezidenti Mahmud Əhmədinejad alqışlayır.
«əl-Əhram»-ın bildirdiyinə görə, o, Liviya xalqını «Qəddafi rejimi üzərində qələbəsi münasibəti ilə təbrik» edib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Liviyanın ikinci böyük şəhərinə, Benqaziyə gedib. O, bildirib ki, ölkənin bütövlüyü təmin olunmayanadək, NATO bu hərbi əməliyyatları davam etdirməlidir. O, liviyalı üsyançılara 300 milyon dollar məbləğində yardım edəcəklərini boyun olub.
Bu baxımdan M.Şirazi və onun kimi düşünənləri rahatsız edən nədir? Tehran hakimiyyəti özünün əsas bazası sayılan Suriyada mövcud rejimin dəyişdirilməsindən rahatsızdır. Çünki Bəşşar Əsədin hakimiyyətdən getməsi İslam Respublikasının bölgədə nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, dünyanın gündəliyində onun növbəsinin çatması ehtimalını artırır. Rəsmi Dəməşqlə Tehranı birləşdirən bir dəyərdə hər ikisinin «beynəlxalq terrorçuluğun himayədarlarından» olmasıdır. Belə bir hakimiyyətin təmsilçisi M.Şiraz və onun kimi düşünənlərdən bundan artığını gözləmək də sadəlövlükdür. Axı, rejim nümayəndələri yaxşı bilir ki, İran əhalisi onlara qarşı gələcəkdə dinc etiraz aksiyası keçirən zaman əvvəliki illlərdə ( 2006-cı ilin mayında Güney Azərbaycan türklərinin «İran» qəzetindəki materiala qarşı etiraz aksiyası və 2009-cu ilin yayında prezident seçkisinin rəsmi nəticəsinə etiraz nümayişləri) oluduğu kimi öz vətəndaşlarını açıq-aşkar gülləbaran edə bilməyəcək. Onda Tehranda Liviya ola bilər. Nəzərə almaq lazımdır ki, xarakter və mahiyyətcə Müəmmar Qəddafi İrandakı hakimiyyətdən o dərəcədə fərqlənmir. Hər ikisinin inqilab nəticəsində hakimiyyət qurduğuna diqqət yetirsək,onların arasında çoxsaylı oxşarlıq olduğunu da görmək olar. Belələrinin sonu da biri-birinə oxşayır. Odur ki, Məkarim Şirazinin çıxışını Türkiyəni hədələməkdən daha çox öz gələcəklərini ağlması kimi də dəyərləndirmək olar.
Sədrəddin Soltan
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir