Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV mətbuat mərkəzi Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözcüsü Saleh Ildırımın Mərkəz qəzetinə verdiyi müsahibəsini olduğu kimi təqdim edire.
Son günlər ölkə və dünya mətbuatında Cənubi Azərbaycanda güclənən siyasi proseslərlə (sürəc) bağlı geniş məlumatlar verilir. Göstərilir ki, İran hakimiyyəti Cənubi Azərbaycanda çoxlu sayda soydaşımızı həbs edir. Ən son məlumatlarda isə bildirilir ki, bir neçə gənc yalan ittihamlarla ölüm hökmünə məhkum olunub və dar ağacından asılıblar. Ümumiyyətlə, İran hökuməti Təbrizdə və digər şəhərlərdə ciddi rejim tətbiq etməklə, insanların ən kiçik haqlarını belə, əllərindən alır.
Məsələ ilə bağlı bir neçə günlüyə Bakıya səfər edən Güney Azərbaycan İstiqlal Partiyasının Sözcüsü Saleh Ildırımla həmsöhbət olduq. Onu da qeyd edək ki, müsahibimiz bir neçə ildir ki, Kanadada yaşayır və siyasi fəaliyyətini orada davam etdirir.
- Bakı səfərinizin məqsədi nədir?
- Bura gəlişim Dünya Azərbaycanlılarının III Qurultayına dəvətlə bağlıdır və mən də bu qurultayda iştirak etdim. Sonra bu fürsəti dəyərləndirərək, həm həmvətənlilərimlə, həm də bir sıra siyasi təşkilatlarla görüşdüm. Bizim AMİP-lə uzun zamandır ki, əlaqələrimiz olduğu üçün daha tez anlaşdıq. Bir az çətin olsa da, Müsavat, ADP, Ümid və digər partiyalarla görüşərək, birgə əməkdaşlıqla bağlı bir sıra sazişlər bağladıq. Bir sıra diaspora nümayəndələri ilə görüşlərimiz oldu. Bir sözlə, bu səfərimi müsbət dəyərləndirirəm. Çünki bütün sahələr üzrə mühüm müzakirələrimiz oldu. BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) Bakı ofisi ilə görüşərək, burada mühacirət həyatı yaşayan güneylilərin sığınacaq vəziyyətlərinin düzəldilməsi ilə bağlı onlara müraciət etmək istədik. Çünki onlar çox ağır vəziyyətdə yaşayırlar və bir çox haqsızlıqlarla üzləşirlər. Ancaq BMT nümayəndələri bizimlə görüşmək istəmədilər. Onların bu cür məsələlərə laqeyd yanaşması onu göstərir ki, işlərini doğru qura bilmirlər. Bundan çox narahatıq və Bakı ofisinin çox zəif işlədiyini mərkəzi ofisin rəhbərliyinin diqqətinə çatdıracağıq.
- Güney Azərbaycanda baş verən son proseslərlə bağlı nə deyə bilərsiniz?
- Sonuncu dəfə 2006-cı ilin 22 may hadisələrinin ildönümü ərəfəsində yeni mitinqlərin keçirilməsi üçün hazırlıqlar gördük. Belə planlaşdırdıq ki, İran hakimiyyətini kökündən sarsıtmaq üçün meydanlara çıxaraq yeni tələblər irəli sürək və mövqeyimizdən geri çəkilməyək. Əsas tələbimiz də işğalçı İran hökumətinin ərazilərimizdən çıxıb getmələri ilə bağlı olacaqdı. İran hökuməti isə mitinqlərə 1 həftə qalmış bütün gücünü toplayaraq, şəhərlərimizdə hərbi vəziyyət elan etdi. Hər 50 metrdən bir hərbi və polis postları quruldu. Buna görə də bəzi şəhərlərdə, yəni Təbrizdə, Urmiyada kiçik və dağınıq mitinqlər keçirməklə kifayətlənməli olduq. Bununla belə, Xoyda və Marağada əsl piket keçirildi. Digər şəhərlərdə mitinqlər keçirilsə də, polislər tərəfindən dağıdıldı və xeyli insan həbs olundu və haqsız yerə mühakimə olunaraq həbsxanalara salındı. Əslində isə onların özləri mühakimə olunmalıdır. Sadəcə yerlər dəyişik düşüb. Yəni torpaqlarımızı işğal etdikləri üçün biz onları mühakimə etməliyik. Biz bu hadisələrlə bağlı beynəlxalq təşkilatlara da məlumatlar vermişik və qarşılarına tələb qoymuşuq ki, səbəbsiz yerə həbsxanalara salınmış soydaşlarımızın azad olunması üçün səy göstərsinlər. Nə qədər ki, müstəqil Azərbaycan Cümhuriyyəti uğrunda mübarizə aparmaq üçün birləşməmişik, övladlarımız da həbsxanalara salınaraq çürüdüləcək və fars dövləti bizi əzəcək, döyəcək, kimliyimizdən uzaqlaşdıracaq.
- Son vaxtlar mətbuatda belə məlumatlar yayılır ki, İran hakimiyyəti çoxlu sayda insanları həbsxanalara salır, onlara əzab və işgəncələr verir. Hətta çoxlarının taleyinin naməlum qalması və ailələrinin onlar barədə heç bir məlumat ala bilməmələri barədə də geniş məlumatlar verilir. Sizcə, bu məlumatlar nə dərəcədə həqiqətəuyğundur?
- İran hakimiyyəti heç vaxt öz vətəndaşlarının haqlarını tanımayıb. İran polisi həbsxanada güllə ilə öldürdüyü bir gəncin cəsədini gətirib ailəsinə təhvil verəndə, güllənin pulunu istəyir. Hətta deyirlər ki, gözünüz aydın olsun, oğlunuzu hakimiyyətə qarşı çıxdığı üçün öldürdük. Çox vaxt da öldürdükləri insanların cəsədlərini də ailələrinə qaytarmırlar və aparıb elə yerlərə atırlar ki, tapmaq belə mümkün olmur. Ancaq neçəsinin cəsədini biz El gölündən, Eynalı dağlarıının ətəklərindən tapıb ailələrinə vermişik. İran hakimiyyəti əgər qanunlar üzərində bərqərar olubsa, o zaman oğurladığı insanlar haqqında məlumat versin. Yaxud da həbs etdiyi bir insan barədə əvvəlcə məhkəmədən icazə kağızı alsın və onun ailəsinə məlumat versin ki, filan cinayət hadisəsinə görə həbs etmişik. Bu da onu göstərir ki, İran rejimi oğurluq üzərində qurulub. Qardaşım Rzanı da onlar oğurlayaraq öldürdülər və cəsədini də bizə qaytarmadılar. Nə mühakimə olunub, nə də zindanda cəza çəkib, heç bir səbəb olmadan yalançı iddialarla gülləyib izini də itiriblər. Yalnız 13 ildən sonra, təsadüfən, İranın 2 kəşfiyyat orqanı arasında gedən mübarizə nəticəsində öyrəndik ki, onu öldürüblər. Bu 2 təşkilatın mənafeləri üst-üstə gəlməyərək toqquşur. Tərəflərdən biri bizə məlumat verir ki, qardaşınızı qarşı tərəf qətlə yetirib. Bu illər ərzində atamın gözləri ağlamaqdan kor oldu. Bütün idarələrə, təşkilatlara, insan hüquqları komitələrinə yazdı ki, oğlumun ya dirisi, ya da ölüsü barədə məlumatınız varsa, deyin, biz də bilək. Heç qəbrinin harada olduğunu da bilmirik.
- Bəs, İranda fəaliyyət göstərən insan hüquqları təşkilatlarına hansısa məlumatlar verirsinizmi?
- Belə təşkilatlar var ki?.. Rejim tərəfindən bir neçə qondarma təşkilat yaradılıb və başlarına da Şirin İbadi kimi özlərini azərbaycanlı adlandıran insanlar qoyulub. Onlar da fars düşüncəsindən kənara çıxa bilmirlər. 2006-cı il 22 may hadisələrindən sonra nə qədər azərbaycanlı məhbəslərə atıldı və meydanlarda şəhid oldu. Ancaq Şirin İbadi bir dəfə də olsun, rejimdən soruşmadı ki, niyə bu qədər insanın qanını tökürsünüz? Gülər adında bir fars qadını həbs olunanda, hökuməti ayağa qaldırdı. Ancaq 10 nəfərə qədər azərbaycanlı gənc qadın bu günə qədər həbsxanalarda çürüsə də, bir dəfə də olsun, onlarla maraqlanmayıb. Təbrizdə Səkinə Aşkiani günahsız yerə daş-qalaq edilmə cəzasına məhkum olunanda, biz beynəlxalq insan hüquqları təşkilatlarına məlumat verdik və uzun əziyyətdən sonra onun üzərindən bu ittihamı götürdə bildik. Beynəlxalq təşkilatlara bildirdik ki, bu qadının heç bir günahı yoxdur. Fars dilində yalançı ittihamlar yazdıraraq ona imza atdırıblar və öz ana dilində məhkum olunmayıb. Güneydə soydaşlarımıza bu cür işgəncələr verilir, amma Şirin İbadidən səs çıxmır.
- Bəs, Avropada, yaxud vətəndaşı olduğunuz Kanadada bunlarla bağlı hansısa işlər görürsünüzmü?
- Bizim Beynəlxalq Əfv Komisiyyasında (komisiyonunda) nümayəndəmiz var və bu məsələlərlə bağlı onları mütəmadi məlumatlandırır. Hər il 22 may hadisələri ildönümündə Avropada və dünyanın bir çox ölkəsində tədbirlər keçiririk. BBC telekanalının, İngiltərə və Kanada parlamentlərinin, Fransada İnsan Hüquqları Komitəsinin qarşısında mitinqlər təşkil edirik və güneylilərin başlarına gətirilən faciələri onların diqqətinə çatdırırıq. BMT-nin İnsan Haqları Komitəsinə, xarici ölkələrin nümayəndəliklərinə təqdim etmək üçün İran həbsxanalarında çürüyən azərbaycanlı məhbusların azad olunması ilə bağlı müraciətlər hazırlayırıq və imzatoplama kampaniyası keçiririk. Bir şeyi də təəssüflə bildirim ki, bir çox hallarda bu hadisələrlə bağlı onlara geniş məlumat verilsə də, maraqlarına uyğun gəlmədiyi üçün bununla məşğul olmaq istəmirlər. Elə ki, İran onları təhdid etməyə başlayır, o zaman onlar da bu məsələləri gündəmə gətirirlər.
- İndi İran Ermənistanla sıx münasibətdədir. Bu məkrli siyasi xətti necə izah edərdiniz?
- İran hakimiyyəti yalançılıq, oğurluq, zorakılıq üzərində qurulub. Bir tərəfdən Azərbaycana dostluq təklifi edir, digər tərəfdən də buranı İranın şimal torpaqları kimi təqdim edir. Müstəqil dövlətimiz rəsmi sənədlərdə Bakı dövləti, ya da Bakı hökuməti kimi göstərilir. Yaxud da, Bəhreyni, Əfqanıstanı, Tacikistanı öz torpaqları adlandırır. İran başqa dövlətləri istila etmək və başqa xalqlara öz gücünü göstərmək siyasəti həyata keçirir. Üzdə Azərbaycana dost desə də, o biri tərəfdən də dini casus dəstələri göndərərək, ölkəmizdə təxribatlar həyata keçirir. Bir tərəfdən də din pərdəsi altında cahil müsəlmanları qızışdırır ki, dövlətinizə qarşı qalxın, çünki bu dövlət dini müstəqilliyinizi əlinizdən alır. O biri tərəfdən də müsəlmanı qətlə yetirən ermənilərə silah verir. Bu gün İran Qəzzadan, Fələstindən danışır, ora hərtərəfli yardımlar edir, qüvvələr göndərir. Livana da pul verir ki, Fələstinə kömək etsin. Ancaq Qarabağın azad olunması üçün kömək əli uzatmaqdansa, İslam torpağını işğal edən Ermənistana milyardlarla dollar məbləğində yardımlar edir və onlarla dostluq, birgə əməkdaşlıq müqavilələri imzalayır, öz ərazisindən ucuz qiymətə qaz kəməri çəkdirir. Hətta mütəxəssislər göndərir ki, işğal olunan torpaqlarda olan qızıl, mis mədənlərindən xammal çıxardıb istehsal etsinlər və dünya bazarına çıxartsınlar. Onların əsas məqsədi fars imperiyasını bərpa etməkdir.
- Güneyli soydaşlarımızın bizdən gözləntiləri nədir?
- Gözlətilərimiz odur ki, buradakı partiyalar Güney məsələlərinə necə diqqət göstərirlərsə, mətbuat da eyni diqqəti göstərsin. Mənim mətbuat mənsublarından bir xahişim var. Heç olmasa, qəzetlərində həftədə 2 dəfə 1 səhifə Güney Azərbaycan məsələlərinə yer ayırsınlar. Çünki bu, həm də bütün Azərbaycanın problemidir. Təbrizdə meydanlara çıxan insanlarımız bildirir ki, Ağdam bizim Beytül-müqəddəsimizdir və Məkkəyə deyil, Ağdam məscidinə ziyarətə getmək istəyirik. Eyni reaksiyanı buradakı vətəndaşlarımızdan, ziyalılarımızdan, siyasi partiyalarımızdan gözləyirik. Qarabağın da, Təbrizin də taleyi eynidir, yəni işğalçıların əsarəti altındadır. Son qarışına qədər bu ərazilərimizi işğaldan azad etməyənə qədər biz yerimizdə oturmayacağıq və son nəfərimizə qədər döyüşəcəyik. Bu gün güneydə minlərlə gəncimiz Azərbaycan ordusunun tərkibində Qarabağın azadlığı uğrunda savaşmağa hazır vəziyyətdədir.
Rövşən ZİYA
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir