Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV: Dünən Bakıda Dünya azərbaycanlılarının III qurultayı keçirilib. Qurultayın birinci iş gününün sonunda bir sıra sənədlər qəbul olunub.
GünAz TV mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ötən 5 il ərzində diasporun gördüyü işlər, həyata keçirdiyi layihələr və gələcəkdə nəzərdə tutulan yeniliklər barədə məlumat verib. O bildirib ki, Dünya azərbaycanlılarının III qurultayı əlamətdar tarixdə - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini elan etməsinin 20-ci ildönümünü qeyd etdiyi ildə keçirilir: “Bu qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə görə 2006-cı ildə keçirilən Dünya azərbaycanlılarının II qurultayından bir çox cəhətləri ilə seçilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib, dünya miqyaslı layihələr gerçəkləşdirir, dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görməyə maraqlıdırlar. Azərbaycanın etibarlı tərəfdaş imici (vəchəsi) qazanması dövlətimizin yeritdiyi müstəqil xarici siyasət kursu ilə bağlıdır. Malik olduğu bütün bu üstünlüklər Azərbaycan dövlətinə dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılara, Azərbaycan diasporuna daha böyük qayğı göstərməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, Dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində qurultay zamanı qarşıya qoyulmuş vəzifələrə nail olunub. Bu gün biz artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə (sürəçlərinə) təsir göstərə bilmək imkanlarının əhəmiyyətli dərəcədə artması sayəsində onların Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarında olduqlarını qəti şəkildə söyləyə bilərik”.
N.İbrahimov qeyd edib ki, ötən 5 il ərzində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında çox böyük işlər görülüb. Onun sözlərinə görə, KİV-lər (Kütləvi İnformasiya Vasitələri), sosial şəbəkələr vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın maddi-mənəvi irsinin təbliğ olunmasında müstəsna rolu vardır. Heydər Əliyev Fondunun vitse-prezidenti (müavini) Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın əksər ölkələrində keçirilən “Xocalıya ədalət kampaniyası” Azərbaycan diasporunun əldə etdiyi ən böyük uğurlardandır. Bu kampaniya sayəsində dünyanın elə bir ölkəsi qalmayıb ki, orada Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı aktından (əməlindən) xəbərsiz olsunlar. Bu bir daha onu göstərir ki, effektiv (təsirli) diaspor fəaliyyəti yalnız diaspor təşkilatlarının doğma Vətənlə əməkdaşlığı sayəsində mümkündür”.
DİDK sədrinin sözlərinə görə, hazırda dünyada 416 Azərbaycan diaspor təşkilatının fəaliyyət göstərin ki, onlarn da 103-ü II qurultaydan keçən dövr ərzində yaradılıb: “Azərbaycan diasporu erməni lobbisinin Azərbaycanın maraqlarına zidd fəaliyyətini zərərsizləşdirmək iqtidarındadır. Bu ona görə baş verməyib ki, erməni lobbisi zəifləyibdir. Erməni lobbisi böyük tarixə, hakimiyyət və qanunverici strukturlarla (saxtar, yapısal) sıx əlaqələrə malikdir və öz düşmənçiliyini davam etdirir. Bu ona görə baş verib ki, dünyadakı Azərbaycan diasporu artıq 20 il, 10 il və hətta 5 il bundan əvvəlki diaspor deyil. Yaxşı təşkilatlanmış, əlaqəli şəkildə fəaliyyət göstərən, mövcud olduğu ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edən, hökumətdə və seçkili orqanlarda təmsil olunmağa başlayan, rəsmi strukturlarla əlaqələr yaratmış Azərbaycan diasporu hazırda erməni lobbisinin fəaliyyətinin bütün istiqamətləri üzrə ona tutarlı cavab verməyə qadirdir. Bu gün Azərbaycan diasporunun fəaliyyəti hücum taktikası üzərində qurulub”.
Tədbirin davamında Qırğızıstan parlamentinin sədri Ahmedbek Çeldibekov çıxış edərək qurultay iştirakçılarını təbrik edib. Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru (vali) David Kirkitadze Gürcüstan prezidenti Mixail Saakaşvilinin qurultaya təbrik məktubunu oxuyub.
Daha sonra çıxış edən Milli Məclisin vitse-spiker (müavin) Ziyafət Əsgərov bildirib ki, Dünya azərbaycanlılarının III qurultayının Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə təsadüf etməsi bu tədbiri daha da təkmilləşdirir. Onun sözlərinə görə, Dünya azərbaycanlılarının III Qurultayının keçirilməsi ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarının uğurla həyata keçirildiyinin bir daha təzahürüdür: “Azərbaycan demokratik ənənələrin təşəkkülü, insan hüquq və azadlıqlarının qorunması, əhalinin sosial rifahının təmin edilməsi, vətəndaş həmrəyliyinin yaradılması, iqtisadi azadlıqların bərqərar edilməsi və dünya birliyinə inteqrasiya (idğam) sahəsində bir çox nailiyyətlərə imza atıb. Bu uğurların qazanılmasında dünya azərbaycanlılarının birliyi və həmrəyliyi müstəsna rol oynayıb. Prezident İlham Əliyevin başçılığı ilə 2006-cı ilin mart ayında keçirilən Dünya azərbaycanlılarının II qurultayı diasporumuzun tarixində yeni bir mərhələnin başlanğıcı olub 5 il ərzində 100-dən çox təşkilat yaradılıb, bir çox ölkələrdə icma və dərnəklər yaradılıb. Xalqlar arasında əalqələrin inkişafına xidmət edən bu tədbirlər dünyada Azərbayacn dövlətinin nüfuzunu daha da artırıb”.
Z.Əsgərov vurğulayıb ki, Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonağın iştirak etdiyini deyən vitse-spiker qeyd edib ki, ən çox nümayəndə və qonaqla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ (Amerika Birləşmiş Ştatları) 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail dövləti 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunublar.
“Qurultayda Azərbaycan Respublikasını (Cümhuriyyətinin) ölkənin bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 bütün bölgələrindən olan nümayəndə və 405 qonaq təmsil edib. Ümumilikdə 13 ölkənin parlamentinin 29 deputatı tədbirə qatılıb. Bütün bunlar tədbirin əhəmiyyətini göstərməklə yanaşı, ölkənin beynəlxalq aləmdə nüfuzunu sübut edir”, - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən qonaqlar, diaspor təşkilatlaırnın nümayəndələri Dünya azərbaycanlılarının III Qurultayının keçirilməsini yüksək qiymətləndirib və bu tədbirin gələcək 5 il ərzində xaricdə yaşayan azərbaycanlılara böyük töhfələr verəcəyini qeyd ediblər. Qonaqlar çıxışları zamanı müxtəlif təkliflər də irəli sürüblər.
Qurultayın birinci iş gününün sonunda bir sıra sənədlər qəbul olunub. Yeni qərarlar və sənədləri Prezident administrasiyasının (nəhade riyasəte cümhuri) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov açıqlayıb. “Dünya azərbaycanlılarının III qurultayının qətnaməsi”, “Dünya azərbaycanlılarının III qurultayı nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti”, “Dünya azərbaycanlılarına müraciət” və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin dövlət və hökumət başçılarına, parlamentlərinə müraciət” adlı sənədlərin hər biri qurultay nümayəndələrinin səsverməsi ilə qəbul edilib. O bildirib ki, “Dünya azərbaycanlılarının III qurultayı nümayəndələrinin Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti” tədbirdə təklif olunan fikirlər də daxil olmaqla bir gün sonra tamamlanmalı və sonradan mətbuatda səslənərək prezidentə ünvanlanmalıdır.
Sonra isə Dünya Azərbaycanlılarının əlaqələndirmə Şurasının yenidən təşkil olunması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib. Digər qərarla Əlaqələndirmə Şurasının rəyasət heyəti ləğv edilərək onun əvəzində icra katibliyi yaradılıb. Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının sədri prezident İlham Əliyev, icra katibi isə Diasporla İş üzrə Dövlət Komitəsinin səri Nazim İbrahimov seçilib. Bundan əlavə, Şura üzlərinin sayı 5 nəfər də əlavə edilməklə 117–dən 125-dək artırılıb.
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir