SON XƏBƏRLƏR

Türkiyədə daha 50 hərbi məmur həbs olundu

2021.10.20, 07:36
Türkiyədə daha 50 hərbi məmur həbs olundu

Gunaz.tv
GünAzTv: Fevralın 22-si Türkiyə polisi hərbi çevriliş cəhdi ilə hakimiyyəti ələ keçirmək üçün ölkədəki məscidləri partlatmağı planlaşdıran 50-dək hərbi məmuru həbs edib. 49 yüksək rütbəli hərbi məmur arasında baş generalın keçmiş müavini Ergin Sayqun, Hərbi Hava Qüvvələrinin keçmiş baş generalı İbrahim Fırtına və Hərbi Dəniz Qüvvələrinin baş admiralı Özdən Örnək də var. Ergin Sayqun İstanbul Fatih məhkəməsinə aparılan məmurlar arasında olub. Həbs edilən digər məmurlar arasında həmçinin istefada olan vitse-admiral Lütfi Sancar və polkovnik Əhməd Mətin Dikici də olub. Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan bu həbslərlə bağlı şərh verməkdən imtina edərək yalnız onu bildirib ki, bu addım prokurorların əmrləri ilə atılıb. Həmin şəxslər ölkədə qarışıqlıq yaratmaq üçün məscidləri partlatmaq cəhdində, həmçinin Türkiyənin hərbi təyyarəsini vurmaq planı ilə bağlı sövdələşmədə ittiham olunsalar da, onlar bu ittihamları rədd edirlər. Araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar