Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Altay Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Elçin Bayramlıdır.
- İran Azərbaycanla viza rejimini birtərəfli qayda da ləğv edib. Sizcə, rəsmi Bakı İranla vizanı hansı səbəblərə görə ləğv etmir?
- Məncə burada bir sıra amilin təsiri var. Ən əsas səbəb texniki səbəblər göstərilir. Lakin düşünürəm ki, siyasi və iqtisadi amillərin da böyük rolu var. İran cənub sərhədlərimizdə böyük dövlətdir, üstəlik Azərbaycanda İran meyilli şiə dini icması və mətbuatı var. İranla gediş-gəliş azad olsa, ölkəmizə mənfi təsirlər də olacaq. Cənub qonşumuzun ərazisində radikal dini qruplaşmalar, narkobiznes (müxəddir maddələri qaçaqmalçılığı) ünsürləri Azərbaycana axın edəcək və onlara nəzarət çətinləşəcək.
İranın dini təsiri milli təhlükəsizliyimiz və ideoloji məsələlərdə problem yarada bilər. Artıq çoxdan İrandan gələn mollaların və tacirlərin burdakı qeyri-qanuni əməlləri, orada dini təhsil alıb gələnlərin ETTALAT-ın təsiri altına düşməsi haqda kifayət qədər ciddi məlumatlar var. Son hadisələrdən də göründüyü kimi, İran kritik (böhran) durumlarda Azərbaycana təzyiq üçün imkanlarını nümayiş etdirir.
İran konkret (açıq, müşəxxəs) olaraq Azərbaycanın zəifləməsi, Ermənistanın güclənməsi üçün çalışır və birmənalı olaraq Qarabağın azad olunmasına qarşıdır. Tehran Azərbaycanın ABŞ-la (Amerika Birləşmiş Ştatları), NATO ilə əməkdaşlığından əndişə keçirir. Məhz bu üzdən ölkəmizə təyiq rıçaqlarını (qaynaqlarını) gücləndirməyə çalışır.
Qarabağı probleminin həlli ilə bağlı vəziyyətin gərginləşəndə ortalığa azyaşlı qızlara məktəbdə çadra geyindirilməsi kimi anormal ideyalar atılır, İranmeyilli dini icmalar, onların nəzarətindən olan media işə düşür, aləmi qatırlar. Buradan belə çıxır ki, İran Azərbaycanda daxili sabitliyi gərginləşdirmək bacarığını həm göstərir, həm də bu gücün imkanlarını yoxlayır. Üstəlik, bununla Azərbaycana müəyyən məsələlərdə təsir etməyə çalışır.
Narkotranzit məsələsinə gəldikdə, İran Azərbaycan ərazisindən az qala dövlət səviyəsində narkotiklərin (müxəddir maddələrin) daşınmasına nəzarət edir. Məncə Sərhəd Xidmətinin ələ keçirdiyi narkotiklər ümumi tranzitin 10 faizi belə deyil, amma bu 10 faiz belə dəhşətli bir həcmdədir. Bu zəhərlə həm Azərbaycanlılar, həm də qonşu ölkələrin insanları məhv edilir.
Fikrimcə, İranla vizanı götürmək hələ tezdir, bu məsələdə hökumətin mövqeyini dəstəkləyirəm, baxmayaraq ki güneyli qardaş-bacılarımızla daha sıx və yaxın əlaqələr qura bilərik, qaynayıb-qarışarıq, lakin bununla belə bilməliyik ki, düşünülməmiş addım bizə zərər verə bilər.
Eyni sözlər Türkiyəyə də aiddir. Ümumiyyətlə, vizanın götürülməsi, gediş-gəlişin azad olması böyük ölkələrə sərf edir, kiçik ölkələrə yox. Çünki 2 qonşu dövlət aranı açırlarsa, onlardan kiçiyinin böyüyü təsir altına salmaq imkanı yoxdur, böyük olanının kiçik olanı təsir altına salmaq imkanı isə çoxdur.
- Son vaxtlar ölkəmizdə hicab məsələsi ortaya atılıb. Bəzi dairələr bunun arxasında İran amilini qeyd edirlər. İran bununla nəyə nail olmaq istəyir?
- İrandan idarə olunduğu şübhə doğurmayan bəzi radikal dini qruplar özlərinin inanclarını bütün cəmiyyətin yaşam sisteminə daxil edilməsini tələb edirlər. Beləliklə, dövlətin dünyəvi sistemini, cəmiyyətin ənənəvi yaşam tərzini zorla dəyişdirməyə cəhd edilir.
Hər kəsin geyim azadlığı var, lakin hər yerin də özünün qayda-qanunları var. Əgər şagird məktəbə təhsil almağa gəlirsə, buranın daxili qayda-qanunlarına riayət etməyə borcludur, müqəddəs elm ocağında çadraya bürünməyə, ya da açıq-saçıq geyimə ehtiyac yoxdur.
Bu tələblərin əslində, nə hüquqi, nə mənəvi, nə də sosial əsasları yoxdur. Dünyanın bütün normal ölkələrində təhsil sisteminin müəyyənləşdirilmiş tələbləri var. Bunlardan biri də məktəbli geyimidir. Hansısa dini təriqətin tələblərinə görə, qatı dindar ailələrdə böyüyən uşaqların zorla çadraya bürüdülərək dərsə göndərilməsi heç bir kriteriyaya (qaydalara) sığmır.
Konstutisiyamıza (Anayasa) görə, Azərbaycanın rəsmi dini yoxdur, ölkəmiz dünyəvi sistemlə idarə olunur. Cəmiyyətdə müxtəlif inanclara tapınan vətəndaşlar yaşayır. Fərz edək ki, bir sinifdə 5-6 fərqli dinə inanan valideynlərin uşaqları təhsil alır. Hərə də öz uşağını fərqli dini paltarda məktəbə göndərsə, o zaman bu otaq məktəb sinfindən (klasından) daha çox dini konfessiyaların (müzakirələr, etiraflar) dialoq konfransına bənzəməyəcəkmi?
Bu kimi hallar uşaqların psixologiyasına (rəvanşünasisinə) mənfi təsir edir. Sovetlər dövründə çox gözəl bir qayda və ənənə var idi- bütün məktəblilər dərsə eyni formada- məktəbli geyimində gəlirdilər. Bununla da, şagirdlərin mənsub olduqları sosial zümrə nəzərə çaprmırdı, bununla da hər kəs bərabər imkanlara malik olduğunu anlayırdı.
Təəssüf ki, müstəqilliyimizi bərpa etdikdən sonra bu ənənədən imtina edildi və məktəb bir növ müxtəlif modaların nümayiş etdirildiyi meydana döndü. İndi hökumətimiz bu gözəl ənənəni bərpa edir və bu da cəmiyyətin sağlam üzvləri tərəfindən alqışlanır. İndi 5-10 nəfər radikal dindarın tələbi ilə cəmiyyət şəriət qanunları iləmi yaşamağa məcburdur?
Digər tərəfdən, çadra və ya hicab sırf ərəb milli geyimidir. Bunun türklərə, ya başqa millətlərə nə dəxli var? Hər xalqın öz kültürü, ənənəsi, yaşam tərzi, geyim forması var. Tanrı dünyanı bilərəkdən belə yaradıb, rəngarəng, fərqli, təkrarolunmaz. İstər heyvanlar aləmində, istər bitkilərdə bu, belədir. Hər kəs broyler cücəsi kimi eyni olmalı deyil ki?
Belə çıxır ki, bəzi dindarları məzmun yox, forma maraqlandırır. Oysa, birinci daha önəmlidir. Dinin vəzifəsi yalnız və yalnız insanları Tanrını sevməyə səsləmək, bütün canlılara hörmət bəslənməsini məsləhət etməkdir. Qalan hər şey siyasətdir, həm də çirkin siyasət.
Hər kəsə aydındır ki, İran bununla Azərbayca hakimiyyətinə təzyiq edir, demək istəyir ki, istənilən vaxtı sənin ölkəndə qarşışıqlıq yarada bilərəm. Azərbaycan xalqının həll ediləsi daha vacib və ağır problemləri var, bu siyahıda çadra heç ilk yüzlüyə də düşməz...
- İranın daxilində də vəziyyət gərgindir. Hakimiyyətdaxili çəkişmələr getdikcə güclənməkdədir. Necə düşünürsünüz baş verən hadisələrin arxasında nə durur?
- İranda Ali Dini Şura ilə prezident və onun komandası (timi) arasında, mühafizəkarlarla islahatçılar arasında aşkar qarşıdurma var. İranın ali dini lideri, ayətullah Əli Xamneyi ilə prezident Mahmud Əhmədinejad arasında qarşıdurma kulminasiya nöqtəsinə (oc nöqtəsi) çatıb.
Bildiyiniz kimi, bu şəxslər arasında qalmaqala səbəb Əhmədnejadın ali dini rəhbərlə hesablaşmaması və nəticədə Xamneyinin prezidentin sərəncamlarını ləğv etməsi olub. Belə ki, Əhmədinejad ölkənin informasiya və təhlükəsizlik naziri- “ETTELAAT”ın rəhbəri Heydər Moslehini tutduğu vəzifəsindən azad etsə də, Xamneyi Heydər Moslehiyə dəstək verib, onu yerinə qaytarıb.
2012-ci ilin martında İranda parlament seçkiləri keçiriləcək. Parlament seçkilərinədək tərəflər arasında qarşıdurmaların daha da kəskinləşəcəyi şübhəsizdir. Daxili ictimai sabitliyə gəldikdə, ölkə hazırda barıt çəlləyinin üzərində oturub. Bir tərəfdən İranda çoxluğu təşkil edən Azərbaycan türklərinə qarşı repressiyalar (sərkublar), digər tərəfdən getdikcə pisləşən sosial durum, başqa bir tərəfdən də insan hüquqlarının kobud pozulması halları xalqı cana gətirib.
“Amnesty İnternational”ın verdiyi xəbərlərdə İranda ildə 600-dən artıq insanın əqidəsinə görə edam edildiyi, hicab istəməyən azad qadınların ən dəhşətli ittihamlarla daşqalaq olunması, narkotikanın istifadəsi və alverinə görə dünyada 1-ci yeri tutması, şəriət ənənələrə uyğun olan qisas və intiqam kimi qaydaların həyata keçirilməsi, insanın gözünü çıxardıb, ciyərini parçalamaq, qızmar dəmirlə dağlayıb öldürmək, bədən üzvlərini kəsmək, əl-qolunu qırmağın çox normal bir hal kimi sayılması qeyd olunub.
Hesab edirəm ki, zülüm və vəhşilik üzərində qurulan bu imperiyanın ömrü uzun olmayacaq. İran xalqı da nəhayət dünya xalqları ilə bərabər hüquqda, normal şərtlərdə və azad cəmiyyətdə yaşamaq istəyini həyata keçirəcək. Fars-molla rejimi 70 milyonluq xalqı zülm və qorxu altında çox saxlaya bilməyəcək.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir