SON XƏBƏRLƏR

Davud Turan: “İran Azərbaycanda özünə yaxın qrupları, Başqa bir tərəfdən də erməniləri dəstəkləyir”

2021.10.20, 07:36
Davud Turan: “İran Azərbaycanda özünə yaxın qrupları, Başqa bir tərəfdən də erməniləri dəstəkləyir”

Gunaz.tv

GünAz TV: Azərbaycan müstəqilliyini yenicə elan etdikdən sonra İran Azərbaycanın islam modelində qurulmasını istəyirdi və bunun üçün əlindən gələni edirdi.

Bu sözləri Gün.Az-a Ankaradan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Davud Turan deyib.

“Amma bundan nəticə almayınca, bu, siyasətlərindən əl çəkdilər. Bundan sonra inqilabi gerçəkləşdirmək yerinə, özünə yaxın qrupları dəstəkləyərək istədikləri bir güc halına gətirib, onları şəraitə görə istifadə etmək siyasətinə üstünlük verilməyə başladılar. Bunu Fələstində, Livanda (Lübnanda) və İraqda görə bilərik.

Azərbaycanla bağlı olaraq onu deyim ki, burada İranın məsələyə baxışı ziddiyyət təşkil edir. Bir tərəfdən, həm Azərbaycanda islamçı və özünə yaxın qrupları dəstəkləyir. Başqa bir tərəfdən də, erməniləri dəstəkləyir. Mənə görə, İran Azərbaycanda islami inqilab gerçəkləşdirmək yerinə, burada özünə yaxın sosial güc formalaşdırmaq istəyir. Bunun da ən önəmli hədəfi isə Azərbaycan dövlətinə qarşı çıxış etmək və onun güclənməsinə mane olmaqdır.

Ötən əsrin 90-cı illərindən başlayaraq bu günümüzə qədər İran Azərbaycan dövlətinin güclü olmasını, öz dövlət maraqları üçün təhlükə olaraq görür” - deyə, politoloq qeyd etdi.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar