SON XƏBƏRLƏR

Rəsmi Vaşinqton İranın təklifini “qəbul edilməz” adlandırdı

2021.10.20, 07:36
Rəsmi Vaşinqton İranın təklifini “qəbul edilməz” adlandırdı

Gunaz.tv
GünAzTv: Fevralın 23-də Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinə ilk rəsmi məktub göndərib. Məktubda deyilir ki, İran az zənginləşdirilmiş uranını nüvə yanacağı ilə dəyişməyə hazırdır. Ancaq bu proses gərək İran ərazisində baş tutsun. GünAzTv mətbuat mərkəzinin "Azadlıqradiosu"-na istinadən yaydığı məlumata görə, Qərb dövlətləri bu əməliyyatın xaricdə keçirilməsini təklif edib. ABŞ (Ameürika Birləşmiş Ştatları) Dövlət Departamentinin sözçüsü Filip Krouli də bu təklifi «qəbul edilməz» adlandırıb. ABŞ İranı mübahisəli nüvə proqramı ilə əlaqədar xəbərdarlıq edərək bildirib ki, «vaxtı və səbri bitir». Ağ Evin sözçüsü Robert Qibbs İranı uranı zənginləşdirməkdə davam edəcəyi halda qarşılaşacağı nəticələrlə xəbərdarlıq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar