Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV: İran rəsmiləri bir sıra hallarda elə danışır sanki, o, ölkədə yaşayanlar müsəlman deyil, yaxud orada türk yaşamır və ya İslam Respublikası (Cümhuriyyəti) dünyanın ən ədalətli və ləyaqətli dövlətidir. Habelə bu ölkəni idarə edənlərdən başqa kiminsə nə xristianlıqdan (məsihilikdən), nə də islamdan, lap elə yəhudilikdən xəbəri var.
Ötən həftənin sonunda İranın ali rəhbərli ayətulla Xamneyinin Güney Azərbaycanının Ərdəbil əyaləti üzrə nümayəndəsi Seydi Həsən Amili yenə işğal olunmuş Azərbaycan torpaqlarından və orada baş verənlərdən danışıb. Əslində bunu danışıq adlandırmaqda istməzdik. O, bir qədər də «Ceyms Bond»luq etməyə cəhd göstərib.Çünki bunda da uğursuzluğa uğrayıb.
Onun həmin çıxışına ötəri də olsa dəyərləndirmək istərdik. Bəziləri buelə çıxışı ilə cənab Amilidən «milət qəhrəmanı» və «türk təəssübkeşi» düzəldib, türk və islam dünyasına sırmaq istəyir.
Son bir neçə ildə, daha doğrusu müttəfiqlərin İraqdakı hərbi əməliyyatlarından sonra İran İslam Respublikası da gələcək zərbəni qarşısını önləmək üçün bu qonşu dövlət ərazisində toplaşan terrorçu PKK və PEJAK-a qarşı əməliyyatlar keçirir.
Heç kimə sirr deyil ki, dünya kürdləri yüz ildən artıqdır İraqın Şimalından idarə olunur. Amili həmin terrorçu təşkilatlar haqda məsələdən xəbərsizlər üçün «sensasiyalı» (cəncali) görünə biləcək bəyanatlar verib.
Terrorçu Pejak və PKK qruplaşmalarının təlim keçdiyi yerlə bağlı höccətülislam bunları bildirib : «Bu qruplaşmaların ünsürləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində təlim keçir. Azərbaycan elə düşünür ki, Qarabağ erməninin əlindədir. Dağlıq Qarabağ hazırda ABŞ (Amerika Birləşmiş Ştatları) və sionist rejimin əlindədir. ABŞ və sionist rejim bu ünsürləri Dağlıq Qarabağda yetişdirir sonra isə İrana qarşı terror əməliyyatı törətməyə göndərir.
PKK və Pejak İranın bir çox vətəndaşını şəhid edib. Bu Qarabağ bizim üçün bir dərd olub. Qarabağ ABŞ və İsrail üçün İranın lap yaxınlığında əsas bazaya çevrilib. Lakin Azərbaycan deyir ki, münaqişəni müzakirə ilə həll edəcəyəm. 18 ildir ki, müzakirələr aparılır. 18 il uzun sürən müzakirənin adını artıq müzakirə, strategiya qoymazlar.
Seyid Həsən Amilinin sözlərinə görə, İslam Şurası Məclisinin sədri Əli Laricani Bakı səfərində Azərbaycan Respublikasının dedi ki, sizin Dağlıq Qarabağa dair strategiyanız yoxdur. Tamamilə bu sözü düz dedi. 18 illik müzakirə olarmı! Bu gülünc bir işdir ki, Azərbaycanı oynadıblar. Azərbaycanın özü də bunu bilir. Lakin yenə də istəyir ki, bu yanlış yolu davam etdirsin...
Azərbaycan Respublikası gözünü Kazan görüşünə dikmişdi. Lakin əvvəldən məlum idi ki, Kazanda heç bir şey baş verməyəcək. Məsələ burasındadır ki, Azərbaycan da buna meylsiz deyil. Bu vasitə ilə Azərbaycan ölkədə fövqəladə vəziyyətin vaxtını uzatmaq istəyir. Lakin burada Azərbaycan xalqının hökumətə sualı olacaq ki, 18 ildir nə üçün Qarabağ məsələsi həll olunmur. Bu zaman Azərbaycan Respublikası hökuməti bu münaqişənin həll olunmamasını İran və Rusiyanın üzərinə atır. Sonra da öz çıxarsızlıqlarını əsaslandırır...
Amilinin sözlərinə görə, Azərbaycan kiminlə Qarabağı almaq istəyir? Dindar insanlarla Qarabağı azad etmək olar. Lakin AR hökuməti dindarları həbsə atıb və bütün dindarlara qarşı addım atılır…
…Maraqlıdır ki, o tərəfdən NATO da Azərbaycanı təhdid edir ki, müharibə və hərbi vasitədən istifadə etməyə haqqın yoxdur. Rusiya da qoymur, NATO da qoymur. Sonra da Azərbaycan deyir ki, biz müstəqil qərar çıxarırıq. Azərbaycanın yeganə çıxış yolu var. O da budur ki, özünə, dindarlara və bizim bu cümə namazında iştirak edən dindarlara etimad etməlidir…
Bu dindarlar ermənilərə yaxşıca qulaqburması verərlər ki, erməni bir daha Azərbaycan adını tutmaz. Lakin bu ola bilməz. Çünki dindarlara təzyiq göstərir. Dindarları İrana bağlı hesab edirlər. İranla bağlı olanların əli ilə Qarabağın azad olunmasını istəmirlər. Əbülfəz Elçibəy dedi ki, Qarabağı ikiəlli Ermənistana verməyə, lakin İranın əli ilə azad olunmasına hazır deyiləm…»
İndi isə çıxışı dəyərləndirək. Cənab Amili türklərin, eləcə də Güney Azərbaycan türklərinin terrorçu PKK və PEJAK-a qarşı mənfi münasibətini bildiyindən istəyir ki, ölkədə Tehran hakimiyyətinin çoxdan planlaşdırıdığı türk-kürd qarşıdurmasını tezləşməsinə yardım etsin. Çünki kürd terrorçuları ilə silahlı toqquşmada həlak olanlar İnqilab Keşikiçiləri Qvardiyasının hərbçiləri arasında türklər də az deyil. İran hakimiyyəti türklərin milli heysiyyatından yararlanaraq, onları mövcud rejimi qorumağa sövqə səy göstərir.
Elə PKK və PEJAK-ın işğal olunmuş Azərbaycan torpaqların Qarabağda təlim keçməsi də buna hesablanıb. Çünki güney azərbaycanlılar Qarabağın işğalına qarşı da çıxırılar. Amili bundan istifadə edərək, kürd terrorçularının Qarabağda təlim keçməsi məsələsini ortaya atır.
Amili «dindarlar» ın «ermənilərə qulaqburması verməsindən» danışır. Hansı dindar? Qərəzsiz həmin dindarlar haradadır?Yoxsa Azərbaycanı da islam adından yalnız alver edən İran İslam Respublikasının gününə salmaq istəyənləri nəzərdə tutursunuz?
Həmin dindarlar belə təəssübkeşdirsə,Güney Azərbaycan torpaqlarını ermənilərin erməniləşdirməsinə cavab versin.
Amiliyə yaddaş. Bir neçə gün öncə erməni arxeoloqu (bastanşünası) Samvel Karapetyan başçılıq etdiyi qrupun İranda yerli mütəxəssislərlə birgə iki ölkə arasındakı layihə çəçivəsində bir aylıq (iyunun 10-dan iyulun10-dək) fəaliyyətin yekunu ilə bağlı mətubat konfransı keçirib.
Karapetyan bunları deyib : «Bizim qrupp keçmiş erməni quberniyalarından 4 də – Parspatunik (Qaradağ mahalı-S.S.), Artaz (Makı-S.S.), Xoy,Zarevandda (Salmas-S.S.), eləcə də beşinci erməni əyaləti Kaputan (Urmiya-S.S.) olduq. Abidələrin müxtəlifləiyinə və sayına görə, onlar Ermənistan, Qarabağ və Qərbi Errmənistandakılar bənzəyir.Biz tarixi erməni ərazilərindən yalnız birində azərbaycanlılar və kürdəlrin yerləşdiyi Zarevandda (Salmas-S.S.) erməniləri gördük.
Tarixi erməni ərazilərində yalnız kilsələr deyil, ermənilərə aid qalalar da qorunub saxlanılıb.Van çarlığının dövrünə aid ərazilər qalalarla daha zəngindir».
Karapetyan əlavə edib ki, tarixi erməni quberniyalarında (valilik) bir neçə min abidə saxlanılır.
Səfər zamanı 4000-4500 belə abidənin fotosu çəkilib və videolentə alınıb. Onun sözlərinə görə, gələcəkdə həmn şəikllərdən və video görüntülərdən ibarət albom, kitab və filmlər hazırlanacaq.
Höccətülislam Amilinin və onun təbilğatçılarının nəzərinə çatdırmaq istərdik ki, S.Karapetyan keçən ilin yayında da İranda «elmi məzuniyyətdə» olmuşdu.
Onda o, demişdi ki, İranda «erməni mədəni abidələrinə çox böyük hörmətlə yanaşırlar».
Karapetyan İranda apardıqları ötən ilki araşdırma haqda bunları bildirmişdi : «Bir ay ərzində biz İranın yüzə yaxın kəndində erməni abidələrini araşdırdıq. Qrupmuz Tehranın Cənubundakı Qəzax,Kəmər, Periha,Yeni Cugədə fəaliyyət göstərdi. Bu yerlərdə biz erməni kilsəsinə aid 20 –yə yaxın abidə aşkarladıq. Məlum oldu ki, ötən illər ərzində iranlılar onlar toxunmayıb. Biz qum altında qalmış yeri göstərərək, dedilər ki, orada gildən tikilmiş erməni kilsəsi olub».
Erməni mütəxəssis onu da qeyd etmişdi ki, gildən tikilsə də bütün hallarda «erməni kilsəsi qalıb». «Onların bəzilərindən məscid kimi istifadə edilib. Beləlri daha yaxşı qorunub. Kilsələrin yanında isə «errməni abidəsidir» lövhələri asılıb. Kəndlilər bu abidələri dağıtmır. Bununla yanaşı İran hakimiyyəti çoxsaylı erməni abidələrinin bərpası üçün vəsaiti ayırır»-deyə, ermənimütəxssis vurğulayıb.
Təşkilatın Yerevandakı şöbəsinin başçısı Samvel Karapetyan onda demişdi: «2010-cu il üçün nəzərdə tutulumuş ən iri layihə, məhz ermənilərin İrandakı tarixi abidələrinin araşdırılmasıdır».
Bununla bağlı erməni mənbələri xəbəri belə yaymışdı : «Bu irimiqyaslı proqram Ermənistanın tarixi torpaqlarındakı, o cümlədən Qaradağ, Xoy, Salmas (əslində Salmasdır-S.S.) (erməni mənbəsinin qeyd etdiyi bu bölgələr Azərbaycanın qədim torpaqları, Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətidir- S.S.), eləcə də İrandakı başqa ərazilərdə erməni abidələrini araşdıracaq».
S.Karapetyan qeyd etmişdi ki, layihə Tehrandakı «Vaçe Ovsepyan» dövlət muzeyi əməkdaşlarının birgə iştrakı ilə gerçəkləşdiriləcək. Göründüyü kimi Azərbaycan torpaqları artıq «Ermənistanın tarixi ərazisi kimi təqdim edilir».
Amiliyə və onun havadarlarına yaddaş. İran İslam Respublikası ilə müsəman Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistan arasında enerjidaşyıcılarına dair indiyədək 40-dan çox müqavilə imzalanıb.
Bu ilin sentyabrında Yerevanda İranın ticarət sərgisi keçiriləcək. Ermənistanın Tehrandakı səfiri Qriqor Arakelyan deyib ki, 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 38 faiz artıb,bu il isə onun daha 30 faiz artmasına çalışırlar.
Təxminən bir ay öncə İran təhlükəsizlik şurasının katibi Səid Cəlili erməni həmkarı Artur Baqdarsaryanla görüşündə tərəflər starateji sahədə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
Bu günlərdə İran neft məhsulları istehsalı və paylayıcı şirkətinin baş direktoru Cəlil Salari bildirrib ki, Yerevanda neft məhsullarının yeni palayama mərkəzinin yaranması ilə bağlı Ermənistanla danışıqlar aparırlar. Onun sözlərinə görə, hazırda Erməistanın bu mala olan gündəlik ehtiyacı 12 min barreldir, ancaq bu göstərici 22 min barrelə yüksələcək.
Ən maraqlı öncəgörməi isə məşhur Vladimir Jirinovski verib. O deyib ki, hazırda gedən üçüncü dünya savaşında Türkiyə Azərbaycanı İran isə Ermənistanı müdafiə edəcək.
Azərbaycan haqlı və təbbi olaraq belə düşünürlər ki, Qarabağın işğalında ermənilərə Rusiya və İslam Respublikası yardım edib. Əks halda Ermənistan prezidenti Serj Sarkisyan özündən arxayın belə bir bəyantla çıxış etməzdi. «Qərb torpaqlarımızı Ağrı dağıyla birlikdə geri ala biləcəyikmi” sualını o, belə cavablandır: “Bu sizə bağlıdır. Bizim dövrün insanları öz öhdəliklərini layiqincə yerinə yetirərək 1990-cı illərdən sonra vətənimizin parçası olan Qarabağı düşmən əlindən xilas etdi. Hər nəsllin öz vəzifəsi var. Sizin də gələcəkdə öz vəzifələrinizi yerinə yetirib yetirməyəcəyiniz birlik və bütovlüyünüzə bağlıdır. Biz erməni milləti həmişə səməndər quşu kimi öz külümüzdən dirilməyi bacarmışıq. Amma qeyd etməliyəm ki, bu gün dünyada ölkələrin etibarı onların ərazisi ilə ölçülmür. Ermənistan müasir, təhlükəsiz və uğurlu iqtisadiyyatı olan ölkə olsa etibarı da o qədər yuxarı olacaq».
Ermənistan rəhbərləri indiyədək dəfələrlə bəyan edib:«İran olmasa idi, biz acından ölərdik».
İndi cənab höccətülislam Amiliyə və onun Azərbaycan Respublikasındakı təbliğatçılarına belə bir təbii sual:«Həmin dindarlar indiyədək İran İslam Respublikasının işğalçı Ermənistanla hərtərəfli ələqələrinə qarşı nə vaxt çıxıb?» Bir də həmin terrorçular və Azərbaycanın işğal altında olan torpaqlarına daha çox haradan keçə bilər? Təbii ki İranla işğal alltında olan nəzarətsiz Azərbaycan torpaqlarından.
Doğrudan da İslam Respublikası, Rusiya və İranın da xoşu gəlməyənlər işğalçı Ermənistanı müdafiə etməsə Azərbaycan kiimsənin yardımı olmadan torpaqlarını azad edər. Qazandakı görüşdən isə Azərbaycandakı özünə hörmət edən siyasətçilər, eləcə də rəsmilər elə ciddi nəticə gözləmirdi.
Bir də kürdlər ermənilər kimi Güney Azərbaycan torpaqlarını özünküləşdirəndə, «Mokriyane-Kürdüstan» kitabını İranda çıxardanda cənab Amili harda idi niyə o vaxt bunun qarşısını həmin dindarlarla almırdı…
Bu yerdə Amilinin vəziyyətini dəyərləndirəcək bir hekayəti yada salsaq yerinə düşər:«Bir məmləkətə «görücü» gəlir. Bir qadının da əri səfər gedibmiş, ondan uzun müddət imiş xəbər yoxmuş. Qadın ərinin yerini bilmək üçün qonşularla birilkdə «görücünü» qonaq çağırır. Onun işinə nə dərəcədə bələd olduğunu öyrənmək üçün bir kələk qurur. Qonaqlara plov bişirir. Əti qonuşların boşqabındakı yeməyin üstünə qoyur. «Görücünün» ət payını isə plovun altında gizlədir. «Göürücü» qabında ət görməyəndə soruşur:«Bəs,mənim ət payım hanı?» Qadın tez cavab verir:«Burdan bura plovun altındakı əti görmürsən, ərimin yerini necə deyəcəksən?»
Sədrəddin Soltan
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir