“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Ermənistan 2023-cü ildə İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Baş Konsulluq açacaq. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Ermənistan 2023-cü ildə Uruqvayda səfirlik, Rusiyanın Şimali Osetiya Respublikasının mərkəzi Vladiqafqaz şəhərində konsulluq açacaq.
Nazir həmçinin bildirib ki, Ermənistan Kiprin yunanlara aid hissəsində və Serbiyanın paytaxtı Belqradda diplomatik missiyanın ofisini açmağı nəzərdə tutub.
Bəs Təbrizdə Ermənistanın Baş Konsulluğu hansı zərurətdən doğub? Bu, daha çox İrana, yoxsa İrəvana lazımdır?
Mövzu ilə bağlı Güney Azərbaycan televiziyasının (Günaz TV) qurucusu və rəhbəri Əhməd Obalı “Yeni Müsavat”a danışıb:

“İlk öncə baxmaq lazımdır ki, Ermənistanın Təbrizdə konsulluq açmasına Ermənistan dövlətinin ehtiyacı var ya yox? İran və Ermənistan, arasındakı ticarətə də diqqət etsək, görərik ki, illik ticarət həcmi 450-500 milyon dollar civarındadır və bunu guya 3 milyard dollara qaldırmaq istəyirlər.
Ticarətin də böyük hissəsi Ermənistanla İran arasında olan qaz və elektrik alveri ilə bağlıdır. Yəni Ermənistanın 3 milyonluq əhalisinin alıcılıq gücünü nəzərə alsaq, İranın Ermənistana satdığı malların həcmi nə qədərdir ki, Təbrizdə konsulluq açmaq istəsinlər. Onsuz da ticarət edənlər elə Tehranda öz işlərini görür. Sərhəddə belə bir konsulluğun yaradılmasına heç bir ehtiyac yoxdur.
Buna görə də hesab edirəm ki, əgər Ermənistan orada konsulluq açarsa, həmin konsulluğun xərcini də İran ödəməli olacaq, çünki o konsulluq Ermənistana lazım deyil.
İkincisi, Təbriz Azərbaycan şəhəri olduğu üçün ermənilər orada qalmır. Doğrudur, daha əvvəllər, məsələn, Şah dövründə Təbrizdə erməni var idi və onların sayı təxminən 15-20 min nəfər ola bilərdi. Lakin sonralar, xüsusən də Xocalı faciəsindən sonra Təbrizdə ermənilərin sayı kəskin azalmağa başladı.
İndi Təbrizdə demək olar ki, erməni qalmayıb. Bizim bildiyimiz qədər çox olsa, 120 nəfər olar. Artıq məhəllələr boşalıb, orada onların əsas kilsələri var, ora gedən yoxdur. Bu haqda kiçik araşdırma aparmışdıq ki, bazar günü kilsəyə nə qədər insan gedir. Məlum oldu ki, kilsədə heç vaxt 50-60 nəfərdən çox insan görünməyib.
Beləliklə, Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı məsələnin yalnız siyasi tərəfi var. İran guya bununla Quzey Azərbaycana mesaj verir ki, “biz istədiyimiz yerdə Ermənistanın konsulluğunun açarıq, o cümlədən Təbrizdə”. Yəni bu Azərbaycanın acığına edilən məsələdir.
Hesab edirəm ki, Azərbaycan dövləti bunun qarşılığında İrana sərhəd olan ərazilərdə, o cümlədən Biləsuvarda, Zəngilanda və Astarada Türkiyənin, İsrailin, Amerikanın konsulluğunun açılmasına şərait yaratmalıdır. Bu həm də Güney Azərbaycan üçün də yaxşı olardı. Yəni Ərdəbildən və yaxud Muğandan keçib konsulluq işlərinin görər, ticarət işlərinin həyata keçirib, geri qayıdardılar, daha oradan Tehrana getməyə ehtiyac olmazdı.
Bununla belə nə qədər ki, Təbrizdə Ermənistanın konsulluğu açılmayıb, bu məsələnin real olacağına inanmıram. Çünki İran Təbrizdə Ermənistan konsulluğunu açmaqla daha çox Güneydəki azərbaycanlıları qıcıqlandıracaq. Bu isə bizim üçün çox yaxşı, əlverişli bir şərait yaradacaq ki, Təbrizdə Ermənistan konsulluğunu qarşısında etirazlar, ciddi piketlər keçirilsin".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də qeyd etdi ki, Təbrizdə Ermənistan konsulluğunun açılması məsələsi Güney Azərbaycanda böyük təpki ilə qarşılanacaq: “Ümumiyyətlə, İran-Ermənistan münasibətlərini türk dünyasına, Azərbaycana qarşı köklənmiş əks münasibətlər kimi dəyərləndirirəm.
Orada konsulluq açmaqla Azərbaycana bir növ göz dağı vermək, həm də konsulluğun özünün bir şəbəkə olaraq Güney Azərbaycanda müəyyən işlər görməsini təmin etmək istəyirlər.
Əlbəttə ki, İran hakimiyyəti Güney Azərbaycan türklərini yaxşı tanıyır. Güneylilər Quzey Azərbaycanın problemlərini öz problemi, düşmənini öz düşməni hesab etdiyindən Təbrizdə Ermənistan konsulluğunun açılmağı ilə çox ciddi təpkilərə gətirib çıxaracaq. Biz özümüz də, xüsusən də ictimai, siyasi təşkilatlar, partiyalar dövlətin etmədiyi bəzi şeyləri etməliyik.
Belə ki, Güney Azərbaycanlılara çox ciddi çağırışlar etməliyik ki, istənilən bu cür məsələlərə təpki göstərsinlər. Beləliklə, hesab edirəm ki, əgər Təbrizdə Ermənistan konsulluğu açılarsa, onun heç bir effekti olmayacaq və həmin konsulluğunun çalışmasının mümkünlüyü sual altındadır”.
Fərəc Quliyev həmçinin qeyd etdi ki, Ermənistan İrana sadəcə bir alət kimi lazımdır, hansı ki, bütün dünya ondan bu cür istifadə edir: “İran öz məqsədləri naminə Ermənistandan istifadə etməyə çalışır. Təbii ki, Təbrizdə Ermənistan konsulluğunu açmaq daha çox İranın istəyidir. Ermənistan isə bu məsələlərdə özü üçün divident götürməyə çalışır. Düşünmürəm ki, Ermənistan hakimiyyəti bu gün İranla, Rusiya ilə və başqaları ilə bu cür çirkli oyunlarda iştirakçı olsun. Çünki bilirlər ki, bu gedişat Ermənistana heç də yaxşı bir şey vəd etmir. Yəni İranın və Rusiyanın gələcəyi məlumdur, ortadır. Ona görə də Ermənistan Qərbə inteqrasiya etməkdə daha çox maraqlıdır”.

Əslən Təbrizdən olan tanınmış milli-mədəni fəal Cəmşid Zareyi isə qeyd etdi: “Ermənistanın Təbrizdə konsulluğunun açılması Ermənistan dövlətinin iradəsindən kənardır. Fikrimcə, İran bununla sırf Azərbaycan və Türkiyəyə göz dağı vermək üçün bu cür addım atmağa, Ermənistan üçün müəyyən imkanlar yaratmağa çalışır”.
Cəmşid Zareyi qeyd etdi ki, hələ 20-25 il bundan əvvəl də Təbrizdə Ermənistan konsulluğunun açılması məsələsi ortaya atılıb: “Lakin Güney Azərbaycan millətinin qorxusundan heç bir zaman bu işə qol qoya bilməyiblər.
Çünki özləri də bilir ki, Güney Azərbaycanın mərkəzi olan Təbrizdə Ermənistan konsulluğunun açılması millətimiz üçün bir bəhanə olacaq ki, daima etiraz və aksiyalar keçirsin.
Əmin olun ki, Güney Azərbaycan xalqının qorxusu olmasaydı, çoxdan Təbrizdə, hətta Ərdəbildə, Urmiyada Ermənistan konsulluğunun açardılar. İran hakimiyyəti bunu istəsə də, xalqımız heç vaxt buna razı ola bilməz və İran iqtidarı bunun çox yaxşı bilir. İran hökuməti sadəcə, ortaya bu məsələni atıb, güneylilərin reaksiyasını yoxlamağa çalışır.
Güney Azərbaycan xalqı ermənilərin Urmiyada, eləcə də Xocalıda törətdikləri cinayət və vəhşilikləri, vandalizmi heç vaxt unutmayıb və unutmayacaq.
Bir də ki, Ermənistanın Təbrizdə konsulluq açmasına ümumiyyətlə ehtiyacı yoxdur. Çünki kimsə ticarət etmək istəyirsə öz işini görür və bu 30-40 ildir ki, eyni qaydada davam edir. Yəni ticarətçilər vizasız şəkildə Ermənistana keçir, sərhədi onların üzünə açıqdır, buna görə də konsulluq açmağa heç bir lüzum yoxdur.
Təbrizdə Ermənistan konuslluğunun açılması heç vaxt reallaşmayacaq və bu mümkün də deyil. Çünki artıq 45 gündür ki, İranın daxilində hakimiyyətə qarşı etiraz aksiyaları keçirilir, hökumət daxildəki vəziyyətə nəzarəti itirib. Üstəlik Güney Azərbaycanda Ermənistan konsulluğunu açmaqla dərdlərini daha da çoxaldacaq. Heç Ermənistanın özü də Təbrizdə konsulluğunun açmaq istəməz.
Çünki Təbrizdə sayılı sayda erməni var, konsulluq açmaqla orada nə iş görəcək?" (musavat.com)
Ayxan
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi