SON XƏBƏRLƏR

İranda daha bir məhkum edam edilib

2022.11.16, 11:55
İranda daha bir məhkum edam edilib

Gunaz.tv

Dultan Seyfi adlı məhkumun noyabrın 13-də edam edilməsinə baxmayaraq, bu barədə xəbər 3 gün sonra məhbuslar tərəfindən zindandan xaricə ötürülüb.

İran Məhkəmə Sistemi və mediası edam barədə hər hansı bir açıqlama yaymayıb.

İranda məhkəmələrin fəaliyyətində şəffaflıq təmin olunmadığı üçün ictimaiyyət edam qərarlarının ədalətliliyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar