İranda dollar 206 min tüməni keçdi
Pezeşkian: Dövlətin işığı kəsilsin, amma istehsal müəssisələrinin elektrik enerjisi yox
Taliban ABŞ-a barış əlini uzatdı
Rusiya Kiyevə quru hücumuna hazırlaşır?
Misirin BƏƏ-dəki bankının dollar xidmətləri dayandırılacaq
Üç hərbçi altı aydan sonra İrana qayıtdı
İraqiçi: ABŞ enerji bazarını manipulyasiya edir
İranda daxili repressiyalar və ölüm hökmləri güclənib
Məşhəddə ailə başçısı ailə üzvlərini öldürdü
İlham Əliyev: Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir
İdxalat və ixracat azalıb- Pezeşkian
Amerikanın dəniz blokadası fonunda İranın ən böyük ticarət limanı fəaliyyətini dayandırıb
Kürdüstan əyalətinin yerli türk sakini olan bir ananın vali ilə söhbəti: Əyalətin bəzi hissələri tarixi türk və Azərbaycan əraziləridir - VİDEO
"Traktor" yeni mövsümdə dördüncü qələbəsini qazandı
Təbrizdə məhbus edam edilib
ABŞ sanksiyaları İranın Dubayla ticarətini sıxışdırsa da hələki tam kəsməyib — FT
Tehranda yanacaq çatışmazlığı - Uzun növbələr yaranıb
Statistika Mərkəzi avqust ayında ərzaq inflyasiyasının 128%-ə çatdığını açıqlayıb
Araqçi Əli Xameneinin ölümü ilə bağlı qisas alınacağını vəd edib
Pezeşkian İranda benzin qiymətlərinin artırılacağına işarə edib
Hörmüz boğazına alternativ olaraq Xəzər dənizi nəzərdən keçirilir- Media
İranın ticarət dövriyyəsi 35% azalıb — sanksiyalar və blokada iqtisadiyyata təsir edir (Reuters)
82 kommersiya gəmisi İran blokadası çərçivəsində istiqamətini dəyişib — CENTCOM
Putin Bişkekdə Ərdoğanla görüşəcək
SEPAH: Hörmüz İranla koordinasiyasız keçmək niyyətində olan bütün gəmilər üçün bağlıdır
Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir
Ərdəbldə daha bir iaşə obyektinin fəaliyyəti qadağan edildi
Müctəba Xamenei: Ölkənin zəif tərəflərini açıqlamaq düşmənə köməkdir
Lavrov: İrana hücumlar nüvə silahı tərəfdarlarını gücləndirdi
Rusiya Hörmüz boğazından keçid haqqı alınmasına qarşıdır
ABŞ Hörmüz boğazında İrana qarşı üstünlük əldə etdiyini bildirir – Axios
Bessent: ABŞ İranla əlaqələrinə görə Banque Misr UAE-yə qarşı ilk addımı atır
İran dünyadan ABŞ-ın yeni sanksiyalarını tətbiq etməməyi istəyib
İran Statistika Mərkəzi: Ərzaq məhsullarının qiyməti bir ildə 127 faiz artıb
Tramp “Artıq mehriban cənab yoxdur” xəbərdarlığını yenidən paylaşdı
İranda silahlı hücum- Ölən və yaralanan var
Mərkəzi əyalətdə daha 30 nəfər həbs edilib
Tramp: Hörmüz boğazı açıqdır, İranın cavabı “çox zəif” olub – Axios
İranda daha bir etirazçı edama məhkum edildi
Bu, İran hökumətinə qarşı təzyiqin şiddətlənməsidir- Media
Ərəb körfəzi ölkələri Hörmüz boğazını yan keçən marşrutlara milyardlarla dollar yatırır
İranın 7 əyalətində 11 bəhai həbs edilib
Meta İranda fəaliyyət göstərən və özünü ABŞ-da yaşayan fəal və tələbə kimi göstərən saxta hesabları silib
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul edib.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Üçtərəfli Bəyanatın imzalanmasının ardından Azərbaycan Prezidenti xalqa müraciət edib.
Dövlət başçısı müraciətində üçtərəfli Bəyanatın tarixi əhəmiyyəti olduğunu bildirib: “Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq”.
Prezident qeyd edib ki, bu bəyanat bizim şanlı qələbəmizdir: “Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Azərbaycan lideri bildirib ki, hərbi mərhələ başa çatıb: “Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır”.
Prezident İlham Əliyev qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyinin mühüm rol oynadığını da vurğulayıb: “Bu günlərdə biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi.
...Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur.
Çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa millətin nümayəndəsi orada yaşaya bilmir, sıxışdırırlar, sıxışdırırlar, sıxışdırırlar.
Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”.
Dövlət başçısı müraciətində Dağlıq Qarabağın statusu məsələsinə də toxunub: “Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur!”
...Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var”.
Prezident İlham Əliyev bəyan edib ki, bu müharibə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bütün dünyaya göstərib: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir.
Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.
Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək, bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilib.
Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.
Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.
Azərbaycan bu rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Bəyanata əsasən, Azərbaycan və Ermənistan arasında əsirlərin və cəsədlərin mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin müharibənin bitməsindən sonra imzaladığı sərəncamlarla Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr isə Zəfər Günü kimi təsis edilib. (Cebhe.info)
Ayxan
İdxalat və ixracat azalıb- Pezeşkian
Kürdüstan əyalətinin yerli türk sakini olan bir ananın vali ilə söhbəti: Əyalətin bəzi hissələri tarixi türk və Azərbaycan əraziləridir - VİDEO
Təbrizdə məhbus edam edilib
Tehranda yanacaq çatışmazlığı - Uzun növbələr yaranıb
Pezeşkian İranda benzin qiymətlərinin artırılacağına işarə edib
82 kommersiya gəmisi İran blokadası çərçivəsində istiqamətini dəyişib — CENTCOM
Ərdəbldə daha bir iaşə obyektinin fəaliyyəti qadağan edildi
Tramp “Artıq mehriban cənab yoxdur” xəbərdarlığını yenidən paylaşdı
Tramp: Hörmüz boğazı açıqdır, İranın cavabı “çox zəif” olub – Axios
Bu, İran hökumətinə qarşı təzyiqin şiddətlənməsidir- Media
Meta İranda fəaliyyət göstərən və özünü ABŞ-da yaşayan fəal və tələbə kimi göstərən saxta hesabları silib
İranın vitse-prezidenti: Rəhbərin öldürüləcəyini bilsəydim, zənginləşdirməni dayandırardım
Hörmüzganda 20 min nəfər işsiz qalıb – əmək rəsmisi
İran: səfir və Britaniya naziri diplomatik kanalların açıq saxlanılmasını müzakirə edib
Tramp Hörmüz boğazını yenidən “ABŞ ərazisi” elan etdi
İranda daha beş məhbus edam edildi
İranda hicaba görə daha bir neçə iaşə obyekti bağlandı
Vaşinqton Tehranla danışıqlarda maraqlı deyil - Tramp
Tramp Ontario gölünün adını dəyişdi (VİDEO)
Qanunsuz tullantıların atılması Mianqala biosfer qoruğunu təhlükə altında qoyur
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
Qonşuları hədələmək ciddi nəticələrə səbəb ola bilər - Haşemitəba
Mədəni fəal Təbriz həbsxanasına salındı
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
Qərbi Azərbaycanın məhkəmə sədri Tehrana aparıldı
ABŞ İrana qarşı ikinci dərəcəli sanksiyaların əhatə dairəsini genişləndirəcək — Reuters
İran polis rəisi iqtisadi narazılıqların iğtişaşlara səbəb ola biləcəyini bildirib
İranda daha 5 bəhai həbs edildi
TankerTrackers: İran yaxınlığındakı sürətli qayıq dəstələri qaçaqmalçılardır
Əhəd Əliyəvəndi haqqında bir həftədən çoxdur məlumat yoxdur
KİV: İrana yeni yaradılmış Məkkə müdafiə sazişinə qoşulmaq təklif edilib
Səudiyyə Ərəbistanı sahillərində bir tanker naməlum mərmi ilə vurulub — UKMTO
Paşinyan: Ermənistanı KTMT-dən çıxarsaydılar, məmnun olardım
Ərdəbildə narkotik satıcıları həbs edilib