Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Güney azərbaycanlı gənc edam hökmünün icrası təhlükəsi ilə üz-üzədir
Qazaxıstan türk irsini milli əskinaslarında nümayiş etdirir
Husilər Ər-Riyadın Maliyyə Mərkəzindəki qülləyə hücum ediblər
1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı.
Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu.
1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı.
Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı.
1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı.
1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanıldı. Yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olub.
1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanıldı.
1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.
Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalayıb. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.
Qeyd edək ki, bu gün dünyada Azərbaycan türkçəsində 60 milyona yaxın insan danışır. Güney Azərbaycanda yaşayan 35 milyona yaxın soydaşımız ana dilində təhsil almaq imkanından məhrumdur.
Buna baxmayaraq Güney Azərbaycanda ana dili hərəkatı genişlənir.
Vaxtaşırı Güney Azərbaycan müxtəlif şəhərlərində ana dilində təhsil hüququnun təmin edilməsi tələbi ilə etiraz aksiyaları keçirirlir. Küçə və meydanlara "Ana dilim ölən deyill, özgə dilə dönən deyil", "Türk dilində mədrəsə, olmalıdır hər kəsə" və digər şüarlar yazılır.
Molla rejimi ana dilində təhsil tələb edən soydaşlarımıza qarşı repressiyalar həyata keçirir. Milli düşüncəli insanlar həbs edilir, işgəncəyə məruz qalır. Buna baxmyaraq Güney Azərbaycan türklərinin, milli düşüncəli aydınların mübarizə əzmi sınmır.
Gün gələcək Azərbaycan türkcəsi Dərbənddən Kəngər körfəzinə qədər böyük bir ərazinin hakim dilinə çevriləcək.
Ayxan
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
Türkiyədə ev alan iranlıların sayı açıqlandı
İranda 84 qadın yaxınları tərəfindən öldürülüb
“The Jerusalem Post”: İranda rejim dəyişikliyini necə həyata keçirmək olar? — Rəy
Polis Bəndər Abbasda mülki şəxsləri güllələdi
İran parlamenti Müctəba Xameneinin Kəşfiyyat Nazirliyinə birbaşa nüfuzunu artırmağa çalışır
Kərkükdə valilik yenidən türkmənlərə əmanət edilir
Tramp gələn həftə Çində keçiriləcək üçtərəfli görüşdə Putin və Si Cinpinlə İran məsələsini müzakirə edəcək
Təbrizdə hava çirkliliyi artdı
Təbriz İmam cüməsı ABŞ-ın bölgədən çıxarılmasını və İsrailin məhv edilməsini tələb etdi
Rubio: Nüvə silahına malik İran bütün regionu girov saxlaya bilər
İranda daha on nəfər həbs edildi
Tehran təxribata əl atmadığı müddətdə Tramp İrana zərbələri təxirə salmağı nəzərdən keçirir - Reuters
İki şəhərdə iki məhbus edam edildi
Xameneini parodiya edən sənətçiyə həbs cəzası verildi
Kanal 13: İsrail ordusu İranla müharibənin yenidən başlaması üçün üç ssenari hazırlayır
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
İranda karbamid gübrəsinin qiyməti artıb; kənd təsərrüfatı məhsullarının istehsal xərcləri yüksəlir