SON XƏBƏRLƏR

Türk Generalları gizli müşavirə keçirib

2021.10.20, 07:36
Türk Generalları gizli müşavirə keçirib

Gunaz.tv
GünAzTv: Məlum olduğu kimi Türkiyədə hərbi çevriliş iddiaları ilə bağlı yeni həbs dalğası başlayıb. Xatırladaq ki, həbslərə səbəb «Taraf» qəzetinin 45 gün əvvəl ortaya atdığı «Balyoz» çevriliş planı ilə bağlı yazdığı məqalə səbəb olub. Ankara, İstanbul və İzmir şəhərlərində həbslər və axtarışlara başlayıb. Hərbi Hava Qüvvələrinin sabiq komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, istefada olan general Engin Alan və 10 polkovnik həbs edilib. Silahlı Qüvvələrə və PKK terroru ilə mübarizədə həlak olmuş, yaralanmış hərbçilərin ailələrinə yardım üçün yaradılmış Mehmetçik Vəqfinin baş ofisində axtarış başlayıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, 1-ci Ordunun sabiq komandanı, istefada olan ordu generalı Ergin Sayqun da həbs edilib. Engin Alan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının xüsusi təyinatlı qüvvələrinin komandanı olub. O, A. Öcalanın yaxalanması ilə bağlı gizli əməliyyata rəhbərlik edib. E. Alanın 4 illik komandanlığı dövründə PKK-nın 2-ci adamı Şəmdin Sakık da yaxalanıb. Ş. Sakık 1998-ci il aprelin 13-də İraqın şimalında yaxalanaraq Türkiyəyə gətirilib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında ehtiyatda olan yüksək rütbəli hərbçilərin saxlanılması ilə bağlı toplantı keçirilib. Toplantıda İstanbul Prokurorluğunda davam edən istintaqla bağlı yaranmış gərgin vəziyyət müzakirə olunub. İclasda Türkiyə Silahlı Qüvvələrinin bütün generalları və admirallar iştirak edib. Toplantıda qəbul edilən qərarlar barədə heç bir məlumat verilməyib. Türkiyədə başlanan həbslər ölkədə daxili vəziyyəti gərginləşdirib. Türkiyə Böyük Millət Məclisinin deputatları «Bizim Yol»a açıqlamalarında generalın həbsinə münasibət bildiriblər. MHP millət vəkili Toğrul Türkeş ölkədə baş verənləri ciddi narahatlıqla izlədiklərini dedi: «Biz də olub-bitənləri qəzetlərdən oxuyuruq. Nəyin baş verməsindən xəbərsizik. Anlamaq çətindir. Tutulan insanların günahkar olub-olmadığını deyə bilərəm. Hər şey araşdırmaların, təhqiqatın sonunda bəlli olacaq». Türkiyənin hüquq dövləti olduğunu deyən MHP-li deputat tezliklə hər şeyin açıqlamanmasının vacib olduğunu bildirdi: «Türk milləti baş verənlərin tezliklə açıqlanmasını gözləyir. Tutulan insanlar günahkardır yoxsa, günahkar deyil, bunu insanlar bilmək istəyir». AKP-dən olan deputat Səbahəttin Korkmaz da bildirir ki, Türkiyə hüquqi dövlət olduğundan kimlərinsə həbsinə münasibət bildirmək çətindir: «Türkiyədə məhkəmə müstəqildir. Biz hökumətdəyik. Amma məhkəmənin işinə müdaxilə edə bilmərik. Hüquq dövlətində hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Fərqi yoxdur, hansı görəvdə olub». Türkiyədə daxi siyasi gərginliyin artmasına gəlincə, AKP-li deputat deyir ki, olanlar ölkənin hüquq sistemini zəiflədə bilməz: «Mən ciddi bir gərginlik görmürəm. Sadəcə, yarğı öz işini görür».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar