SON XƏBƏRLƏR

İran yeni nüvə müəssisələrini dağın içində tikəcək

2021.10.20, 07:36
İran yeni nüvə müəssisələrini dağın içində tikəcək

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran yeni atom obyektlərini (müəssisələrini) mümkün hücumlardan qorumaq üçün onları dağın içində tikməyi planlaşdırır. Bu sözləri İran nüvə enerjisinin rəisi Əli Əkbər Salehi İSNA-ya bildirib. Salehi əlavə edib ki, iki zavodun tikintisi yeni Hicri ilindən - martın 21-dən başlayacaq. Ümumilikdə İran rəhbərliyi 10 yeni zavod açmağı planlaşdırır. Obyektlərdən 5-nin yeri artıq seçilib. ABŞ (Amerika Birləşməş Ştatları) dövlət Departamentinin sözçüsü Filip Krouli deyib ki, İranın planları onun beynəlxalq ictimaiyyətlə əməkdaşlıqda maraqlı olmadığını göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar