SON XƏBƏRLƏR

Kərrubi referendum istəyir

2021.10.20, 07:36
Kərrubi referendum istəyir

Gunaz.tv
GünAzTv: İranın müxalifət liderlərindən olan "Milli Etimad" partiyasının baş katibi Mehdi Kərrubi fevralın 11-də İran İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə keçirilən mitinqlər zamanı müxalifət tərəfdarlarına qarşı edilən hərəkətlərlə bağlı bəyanat yayıb. Bu barədə müxalifətyönlü "kaleme.org" xəbər saytı məlumat verib. Kərrubi əhaliyə "siyasi və təhlükəsizlik sıxıntılarının" olmasına baxmayaraq fevralın 11-də mitinqlərdə "geniş şəkildə və aktiv" iştirakına görə təşəkkür edib. Kərrubi həmin gün keçirilən mitinqlərin ölkənin bütün partiyaları, siyasi şəxsiyyətləri, müctəhidlərinin çağırışı ilə həyata keçirildiyini bildirir. O qeyd edib ki, bu mitinqlərdən əsas məqsəd milli problemlərin və böhranın həlli yollarını tapmaq idi, lakin təəssüflər olsun ki, bəzi gərginlik istəyən qüvvələr dövlət televiziyası və bəzi KİV-lərin vasitəsi ilə hadisələri tərsinə əhaliyə çatdırır və mitinqlər çərçivəsində baş vermiş vəhşilikləri gizlətməklə, mitinqləri öz mənafelərinə uyğun qələmə verdilər. Kərrubi əlavə edib ki, hökumət fevralın 11-də keçirilmiş mitinqləri öz "zorakılıq" siyasətlərinin təsdiqi üçün referendum kimi qələmə verir. "Mən konstitusiyanın 59-cu maddəsinin tələbinə əsasən, hazırkı böhrandan çıxmaq üçün referendum keçirilməyini və bununla "keşikçilər" hökumətinə son qoyulmağını təklif edirəm", - o deyib. Kərrubi bildirib ki, "gərginlik istəyən qüvvələr" çoxlu sayda həm Üsulgəra və həm də İslahatçılar düşərgəsindən iştirakçıların qatıldığı bu möhtəşəm mitinqlərdən törətdikləri cinayətləri, işkəncə faktlarını və həbsləri ört-basdır etmək üçün istifadə etməyə çalışırlar. "Fevralın 11-də keçirilmiş mitinqlər Tehran polisi, təhlükəsizlik qüvvələri tərəfindən hərbi meydana çevrilmişdi. Onlar xalqın səsini boğmağa çalışırdılar. Həmin gün mitinqlər çərçivəsində İranın daxili KİV-lərində xalqa qarşı gözyaşardıcı qazların atılması, xalqın döyülməsi faktlarını özündə əks etdirən heç bir kadr da göstərmədilər", - Kərrubi deyib. Kərrubi əlavə edib ki, keçirilən prezident seçkiləri göstərdi ki, hazırkı qarışıqlıqdan yeganə çıxış yolu referendumun keçirilməsidir. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar