Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV: Düzdür, İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadinin Azərbaycan rəhbərini hədələməsi, Azərbaycan xalqı haqqında mübahisəli fikirlər səsləndirməsi ilə bağlı xəbər İran rəsmiləri tərəfindən təksib olundu.
Amma İranda hakimiyyətin nəzarətində olan media son günlər aqressiv (mühacim, saldırqan) şəkildə Firuzabadini müdafiə etməyə, onun təkzib olunan fikirlərini inkişaf etdirməyə çalışır.
Təbrizdə fəaliyyət göstərən nasrnews.ir saytı yazır ki, “İslam düşmənçiliyi və sionistlərlə əməkdaşlıq Azərbaycan Respublikasının (Cümhuriyyətinin) yürütdüyü siyasətin əsas elementinə çevrilib”.
Yazıda iddia edilir ki, ölkədə hicaba qarşı kampaniya aparılır. Bundan başqa, guya Azərbaycan hökuməti ABŞ (Amerika Birləşmiş Ştatları), İsrail və Rusiya ilə əməkdaşlıq edərək İranı zəiflətmək siyasəti yürüdür.
AZƏRBAYCAN İRANI PARÇALAMAĞA HAZIRLAŞMAQDA İTTİHAM EDİLİR
Başqa bir İnternet saytı – tabnak.ir isə qatı mühafizəkar qüvvələrin nəzarətindədir.
Sayt 13 avqust (August) tarixli məqaləsində yazır ki, Firuzabadinin sözlərindən sonra “Azərbaycanda İran əsilli vətəndaşlara qarşı kampaniyaya başlanıb”.
Yazıda iddia edilir ki, bir müddət əvvəl Azərbaycan hökuməti ABŞ və İsraillə İranda etnik qarşıdurma yaratmaq haqqında razılığa gəlib və bu istiqamətdə addımlar atmağa hazırlaşır.
İran -- General Həsən Firuzabadi
Guya Bakı “mərkəzi Təbriz olan həqiqi Azərbaycanda geniş aksiyalar (yürüşlər) hazırlayır. Qarşıya vəzifə qoyulub ki, orada vərəqələr, kitablar yayılsın, oradakı Azərbaycanın tarixi təhrif edilsin, İranın qeyrətli azərbaycanlıları arasında nifaq salınsın”.
İranda son vaxtlar bir sıra millətçi azərbaycanlı fəalların tutulmasına işarə vuran sayt “İranda bəzi Bakı muzdurlarının həbs edilməsinin də bununla bağlı olduğunu” qeyd edir.
Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə İran mətbuatında yer alan belə iddiaları ciddi saymır.
Onun fikrincə, İranın parçalanması, 30 milyonluq Azərbaycan dövlətinin yaranması bölgədəki siyasi oyunçuların heç birinə əl vermir. Çünki bu regiondakı (bölgədəki) bütün geosiyasi situasiyasını (vəziyyəti) dəyişərdi.
Ə.Oruclu hesab edir ki, sadəcə, İran hakimiyyəti Azərbaycanın zəif durumundan istifadə etmək istəyir:
“Azərbaycan hökuməti öz müttəfiqləri Amerika və Avropa ilə münasibələri korlayıb. Rusiya da bu vəziyyətdə Azərbaycana öz iradəsinin sırımağa çalışır. İranda da zəif Azərbaycan daxilində özünə loyal qüvvələri aktivləşdirmək və bundan yararlanmağa çalışır”.
“AZƏRBAYCAN” SÖZÜNƏ İDDİA
tabnak.ir öz məqaləsində daha sonra Azərbaycan sözünün yalnız İran Azərbaycanına aid olduğunu, Azərbaycan Respublikasının tarixən Aran və Şirvan adlandığını, həmin ərazilərin də 19-cu əsrdə rus işğalı nəticəsində Gülüstan və Türkmənçay müqavilələri ilə “İrandan qoparıldığını” iddia edir.
Sayt bu baxımdan 1918-ci ildə Azərbaycanda qurulan müstəqil respublikanın adının Azərbaycan qoyulması ilə razılaşmır, bunu “saxtakarlıq” adlandırır. Müsavat hakimiyyətini “faşist və pantürkist komitə” kimi damğalayır, həmin hökumətin “Osmanlı İmperiyasının dəstəyilə İrana qarşı siyasət yürütdüyünü, İranı parçalamağa çalışdığını” iddia edir.
Yazıda bildirilir ki, hökumətin qurucusu Məhəmməd Əmin Ərəstun Oruclu Rəsulzadə ölkənin “Azərbaycan” adlandırılmasının İrana qarşı yönəlmədiyini desə də “sovet (Şurəvi) dövründəki Bakı rəhbərləri bundan İranı parçalamaq üçün istifadə etməyə çalışdılar. “Cənubi Azərbaycan” sözü işlədilməyə başlandı. İndi də bu siyasət davam edir. İran mədəniyyəti nümunələri, ədəbiyyat xadimləri, o cümlədən Nizami, Xaqani kimi şairlər özününküləşdirilir”.
Sayt iddia edir ki, guya Azərbaycan indi də İranı parçalamaq siyasəti yürüdür.
Yazıya görə, guya İranda dil müxtəlifliyinə nail olmağa cəhdlər, İran azərbaycanlılarının İran əsilli yox, türk əsilli olduqları fikrini yaymaq, İranda federalizm ideyalarını təbliğ etmək sonda Azərbaycanın İrandan qoparılmasına yönəlib.
Saytın iddiasına görə, Azərbaycan İranda etnik qarşıdurma yaratmağa çalışarsa, “bunun zərbəsi özünə dəyəcək. Çünki Azərbaycanda bir çox millətlər yaşayır”
Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə düşünür ki, İran mətbuatında Azərbaycana qarşı təbliğatın artması, Azərbaycanın ABŞ (Amerika Birləşmiş Ştatları) və İsraillə əməkdaşlıq edərək İranı dağıtmaq istəyində suçlanmasında iki məqsəd var.
Onun fikrincə, İran bir tərəfdən Azərbaycan Respublikasındakı özünə loyal qüvvələri bu yolla qızışdırır, onları İslama qarşı kampaniyanın başlanması bəhanəsi ilə səfərbər edir. Digər tərəfdən isə ölkə daxilinə mesaj verir – demək istəyir ki, kim öz milli haqlarını tələb edəcəksə, ABŞ və İsrailə xidmət etmiş olacaq. Azadlıq radiosu
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir