Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV: Rusiya münaqişə tərəflərinə de-fakto ultimatum verir, Sergey Lavrov yeni təkliflərin müzakirəsi üçün Vaşinqtona getdi.
Rusiya xarici işlər naziri Sergey Lavrov başçılıq etdiyi nazirliyin Twitter sosial şəbəkəsindəki rəsmi bloqunda prezident Dmitri Medvedyevin Ermənistan və Azərbaycan dövlət başçılarına Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ünvanladığı məktubun mahiyyəti barədə qısa qeyd yazıb. Lavrovun yazdığına görə, məktubun qısa mahiyyəti bu cürdür: “Razılaşmaq vaxtıdır. Cavab gözləyirik”. Xəbər verildiyi kimi, Rusiya xarici işlər naziri ötən həftə İrəvan və Bakıya blits-səfərlər (fori-səfərlər) sedib. O, prezident Medvedyevin Kazan danışıqlarında gedən diskussiyalar (danışıqlar) əsasında hazırladığı yeni Qarabağ təkliflərini, həmçinin tərəflərə ünvanlanmış rəsmi müraciətini Serj Sərkisyan və İlham Əliyevə təqdim edib. Həmin təkliflərin detalları (cüziyyatı) haqda məlumat yoxdur.
Ancaq belə görünür ki, Rusiya prezidentinin son üç ildə həyata keçirdiyi vasitəçilik təşəbbüsünün gələcəyi və danışıqlar prosesinin (sürəcinin) hansı məcraya daxil olacağı tərəflərin bu təkliflərə verəcəyi rəsmi cavabdan asılı olacaq. Belə ki, Rusiya təkliflərlə bağlı tərəflərdən rəsmi formada, yazılı və imzalanmış cavab gözləyir. Belə cavab ona görə lazımdır ki, tərəflər sonradan hansısa məsələ ətrafında razılaşmadan geri çəkilib manevr edə bilməsinlər.
Lavrov qovluqla Vaşinqtona getdi
Erməni tərəfinin iddiasına görə, Azərbaycan tərəfi Kazan danışıqlarında münaqişənin nizamlanmasının baza prinsiplərinə (əsasi əsllərə, təməl ilkələrə) dair 10 yeni düzəliş təklif edib və bu da danışıqların nəticəsiz bitməsinə gətirib çıxarıb. Rəsmi Bakı bu iddianı rədd edir və bildirir ki, danışıqlar məhz İrəvanın növbəti dəfə qeyri-konstruktiv (qeyri-yararlı) mövqe nümayiş etdirməsi üzündən nəticəsiz başa çatıb. Xəbər verildiyi kimi, Rusiya prezidenti bu görüşdə tərəflərə bildirib ki, tezliklə razılaşma əldə olunacağına möhkəm təminat verilməsə, vasitəçiliyi dayandıra və prezidentlərin növbəti üçtərəfli görüşünü təşkil etməyə bilər. Dünən isə Rusiya xarici işlər naziri Medvedyevin yeni Qarabağ təkliflərini müzakirə etmək üçün Vaşinqtona yola düşüb. Səfər üç gün davam edəcək. Doğrudur, Lavrovun Vaşinqtona səfərinin məqsədi təkcə Qarabağa dair müzakirələr aparmaq deyil.
Rusiya XİN (Xarici İşlər Naziri) bildirir ki, səfər zamanı Vaşinqton-Moskva münasibətlərinə dair geniş spektrdə (teyflərdə) məsələlər, o cümlədən Raketdən Müdafiə Sistemi, strateji hücum silahlarının ixtisarına dair müqavilənin yerinə yetirilməsi və digər məsələlər də daxildir. Lakin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər səfər zamanı əsas yer tutacaq. Lavrov üç gün ərzində ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton, prezident Barak Obama, Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə görüşlər keçirəcək. Onun prezident Medvedyevin Qarabağ münaqişəsinin nizamlanmasına dair son təkliflərini Obamaya təqdim edəcəyi gözlənilir. Vaşinqtona yola düşməzdən əvvəl Lavrov Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Rusiya XİN-in rəsmi məlumatında deyilir ki, Lavrov iyulun (July) 11-də “əvvəlcədən əldə edilmiş razılaşmaya” uyğun olaraq, ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popovu, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Prezidentin təkliflərində yeni ideyalar ola bilər
Hazırda Qarabağ danışıqlarında vasitəçilik Rusiyada olsa da, digər həmsədr ölkələr-ABŞ və Fransanın da Moskva ilə razılaşdırılmış siyasət apardıqları görünür. Təsadüfi deyil ki, Kazan görüşü ərəfəsində həm ABŞ prezidenti Barak Obama, həm Fransa dövlət başçısı Nikola Sarkozi tərəflərlə təmasda olaraq onları baza prinsiplərini imzalamağa çağırmışdı. İndi də Medvedyev yeni təkliflərini ABŞ-la razılaşdırmaq üçün xarici işlər nazirini Vaşinqtona ezam edib. Bu addım Medvedyevin yeni təkliflərinin indiyədək müzakirə masasında olan sənədə texniki düzəlişləri deyil, mahiyyətcə yeni ideyaları özündə əks etdirdiyini göstərir. Ancaq bu mahiyyət dəyişikliyi nədən ibarət ola bilər? Xəbərlərə əsasən, Kazan görüşü ona görə nəticəsiz başa çatıb ki, tərəflər Dağlıq Qarabağın yekun statusunu (nəhayi vəziyyətini) müəyyən edəcək referendumun formasını və orada kimlərin necə səs verəcəyini razılaşdıra bilməyiblər. Lavrovun Bakıya səfəri zamanı onu müşayiət edən “İzvestiya” müxbiri Rusiya nümayəndə heyətindəki yüksək rütbəli diplomata (ehtimal olunur ki, o, Rusiya XİN-in stats-katibi “amar katibi”, nazirlikdə Qarabağ danışıqlarını kurasiya edən məsul şəxs olan Qriqori Karasindir) istinadən yazmışdı ki, prezident İlham Əliyev referenduma dair bir sıra əlavə düzəlişlər təklif edib və erməni tərəfi bununla razılaşmayıb. “Əgər bu düzəliş təklifləri olmasaydı tərəflərin bir-birilərinin əlini sıxması an məsələsi idi. Lakin son anda Azərbaycan tərəfi düzəlişlərlə çıxış etdi” deyə, mənbə bildirib.
Danışıqları dalana dirəyən referendum prinsipi (əsli, ilkəsi)
Bu xəbərdən çıxış edərək belə təxmin etmək olar ki, Medvedyev danışıqlarda ən prinsipial məqamlardan olan referendum məsələsinə dair yeni ideyalar hazırlayıb. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ əhalisi öz müqəddəratını ancaq ərazi bütövlüyü çərçivəsində müəyyən edə bilər. Başqa heç bir mexanizm Azərbaycan tərəfindən qəbul edilməyəcək. Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsi bu bölgənin Azərbaycandan de-yure ayrılmasına və sonda ərazi bütövlüyü prinsipinin pozulmasına aparan hüquqi mexanizmdir. Referendumun ərazi bütövlüyü prinsipinin pozulmaması çərçivəsində keçirilməsi ancaq o zaman mümkün ola bilərdi ki, onun hansı müddət sonra keçiriləcəyi, səsvermədə ermənilərlə yanaşı Dağlıq Qarabağdan qovulmuş azərbaycanlıların da iştirakının təmin olunması və nəhayət, səsvermə bülletenində hansı sualların yazılacağı bəribaşdan razılaşdırılsın. Əks halda, onun Azərbaycan tərəfindən qəbulu mümkün olmayacaq. Məhz bu üzdən son altı ildə aparılan danışıqlarda razılaşma əldə etmək mümkün olmur. Ermənistan istəyir ki, referendumun hansı müddət sonra keçiriləcəyi bəribaşdan müəyyən edilsin və səsvermənin formasına dair hər hansı məhdudiyyətlər qoyulmasın. Yəni Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasının yolu açılsın.
Dünya xəritəsində yeni dövlət: Ermənistan bundan niyə ruhlanır?
Bu kontekstdə (zəminədə, mənada) Ermənistan rəhbərliyinin Cənubi Sudanın müstəqilliyini elan etməsindən ruhlanması təsadüfi deyil. İyulun 9-da bu bölgə öz müstəqilliyini elan edib və dərhal ABŞ (Amerika Birləşmiş Ştatları) başda olmaqla, bir çox ölkələr, o cümlədən Ermənistan həmin qərarı tanıyıb. Sudanda 20 ilə yaxın davam edən və milyon yarım insanın ölümünə səbəb olan vətəndaş müharibəsinin başa çatması üçün 2005-ci ildə əldə edilən sülh razılaşmasına əsasən altı il sonra-yəni 2011-ci ildə ölkənin xristianların (məsihilərin) çoxluqda olduğu cənub hissəsində öz müqəddəratını təyin etmək üçün referendum keçirilməsi əksini tapıb. Bu ilin yanvarında keçirilən referendumda isə bölgə əhalisinin böyük əksəriyyəti müstəqilliyə səs verib. Cənubi Sudanın müstəqilliyini elan etməsi barədə qərarını ölkənin artıq ayrılmış şimal hissəsi də rəsmən tanıyır. Çünki sülh razılaşmasına əsasən tərəflər referendumdan çıxan nəticəni qəbul etməli idi. Beləliklə, dünya xəritəsində daha bir yeni dövlət meydana çıxır və Ermənistan bundan ruhlanır. Xarici işlər naziri Edvard Nalbəndyan Cənubi Sudanın müstəqilliyinin tanınması barədə qərarı şərh edərkən deyib ki, Ermənistan bu hadisəyə xalqların öz müqəddəratını təyin etməsi prinsipi baxımından mühüm hadisə kimi baxır. Qeyd edək ki, Kosovonun da müstəqilliyini elan etməsi eyni ssenari üzrə baş vermişdi. Azərbaycan ərazi bütövlüyü pozulmuş və təcavüzə məruz qalmış ölkə kimi istər Kosovonu, istər Cənubi Sudanı tanımaq niyyətində deyil. Bəs Cənubi Sudanın müstəqilliyinin rəsmən elan olunması və artıq 20-dən çox ölkə tərəfindən tanınması Qarabağ məsələsində Azərbaycanın mövqelərinə necə təsir edə bilər? Hər iki halda Qarabağ məsələsi ilə paralel (muvazi) aparmaq üçün çox az göstəricilər var. Lakin təhlükəli olanı budur ki, etnik münaqişələrin nizamlanması prosesi zamanı hansısa müddət sonraya təxirə salınmış referendum prinsipinin tətbiqi sonda ərazi bütövlüyü prinsipinin pozulmasına aparıb çıxarır və indiki halda Azərbaycan üçün təhlükəlidir. Belə görünür ki, hazırda Qarabağ münaqişəsinin nizamlanması üçün tərəfləri tələsdirən güclər həmin təhlükəli mexanizmə razılıq verməsi üçün Azərbaycana təzyiq göstərirlər.
Serj Sərkisyan: “Bizə təzyiqlər edilmir”
Ermənistan prezidenti Serj Sərkisyan gənc erməni zabitləri (əfsərləri) ilə söhbətində deyib ki, danışıqlar prosesində onlara təzyiq göstərilmir və bu barədə söz-söhbətlər çox şişirdilib. “Biz məsələni sülh yolu ilə həll etmək üçün mümkün olanı edirik. Proses davam edir, biz bu məsələdə konstruktiv (yararlı) mövqe tutmuşuq. Çoxları bunu bilir, buna görə bəziləri bizi tənqid edir, bəziləri dəstəkləyir. Lakin mühüm olanı bu deyil. Mühüm olanı budur ki, təzyiqlər barədə söz-söhbətlər şişirtmədir. Vasitəçilər tərəflərin mövqelərini yaxınlaşdırmağa cəhd edir. Mən Ermənistan və Azərbaycanla yanaşı, Dağlıq Qarabağı da nəzərdə tuturam. Mövqeyimiz məlumdur, o, qarşı tərəfdə asanlıqla qəbul edilmir. Ədalətli həll tapa bilmək üçün mümkün olanı edirik” deyə o bildirib. Ekspertlərə görə, əsas təzyiqlər Azərbaycana yönəlib. Çünki Rusiyanın öz müttəfiqi Ermənistana sərf etməyən həll variantına (seçənəyinə) çalışması qeyri-realdır. Təsadüfi deyil ki, sonuncu danışıqların nəticəsiz qalmasına görə də Moskva məsuliyyəti Bakının üstünə atır. İndi Rusiya prezidentinin öz səylərini daha da artıraraq tərəflərə yeni təkliflərlə bağlı tezliklə razılaşma gözlədiyi barədə mesaj göndərməsi də bu təzyiqlər kontekstində nəzərdən keçirilməlidir. Qafqaz üzrə almaniyalı ekspert Aleksandr Rara görə, Rusiyada gələnilki prezident seçkiləri üçün prezident Medvedyevə Qarabağ məsələsində razılaşmanın əldə olunması çox mühümdür. Bu, Medvedyevin beynəlxalq miqyasda mövqelərinin güclənməsinə səbəb olardı. Yeni müsavat
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir