Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV: İsrailin səfirliyinin açılmaması məsələsində İran, deyəsən, Türkmənistanı razı sala bilib.
Rəsmi Aşqabad İsrailin bu ölkəyə səfiri təyin olunmuş Xaim Korenin etimadnaməsini qəbul etməkdən imtina edib. Bu Türkmənistanın ikinci imtinasıdır.
“mignews”un məlumatına görə, Türkmənistan Xarici İşlər Nazirliyi Xaim Korenin «Mossad»a işləyən İsrail casusu olduğunu bildirib.
Qeyd edək ki, Xaim Korenin tərcümeyi-halında onun Qlilotda yerləşən Milli Təhlükəsizlik Kollecində 3 il təlimatçı işləməsi də yazılıb. İsrail Xarici İşlər Nazirliyi dəfələrlə türkmən diplomatlara həmin kollecin təhsillə məşğul olduğunu, casus hazırlamadığını izah etməyə çalışsa da, bu səylər nəticə verməyib. Xaim Koren 2010-cu ilin avqustundan bu ölkədə səlahiyyətlərinin icrasına başlaya bilmir.
Türkmənistan rəhbərliyində yer alan şəxslərdən biri israilli diplomatlara deyib ki, Aşqabad ikitərəfli münasibətləri «yaxşılaşdıracaq səfir istəyir, İranla bağlı məlumat toplayacaq casus yox».
Qeyd edək ki, Xaim Korendən əvvəl 2009-cu ildə İsrail Ruven Danieli Türkmənistana səfir təyin edib. Ancaq Aşqabad onun da namizədliyinə mənfi yanaşıb. Ruven Daniel 1996-cı ildə “Mossad”ın Moskvadakı ofisinə rəhbərlik edib və ruslar tərəfindən casusluqda günahlandırılaraq qovulub.
Aşqabadın bu davranışlarından qəzəblənən İsrail xarici işlər naziri Adviqor Liberman Aşqabaddakı səfirliyi bağlamağa hazır olsa da, israilli diplomatlar onu hələ bu addımı atmağın tez olduğuna inandırıblar. Hazırda İsrail Xarici İşlər Nazirliyi Türkmənistanı qane edən diplomat axtarır.
Yeri gəlmişkən cari il iyunun 12-15-də İsrail Xarici İşlər Nazirliyi Mərkəzi Avropa və Avroasiya İdarəsinin başçısı Pinxas Əvivin başçılıq etdiyi nümayəndə heyəti Türkmənistanda işgüzar səfərdə olmuşdu. Onlar yəhudi dövlətinin bu ölkədəki səfirliyi üçün yeni bina seçmək istədiklərini bildirmişdilər.
İran rəsmiləri bundan narahat oluqlarını bəyan etmişdilər. İslam Respublikası (Cümhuriyyəti) baş qərargahının rəisi Həsən Firuzabadi Türkmənistan hakimiyyətinin ölkə İsrail səfirliyini açmamağa çağırmışdı. Onun sözlərinə görə, bu «İrana qarşı təxribatdır».
Yəhudi nümayəndə heyəti getdikdən sonra Tehran hakimiyyəti Aşqabadla diplomatik əlaqələri sürəkləndirməyə başladı.
Ötən ay Tehran terrorçuluğa qarşı mübarizə toplantısı çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad Türkmənistanın dövlət başçısına «təyyarə hədiyyə» etdi.
İslam Respublikasının rəsmi «İRNA» xəbər agentliyinin məlumatına əsasən, İranın Gülüstan əyalətinin icra başçısı Cavad Qənaət Türkmənistana səfərdən qayıtdıqdan sonra bildirib ki, qonşu dövlətlə sərhəddə yerləşən, İncə-Barun sərhədyanı bazar fəaliyyətini bərpa edəcək.
Bundan başqa İranın Kurqan - Günbatı-Kavus - İncə-Barun dəmiryolu xəttinin tikintisinə başlanılıb. Sonuncu Türkmənistanla sərhəddə yerləşir. Qazaxıstan-Türkmənistan-İran bu dəmiryolunun uzunluğu 900 km-dir.
Üç gün öncə isə İranın daxili işlər naziri Mustafa Nəccar aşqabadda rəsmi səfərdə olub. Səfər zamanı o, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və ölkənnin başqa rəsmiləri görüşüb. Görüşüdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi müzakirə edilib.
İranlı nazir Aşqabaddan qayıtdıqdan sonra yuxarıda qeyd etdiyimiz səfirlə bağlı buxəbər yayılıb.
Ötən ayın ortalarında Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında çıxışı zamanı İran prezidenti M.Əhmədinejad bildirmişdi ki, Orta Asiyada «keçmişin müstəmələçiləri və quldarları ilə işi birdəfəlik bitirmək lazımdır». Düzdür, onun bu bəyanatı uğursuz sayıldı. Çünki Çin və Rusiya bu qurumun əsas himayədarıdır.
2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollar təşkil edib. Ötən ilin yanvarında M.Əhəmdinejad Türkməistana səfəri zamanı bildirmişdi ki, yaxın 5 il ərzində bu rəqəmi ildə 5 milyard dollar çatıdmaq üçün «bütün imkanlar var» .
İki ölkə energetika sahəsində də fəal əməkdaşlıq etməkdədir. Təxminən bir il öncə Dövlətabad-Səraxs-Xangoran qaz-nəqliyyatı əlavə xətti istismara verilib. Bununla da ildə Türkmənistandan 20 milyard kub metr «mavi yanacaq» İrana ötürülücək. «Körpəcə-Qurdquyu» və «Artıq-Lütfabad» qaz kəməri də işləyir.
İran şirkətləri Türkmənistanda taxılın və maye qazın saxlanılması üçün terminallar, habelə «Dostluq» adlı su-anbarını tikməkdədirlər.
Bu yaxınlarda isə Türkmənistanda İranda istehsal olunan məsulların sərgisi keçirilib.
İranın Türkmənistana marağı təbii ki yalnız iqstiadi əlaqələrlə məhdudlaşmır. Nəzər alamaq lazıdır ki, türkmənlər də parçalanmış millətlərdəndir. Türkməni Milli Hərəkatı İrandakı soydaşlırının milli haqlarının təmin olunması üğürunda mübarizə aparırr. Sovetlər birliyi (Şurəvi) dağıldıqdan sonra onlar da İrandakı soydaşları ilə birləşmək istəklərini gizlətmirdilər. Hətta Xorasanadək türkmən topaqldarı olduğunu açıq-aşkar bəyan edirdilər. Türkmənsitanın mərhum prezidenti Türkmənbaşının bu məsələni dəstəklədiyini söyləirdilər. Onda İran rəhbərliyi ilə Türkmənistan arasında özünə məxsus soyuqluq mövcud idi. Bu baxımdan İran hakimiyyəti türkmənləri qabaqlamaq, başqa sözlə onların istəkləri ilə bağlı hərəkatı önləmək istiqamətində fəaliyyət göstərir.
Məsələnin digər tərəfi isə Tehran hakimiyyətinin «düşmənlərini» başqa dövlətlərdə izləməsidir. Odur ki, Tehran –Aşqabad əlaqələrinin sıcaqlığının İsraillə bağlı diplomatik qalmaqlanı yaranmasına səbəb olan amillərdəndir. Heç kəsə sirr deyil ki, İran yəhudi dövlətini izlədiyi kimi əks tərəf də oxşar şəkildə davranır. Bu baxımdan səfiri qəbul etməməsi ilə bağlı rəsmi Aşqabadın yuxarıda qeyd etdiyimiz şərti, müəyyən mənadə daha çox bəhanəyə oxşayır. Bunu Türkmənistanın İslam Respublikası qarşısında götürdüyü öhdəlik kimi də dəyərləndirmək olar. Belə bir təbi sual yaranır – İsrail İranı sevən diplomat tapa biləcəkmi?
Sədrəddin Soltan
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir