SON XƏBƏRLƏR

“CONDOLLAH” lideri həbs edilib

2021.10.20, 07:36
“CONDOLLAH” lideri həbs edilib

Gunaz.tv
GünAzTv: İranda silahlı müxalifət qrupunun lideri həbs olunub. Uzun müddət İranın hədəfində olan Əbdülmalik Rigi İran bəluçlarının milli və dini hüquqları uğrunda mübarizə apardığını iddia edən “Condollah” silahlı qruplaşmasının rəhbəridir. İranın dövlət radiosu bildirib ki, «Cundulla» terror qruplaşmasının lideri Əbdülmalik Rigi İranda son illər bir neçə partlayış törətməkdə ittiham olunur. Bu partlayışlarda onlarla adam ölüb. Xəbəri İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) fevralın 23-də bəyanat yayaraq təsdiqləyib. ETTELAAT Ə.Riginin necə tutulduğunu izah etməyib. İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar isə bəyan edib ki, Ə.Rigi xaricdə yaxalanıb gətirilib. O, “Condollah”ın ikinci adamının da xaricdə tutulub ölkəyə gətirildiyini deyib. O Ə.Riginin harda və nə vaxt tutulması barədə açıqlama verməsə də, onun Pakistan ərazisində yaxalandığı ehtimal olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar