Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, İsveçin Malmö şəhərində fəaliyyət göstərən “Vahid Azərbaycan Təşkilatı” nın sədri Ayə Coşkundur.
- Vahid Azərbaycan Təşkilatı haqqında oxucularımıza məlumat verəsiniz?
- Vahid Azərbaycan Dərnəyi bir ildir ki, fəaliyyət göstərir və xalqımızın milli mənəvi dəyərlərinin, ölkəmizin malik olduğu potensialı İsveç cəmiyyətinə yaxından tanıtmaq məqsədi ilə ətrafında intellektual bazanı (fikri və bilgi təməli) birləşdirən təşkilatdır. Təşkilatımızın bir il fəaliyyət göstərməsinə baxmayarq, fəallığı ilə seçilir. Təşkilatımızın uğurlu fəaliyyət göstərməsini onunla qeyd edərdim ki, təşkilatda təmsil olunan işgüzar və intellektual insanlar quruma təmənnasız və sevgi ilə yanaşırlar. Xüsusilə, bizim cəmiyyətdə bir fikir birliyi var və vahidliyin olması təşkilatımızın gücünü artırır. Ümumiyyətlə, düşünürəm ki, ümümilli işlərimizdə şəxsi maraqlar kənara qoyulmalı və birlik istiqamətində fəaliyyət göstərməliyik. Adi bir fakt deyim ki, biz mədəniyyətimizi təbliğ etməklə İsveç insanlarının diqqətini Azərbaycana yönəldirik və onlar ölkəmizlə ciddi maraqlanırlar. Bu gün dünyanın harasında soydaşlarımız yaşayırlarsa, onlar təşkilatlanmalı və ölkəmizin təbliğatını aparmalıdırlar. Biz, bu arzu və istəklə diaspor fəaliyyətindəyik.
- Bir illik fəaliyyətiniz dövründə hansı işlər görülüb və qarşıda hansı layihələri gerçəkləşdirməyi düşünürsünüz?
- Biz çalışırıq ki, tarixi günlərimizi yüksək səviyyədə qeyd edək. Azərbaycanımızın adına layiq şəkildə qeyd etməyə çalışırıq. Xüsusilə, mayın 28-də ADP-ın yaranması 93-cü illiyini yüksək səviyyədə keçirdik. Bu yolla milli kimliyimizi, tariximizi, ənənələrimizi başqa millətlərin nümayəndlərinə çatdırdıq. Bu tədbir vasitəsilə İsveçlilər ölkəmizlə yaxından maraqlanamağa başladılar və suallar verirdilər. Onu da bildirim ki, tədbir vaxtı bayrağımızın şəhər meydanında dalğalanmasına nail olduq və 3 gün bayrağımız şəhər meydanında dağlandı. Bayrağımızın İsveç bayrağı ilə birgə dalğalanması uğurlu fəaliyyətimizin nəticəsi hesab edirəm. Bu, İsveçdə yaşayan soydaşlarımızin qürurlanmasına səbəb oldu.
Sərgilər vasitəsilə milli geyimlərimiz, musiqilərimizi və ərazi bütövlüyümüzü təsdiq edən məlumatlar verməyə çalışırıq. Sivil (mütəməddin) metodlarla (üsullarla) Azərbaycanımızı təbliğ edirik. Qarabağ məsələsində İsveç cəmiyyətinə hadisələrin mahiyyəti haqqında insanları bilgiləndiririk.
- Onu da xatırladaq ki, İsveç parlamenti erməni soyqırımını tanıyıb və bundan sonra fəaliyyət strategiyanızı necə qurmağı planlaşdırırsınız?
- Bəli, sizinlə razıyam. İsveç parlamenti Sosial-Demokrat Partiyasının səyi nəticəsində cəmi bir səs çoxluğu ilə qondarma erməni soyqırımını tanıdı. Bu məsələlər ilə bağlı çox böyük mənəvi sarsıntı yaşadıq. Elə bil bir anlıq bütün qapılar bizim üçün bağlandı. Tariximizə bir daha nəzər saldıq, biz Azərbaycan xalqı nələr yaşamadıq, nə müsibətlər görmədik ki? Demək ki, yenə bizə səbr, dözüm və əlbəttə ki, hərəkət qalırdı. Mən gördüyümüz işlərdən danışsam, nə sizin zamanınız olar buna, nədəki mətbuatda bunların hamısını dərc etmək imkanınız. Ən yaxşısı sizlərə bəzi nəticələrdən danışım.
“Soyqırım” məsələsinin qəbulundan sonra dərnəyin təcili iclasını cağırıb bütün türk dərnəklərini də dəvət etdik. Müzakirə aparıb erməniləri öz silahları ilə vurmaq prinsipini (əslini, ilkəsini) işə saldıq. Elə o gündən hamılıqla həmin Sosial-Demokrat Partiyasına üzv olmaq qərarına gəldik. Artıq ikinci ildir ki, türk dərnəkləri və xüsusilə də “Balköc”-lə birgə mübarizəyə başlamışıq. Gələn il fevral ayında Xocalı soyqırımının 20 illiyini keçirmək üçün geniş hazırlıq kampaniyası aparırıq. Bu işdə bütün dərnəkləri dəvət edirik, çünki bu bizim ümumi acımızdır. Sevindiricidir ki, Danimarkadan bizə dəstək gəlib. Azərbaycan-Türk Qadınlar Cəmiyyətinin sədri Anaxanım Hüseynova və Danimarkadakı “Azərbaycan-Danimarka Dostluq” Cəmiyyətinin sədri Elxan Hüseynovdan da gözəl dəstək aldıq. İnşəallah, belə işgüzar diaspor nümayəndələrinin köməyi ilə böyük planlar həyata keçirəcəyik.
- İsveç parlamentinin erməni məsələsinə belə həssas yanaşmasının səbəbini nədə görürsünüz?
- İsveçlilərin ermənilərlə yaxınlığı səviyyəsini, hər millət özünün günahkar olmadığını və əlbəttə ki, nələrə məruz qaldığını anlatmaq istəyir. Amma bir şey var ki, bu anlatmaların arasında çox böyük fərq var. Biz çox qürurlu xalqıq. Bəzən ağlayanda belə gözümüzün yaşını gizlətməyi bacarmışıq, amma bunun tam tərsi ermənilərə xas cəhətdir. Yəqin ki, burada yaşayan nümayəndələr də yalanı gerçəkdən ayıra bilənlərdilər. Zaman hər şeyi ortaya çıxaracaq və erməni yalanları ifşa olunacağı gün uzaqda deyil. Bunun üçün bizim birliyimiz və özümüzə inamımız lazımdır.
- Türk diaspor qurumları ilə əlaqləriniz varmı və onlar tədbirlərinizi dəstək verirlərmi?
- İsveçdəki türk diaspor qurumları ilə ciddi əlaqələrimiz var. Bunlara “Balköc” və “Anadolu” dərnəklərini misal gətirə bilərəm. Bizim dərnəyin bütün tədbirlərində hər zaman dərnək sədrləri və onların üzvləri iştirak edirlər. Bundan əlavə “Türk qadınlar” dərnəyi ilə gözəl əlaqələrimiz var və bərabər layihələr hazırlayırıq. Keçən il 28 May Günü və VAD-ın açılışı münasibətilə təşkil etdiyimiz gecəyə gələn qonaqlarımızı, müğənni yəni Aygün Bəyləri və musiqiçilərimizi qonaq kimi dəvət etdilər və onlarla bərabər çox gözəl proqramlar keçirdik. Artıq neçə illərdir ki, Malmödə aprelin 23-də Atatürkün anım günü və Uşaq bayramı kimi qeyd olunur. Bu il də həmin gün üçün “Balköc”lə bərabər tədbirlər planı hazırladıq, çox gözəl bir tədbir oldu, çünki bunu açıq havada, ən gözəl parkların biri olan “Folkets”də qeyd etdik. İştirakçılar Azərbaycana aid kimdə nə atribut (rəmz, nişan) var idisə özü ilə gətirmişdilər.
- Soydaşlarımız İsveç cəmiyyətinə inteqrasiya(qaynayıb-qarışma) olunurlarmı və əsas da yerli tədbirlərdə iştirak edirsinizmi?
- Əlbəttə ki, bu ölkədə yaşayırsansa, demək, həmin ölkənin bir parçasısan, onun hər bir sosial və ya ictimai həyatında sən də iştirak etməlisən. Mən VAD sədri olaraq, yuxarıda adını cəkdiyimiz Sosial-Demokrat Partiyası tərəfindən Vergilər Nazirliyinin nümayəndə heyətində fəaliyyət göstərirəm və onlar tərəfindən keçirilən bütün tədbirlərdə də həm özüm, həm də bizim dərnək üzvləri yaxından iştirak edirik. Onlarla birgə işimiz isə Xocalı soyqırımının 20 illiyi ilə bağlı olacaq. Başqa təşkilatlarla əməkdaşlığımız demək olar ki, keçirdiyimiz bütün tədbirlərdə baş tutur. Bütün tədbirlərimizin keçirilməsində bizə dəstək olan İsveçdəki səfirliyimizə və Azərbaycan-İsveç Federasiyasına öz təşəkkürlərimi çatdırıram.
Bütün soydaşlarımızı diasporamızın güclənməsi naminə bir olmağa çağırıram və bu yolda uğurlar arzu edirəm.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir