SON XƏBƏRLƏR

İranda dərman böhranı dərinləşir

2023.02.25, 12:30
İranda dərman böhranı dərinləşir

Gunaz.tv

İranən Ərzaq və Dərman Təşkilatının rəhbəri Heydər Məhəmmədi iki növ dərman çatışmazlığının aradan qaldırılacağı ilə bağlı vədlər versə də, başqa dərmanların təmin olunması barədə fikir bildirməyib.

Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi dərman çatışmazlığı böhranı barədə növbəti dəfə çıxış edib.

Onun sözlərinə görə, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu büdcə dərman bazarının yarısını belə əhatə etmir.

Dərman idxalçılarının və dərman xammalının likvidlik problemi göstərir ki, bütün xəbərdarlıqlara baxmayaraq, praktiki olaraq, hökumət dərman istehsalçılarının aşağı faizlə maliyyələşdirilməsi üçün heç bir əməli tədbir görməyib",- deyə, Həmid Xoyi bildirib.

O, mart ayından sonra İranda dərman çatışmazlığı böhranının dahada dərinləşəcəyi barədə xəbərdarlıq edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar