SON XƏBƏRLƏR

Qərb mətbuatı Türk ordusunun səssiz qalmayacağını bildirir

2021.10.20, 07:36
Qərb mətbuatı Türk ordusunun səssiz qalmayacağını bildirir

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin "lent-az"-a istinadən yaydığı məlumata görə, Türkiyədə Silahlı Qüvvələrin sabiq komandanlarının həbsi qərb mətbuatının da diqqət mərkəzindədir. “Financial Times” qəzeti yazıb ki, baş verənlər siyasi islam kökənli AKP iqtidarı ilə ordu və məhkəmə sistemindəki dünyəvi dövlət tərəfdarları arasında gərginliyi daha da artıracaq. Ən diqqət çəkən şərh İngiltərənin “Guardian” qəzetinə məxsusdur. “Guardian” qəzeti Türkiyə ordusunun proseslərə müdaxilə edəcəyini proqnozlaşdırır. Türkiyə Silahlı Qüvvələri ilə bağlı geniş məlumatı olan ekspert Garet Cenkins də qəzetə açıqlamasında deyib ki, baş verənlər iki güc arasındakı iqtidar savaşıdır: “İndi prokurorların saxlanılanlar barədə həbs qərarı vermələri üçün 4 günləri var. Əgər bu baş versə, Türkiyə ordusu qətiyyən səssiz qalmayacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar