Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi “Azadtribun.net” saytının rəhbəri, hüquqşünas Babək Azəridir.
- Babək bəy, Məhəmməd Tağı Pisyan kim olub və bu haqda oxucularımıza məlumat verəsiniz?

- Məhəmməd Tağı Pisyan Təbrizdə türk ailəsində dünyaya göz açıb. Yüksək rütbəli hərbiçi olduğuna görə, Güney Azərbaycanda onu “Təbrizli General” kimi tanıyırdılar. O, Almaniyada yaşayanda yeni osmanlılarla əlaqə saxlayıb və özünü Azərbaycan türkü kimi təqdim edib. Elə bu səbəbə görə, türklər onu "Azərbaycanlı general" deyə çağırırdılar. Onun dövründə İran höküməti vətəndaşların can və mal təhlükəsizliyin lazımınca qoruyub saxlaya bilmirdi. Elə bu səbəbə görə, İranda yaşayan xalqlara can və mal təhlükəsizliyi bir nömrəli məsələyə çevrilmişdi. M.T. Pisyan qətiyyətli hərbiçi və dahi siyasətçi kimi vətəndaşların can və mal təhlükəsizliyin qoruyub saxlamaqda böyük qabiliyyəti var. Elə buna görə, o zaman bu şəxsiyyət haqqında hamı deyirdi: “M.T.Pisyan hər hansı bir yerdə təhlükəsizlik məsulu olsa, o yerdə qız uşağı gecə yarısı başında qızıl xonca tək-tənha aləmi gəzər”. Bundan əlavə, Pisyan topluma yeni idarə sistemləri gətirdi. Misal üçün, Xorasan vilayətində dövləti məktəblər, banklar, vergi sistemi, ədalət komitəsi və s. yaratmışdı. Bütün bunların nəticəsi olaraq Pisyan ancaq Azərbaycanda yox, əslində bütöv İranda çox şöhrət qazandı. Əlbəttə, onun barəsində çox sözlər demək olar və düşünürəm ki, qeyd etdiyim fikirlərim oxucularımızda bu şəxsiyyət haqqında fikirlərin formalaşmasına kömək edəcək.
- Almaniyanın məşhur generalı Hindinburq Məhəmməd Tağı Pisyana maraq göstərməkdə əsas məqsədi nə idi?
- O zaman İranda mərkəzi hökumət çox zəif idi, dünya ictimaiyyəti M.T.Pisyanı gələcəkdə bir güclü hərbi və siyasi lider kimi görürdü. Elə bu səbəbə görə, bir çox dünya ölkələrinin liderləri çalışırdılar ki, Pisyanla yaxın əlaqə saxlasınlar. Elə buna görə də, onun bir çox tanınmış siyasi və hərbi şəxsiyyətlərə yaxın əlaqəsi vardı. Çünki, o, alman və ingilis dillərin bilirdi, bunun vasitəsilə ona hər kimləsə istəsə əlaqə qurmaq asand idi. Amma alman generalını, xüsusi olaraq M.T. Pisyanın hərbiçilik qabiliyyəti maraqlandırırdı. Belə nəql edirlər ki, Pisyanın Həmədanda rus ordusu üzərində qələbə qazanması alman generalının heyrətinə səbəb olub. Bu hadisədən sonra alman general ilə Pisyan arasında yaxın əlaqə, hətta dostluq rabitəsi yarandı və onu Almaniyaya da dəvət etdi.
- Tarixi mənbələrdə onun azərbaycan türk olması təsdiqlənibmi?
- Biz tarixi qaynaqlardan danışanda əsas azərbaycanlıların yazdıqları qaynaqları götürməliyik. Azərbaycanlıların yazdığı qaynaqlara görə, Pisyan azərbaycan türkü göstərilir. 2009 - cu il Təbriz xalqı M.T.Pisyanın xatirəsini əbədiləşdirmək üçün Təbrizin hava limanının üç yol ayrıcında heykəlin qoydular. Amma unutmamalıyıq ki, hakim millət, yəni, fars millətinə aid olan irqçi tarixçilər həmişə çalışıblar bizim tarixi şəxsiyyətlərimizin barəsində yalnış məlumat yayılmasına çalışırlar. Misal üçün, bir neçə il bundan qabaq bir irqçi fars mollası Babək Xürrəmdinin barəsində bir kitab yazıb, onun Səbzvarlı və fars olduğun vurğuluyaraq və bunun üzərində ciddi cəhdlə dayanırdı. O, həmçinin iddia edir ki, Babəkin həqiqi adı Abdullah və onun hərəkatı bir dinçi hərəkat imiş, qaldırdığı qırmızı bayraq da Kərbəlada şəhid olanların mübarizə rəmzi sayılırdı. Bu misalı çəkməkdə məqsədim bundan ibarətdir ki, biz icazə verməməliyik ki, irqçi tarixçilər öz saxta və cəfəng məlumatları ilə bizim cavanlarımızın fikir və düşüncələrinə təsir etsinlər.
- Xüsusilə, Pəhləvi rejiminin M.T.Pisyandan çəkinməsinin əsas səbəbini nə ilə bağlayırsınız?
- Buna üç əsas səbəb var idi: Birinci səbəb ondan ibarət idi ki, M.T.Pisyan İranda özünə çox yaxşı ad qazanmışdı və bununla əlaqədar ona kütlə içində böyük iman vardı. Bu nöqtəyi-nəzərdən, o, Rza şaha çox ciddi rəqib sayılırdı. İkinci səbəb bundan ibarətdir ki, o yaşayan zaman fars millətçiləri, irqçi qüvvələr Pisyanı türk olduğuna görə, onu özlərinə lider kimi qəbul edə bilmirdilər. Elə buna görə Pisyanın qarşısında fars irqçi qüvvələr Rza şahı dəstəkləyirdilər. Və nəhayət, üçüncü səbəb bundan ibarətdir ki, Pisyan Rza şah kimi bisavad deyildi, bir neçə dil bilirdi, xaricdə təhsil almışdı, sülalə və monarxiya (səltənət, istibdad) rejiminə qarşı idi və İranda cümhuriyyət yaranmasını müdafiə edirdi. Bütün bunların nəticəsində irqçı qüvvələr və onları təmsil edən Rza şah ona qarşı idilər.
- Maraqlıdır ki, onun məzarı bir necə dəfə dəyişdirilib. Sizcə, onun məzarı rejim üçün bu qədərmi təhlükə yaradırdı?
- Pisyan qətlə yetiriləndən sonra onun ölümü də pəhləvi rejiminə bir böyük problemə çevrildi. Onun nəşi Məşhədə gətirilib, Xorasanlılar tərəfindən çox böyük təntənə ilə Nadir şahın məzarının yanında dəfn olunur. Beş il onun ildönümü Xorasan və Azərbaycan vilayətlərində möhtəşəm şəkildə keçirilirdi. Elə bu məsələ İranın irqçi rejimin qorxudub, rejimin əmri ilə Məhəmməd Tağı Pisyanın qəbri açılır, cəsədi ordan çıxarılıb, ümumi qəbiristanlığa köçürülür. Pəhləvi rejimində belə bir qorxu yaranmışdı ki, bu kütləvi tədbir pəhləvi rejiminə qarşı inqilaba çevrilə bilər. Onlar fikir edirdilər, M.T.Pisyanın nəşi Nadir şahın məzarının yaxınlığında dəfn edilməsi ona xüsusi siyasi status verir və bu da İranda xalqların, xüsusən də azərbaycanlıların rejimə qarşı mübarizəsində ilham qaynağına çevrilmə təhlükəsi yaradırdı. Elə bu səbəbə görə, bunun əsas gətirib, bir neçə dəfə məzarını dəyişdilər. Bundan sonra ona rəsmi şəkildə yas mərasimi keçirilməsi qadağan olunur. Amma Müsəddiq İranda baş nazir seçiləndə Azərbaycanlıların, xüsusən Xorasan türklərinin istəyinə təslim olub və yenidən onun cəsədin Nadir şahın məqbərəsinə köçürülməsinə razılıq verir. Bəziləri deyirlər ki, Məhəmməd Tağı Pisyanın son savaşı Qoçan təpələrində yox, əslində məzarının təzədən Nadir şah məqbərəsinə köçürüləndə oldu. Onun cəsədinin yenidən ora gətirilməsi ilə pəhləvi rejiminə böyük zərbə vurdu.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir