Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV: “Qara qutu”nun tapıldığı barədə xəbərlər əvvəl təyyarənin məxsus olduğu “Silk Way” şirkəti tərəfindən təkzib olundu, daha sonra təsdiqləndi.
Azərbaycanın “Silk Way” şirkətinə aid İl-76 təyyarəsinin NATO-ya yük daşıyarkən Əfqanıstanda qəzaya uğraması ilə bağlı ziddiyyətli məqamlar qalmaqdadır. Dünən təyyarənin “qara qutu”sunun tapıldığı barədə xəbərlər yayılıb. Əvvəlcə bu xəbəri ANS-ə AZAL-ın vitse-prezidenti, hadisəni araşdıran komissiyanın (komisiyonun) sədri İlham Əmirov verib. Qutunun şəkli Kabildəki nümayəndələrimizə göstərilib. Bildirilib ki, qutunun özü Əfqanıstan tərəfdən yaradılmış komissiyadadır. Amma çox maraqlıdır ki, qutunun götürülməsinə nail olan komissiya təyyarənin heyət üzvlərinin taleyinə bir o qədər də həssaslıq göstərmir. Bunu da ANS-ə komissiyanın sədri bildirib.
Qeyd edək ki, bazar günü Azərbaycana məxsus “IL-76" yük təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanın Əfqanıstanın paytaxtı Kabildə yerli hökumət rəsmiləri və koalisiya (etilaf) qüvvələri ilə apardığı növbəti danışıqlar da nəticəsiz başa çatmışdı. Xatırladaq ki, İL-76 təyyarəsi iyulun (July) 6-da gecə saat 00:10 radələrində Əfqanıstanın Baqram Hava Limanı yaxınlığında enməyə hazırlaşarkən rabitə ani olaraq kəsilib və radarlarda görüntü itib. Təyyarənin göyərtəsində olan 9 ekipaj (xədəmə) üzvünün hamısı həlak olub. Azərbaycan tərəfinin yaratdığı komissiya hələ hadisə yerinə gedə bilməyib. Belə ki, ərazinin yarısına Daxili İşlər Nazirliyinin qoşunları, yarısına isə ”Taliban" qruplaşması nəzarət edir.
Təyyarənin “qara qutu”sunun tapıldığını Azərbaycanın Pakistandakı, eyni zamanda Əfqanıstanda akkreditə (mötəbər) olunmuş səfirliyinin 3-cü katibi Çinqiz Qəribli də təsdiq edib: “Əfqanıstan tərəfi bizim komissiyanın üzvlərinə təyyarənin ”qara qutu"sunun əks olunduğu bir fotoşəkil təqdim edib. Hazırda komissiya üzvləri fotodakı “qara qutu”nun qəzaya uğramış Azərbaycan təyyarəsinə aid olub-olmadığını araşdırırlar. Əfqan tərəfi iddia edir ki, foto Azərbaycan təyyarəsinin qəzaya uğradığı bölgədə çəkilib. Lakin bunu dəqiqləşdirməyə ehtiyac var. Bizim komissiya üzvlərinin qəza bölgəsinə yetişməsi isə Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin - İSAF-ın yaradacağı şəraitdən asılı olacaq".
Diplomatın sözlərinə görə, Azərbaycandan olan komissiya üzvləri, İSAF təmsilçiləri və əfqan hökumətinin nümayəndələri mütəmadi təmasda olur, birgə iclaslar keçirirlər: “Lakin beynəlxalq qüvvələr və əfqan rəsmiləri qəza bölgəsinin təhlükəli və relyef (yardım) baxımından çətin rayon (məntəqə) olduğunu əsas gətirərək, hələlik oraya getməyin mümkün olmadığını bildirirlər”. Diplomat bildirib ki, əfqan rəsmiləri Azərbaycan tərəfinə əllərindən gəldiyini etdiklərini, İSAF isə qəza bölgəsinin “riskli rayon” olduğunu deyir: “İSAF təmsilçiləri cəsədlərin götürülməsi yollarını araşdırdıqlarını bildirirlər. Azərbaycan tərəfdən komissiyanın üzvləri isə Əfqanıstanın paytaxtı Kabildədir”.
Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov isə “Trend”ə bildirib ki, Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin “qara qutu”su amerikalı hərbçilər tərəfindən tapılıb və şifrəni açmaq üçün ən yaxın zamanda Beynəlxalq Mülki Aviasiya (havacılıq, həvanəvərdi) Təşkilatının (ICAO) ofisinə çatdırılacaq. Lakin “qara qutu”nun tapıldığı barədə xəbərləri əvvəlcə “Silk Way” şirkətinin rəhbərinin müşaviri Adil Qasımov təkzib edib. ATV-yə açıqlamasında bu xəbərə münasibət bildirən şirkət nümayəndəsi qeyd edib ki, “qara qutu”nun tapılması barədə deyilənlər həqiqəti əks etdirmir: “Bütün məlumatlar ilk olaraq bizə gəlir. Deyə bilərəm ki, ”qara qutu"nun tapılması barədə deyilənlər düz deyil. Bu barədə məndə heç bir məlumat yoxdur. Təyyarənin düşdüyü yer “Taliban”çılar tərəfindən atəşə tutulur. Odur ki, əraziyə yaxınlaşmaq olmur. Çətinliklər yaranıb. Son hadisələrlə bağlı vəziyyət gərginləşib. Buna baxmayaraq, komissiya işini davam etdirir". Bu ziddiyyətli xəbərlərlə bağlı günün sonunda A.Qasımovla əlaqə saxladıq. O, “qara qutu”nun tapıldığını təsdiqlədi və bildirdi ki, hazırda Kabildə olan komissiyadan bu barədə xəbər alıblar: “Bizə bildirildiyinə görə ”qara qutu"nu əfqan tərəfi götürüb, onlar öz bildikləri yollarla qəza yerinə çata biliblər. Lakin cəsədlərin nəyə görə götürülmədiyi barədə bizim komissiyanın suallarına aydın cavab verilməyib. Onlar deyirlər ki, mümkün olanı edirlər. Biz əfqan tərəfi ilə vasitəçilər üzərindən danışırıq. Səylər davam etdirilir, biz cəsədləri götürə bilmək üçün onlarla danışıqları davam etdiririk".
Qeyd edək ki, Əfqanıstandakı koalisiya qüvvələrinin komandanlığının qəza bölgəsinə yaxınlaşmaq üçün yetərli tədbirlər görməməsi Azərbaycanla NATO arasında mübahisə yaradıb. Müəmmalar isə qalmaqdadır və göründüyü kimi, “qara qutu”nu götürənlər heyət üzvlərinin cəsədlərini qəza yerində qoyublar. Eyni zamanda aydın olmur ki, Azərbaycan tərəfinin göndərdiyi komissiyaya nəyə görə “qara qutu”nun özü yox, şəkli göstərilib. Yeni müsavat
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir