Möhsün Rezainin Türkiyə ilə bağlı iddiası etirazlara səbəb olub (Video)
Dörd Güneyli fəalına 40 il həbs cəzası verilib
İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Abbas Lisani və Yusif Karinin həbsindən bir il ötür
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
Britaniyada iki iranlı casusluqda təqsirli bilindi
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
Tehranın İslamı Əl-Əqsada başlayır, Göy Məsciddə bitir
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
İranın 11 əyalətində qaz kəsintiləri olacaq
Pezeşkian və Ərdoğan görüşdü
On il fasilədən sonra Urmiya və Vərziğan voleybol komandaları qarşılaşdılar
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
İranda müəllimlərin dolanışığı kəskin pisləşib - İLNA
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
İranda qaz çatışmazlığı artıb
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
Bu günün əsası 1989-cu ildə Naxçıvanda İran- Azərbaycan sərhədinin (o zamankı SSRİ – İran sərhədinin-red) dağıdılması ilə qoyulub.
Tarixə qısa ekskurs edək. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatizmi baş qaldırmışdı. Türkmənçay sülhündən sonra Qarabağa köçürülmüş bir ovuc erməni Azərbaycana tabe olmurdu.
Tərslikdən Azərbaycanın da daxil olduğu Sovet İttifaqının rəhbərliyi də onları himayə edirdi.
Belə bir vaxtda Azərbaycanda demokratik düşüncəli ziyalıların rəhbərlik etdiyi xalq hərəkatı başlandı. Bakıda, Gəncədə, Sumqayıtda, Naxçıvanda və digər şəhərlərimizdə milli təşkilatlar yaranır, erməni separatizminə, Moskvanın laqeyd siyasətinə qarşı milli müqavimət hərəkatı başlanırdı.
Xalq hərəkatının qarşısında bir məqsəd var idi: Bölücü erməni hərəkatını durdurmaq, Qarabağda və sərhəd bölgələrində əliyalın Azərbaycan kəndlərini qorumaq. Xalq hərəkatının ilk illərində səslənən siyasi şüarlar arasında parçalanmış Azərbaycanın birləşməsi məsələsi də var idi.
İkiyə bölünmüş Azərbaycan xalqının birləşməsi ideyası 1828-ci ildən var idi. Güneydə xalq Bakı, Gəncə, Şuşa, Dərbənd həsrəti ilə yaşayır, quzeydə Təbriz, Urmu, Ərdəbil ayrılığına bayatılar qoşur, ağılar söyləyirdi.
Dərbənd aralı,
Könlüm yaralı
Sevirəm səni,
Dağlar maralı
və yaxud:
Arazı ayırdılar,
Su ilə doyurdular
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.

Bu cür ağız ədəbiyyatı nümunələri Azərbaycan xalqının ayrılıq nisgilini və birləşmək arzusunu ifadə edirdi.
Hələ ötən əsrin 70-ci illərindən yaranan gizli təşkilatların əsas məramlarından biri Azərbaycanın birləşməsi idi. Xalq hərəkatı dönəmində bu istək daha da gücləndi.
Xalq hərəkatının fəallarından biri olmuş Bünyamin Qəmbərli Günaz.TV-yə bildirib ki, sərhəd dirəklərinin və məftillərinin sökülməsi ideyası 1989-cu ilin noyabrında meydana gəlib.

“Naxçıvanda bütün mitinqlərdə Güneylə bağlı fikirlər səslənirdi. Sovet zamanında çəkilmiş Naxçıvan-İran sərhədində arxa tərəfdə əkinə yararlı böyük sahələr, Culfa şəhərində məzarlıq, Gülüstan məqbərəsi qalmışdı. 1989-cu ilin noyabrında bu məsələlərə daha kəskin qoyuldu ki, o torpaqlar əhalinin istifadəsinə verilsin.
Artıq bu durum ekoloji fəlakətə aparır. Camaat öz ölüsünü dəfn edə bilmir, otlaq sahələri çatmır. Bu proseslər 1989-cu ildə Xalq Cəbhəsi Naxçıvan vilayət təşkilatının məclisinə gündəmə gəldi. Qərara alındı ki, bu tələblərlə bağlı aksiyalar keçirilsin, dekabrın 4-də Güneydən görünən təpələrdə tonqallar qalansın”.
Həmin gün təxminən 15 yerdə tonqallar qalanır. Bu, ilk aksiya idi və uğurlu keçir. O zaman Sovet sərhədinə yaxınlaşmaq çox çətin olsa da, xalqın birliyi bu məsələni asanlaşdırır.
B.Qəmbərli deyib ki, ikinci aksiya dekabrın 12-də keçirilir.
21 Azər Hərəkatı ilə əlaqədar olan bu aksiyada insanlar əl-ələ tutaraq 60-80 kilometr uzunluğunda düzülür. Aksiyada “Yadlar bizi qırınca, türklər, haydı qılınca”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” tipli milli şüarlar səslənir.

Üçüncü aksiyada artıq milli fəallar sərhədə tam yaxınlaşır.
“Naxçıvanda iqlim çox sərtdir. Soyuq adamın iliyinə işləyirdi. Lakin insanlar oradan çəkilmirdir. Nehrəmdə biz dekabrın 17-də çadır quruldu. 20 gün çadırda qaldıq. Güneyli soydaşlarımızla təmasda idik. Onlar da bizimlə həmrəy olduğunu bildirirdilər”-deyə, hərəkat fəalı bildirib.

B.Qəmbərli deyib ki, sərhədlərin sökülməsi prosesinin dekabrın 31-ə salınması AXC sədri Əbülfəz Elçibəyin qərarı ilə baş tutub: “Dekabrın 31-də biz elliklə, təxminən 100 min nəfər sərhəd sökülməsində iştirak etdi. Nehrəmdə 20-30 min adam var idi. 10 nəfərlik qruplara bölünmüşdü.
Hər qrupun özü rəhbəri var idi. Təxribatların qarşısını almaq üçün belə etmişdik”.
Beləliklə dekabrın 31-də Naxçıvanda İranla arada olan sərhəd dirəkləri sökülməyə başlayır. B.Qəmbərli deyir ki, ilk günlər sərhədçilər müdaxilə etməyə çalışsalar da, insanların çox oldğu üçün geri çəkilib və vəziyyətlə barışıblar.

Yarım saat ərzində kilometrlərlə sərhəd dağıdılır. B.Qəmbərli deyir ki, həmin gün sərhəd dirəkləri dağıdıldıqdan sonra soyuq havada onlarla insan sevincindən özünü Araz çayına atır.
“İçində o ruh olmayanlar bunu anlaya bilməz”-deyə, hərəkat fəalı bildirir.
Sonralar Azərbaycanın rəsmi qurumlarının qərarı ilə 31 dekabr təqvimə bayram kimi daxil edilir.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edir.
Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edir.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Sərhəd hərəkatından başlanan milli birliyimiz 2020-ci ilin 44 günlük Vətən savaşında daha parlaq şəkildə özünü göstərdi. Birləşib dəmir yumruğa dönən Azərbaycan xalqı Azərbaycan xalqı 30 illik Qarabağ, Şuşa həsrətinə son qoydu.

Gün gələcək millətimizin qırılmaz əzmi, polad iradəsi güneyli-quzeyli vətənin birliyi arzusunu reallığa çevirəcək.
Milli Həmrəylik günümüz mübarək olsun, əziz soydaşlarımız!
Ayxan
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
Pezeşkian və Ərdoğan görüşdü
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib
Rusiya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya