SON XƏBƏRLƏR

Güney Azərbaycanda bulunan Oqtay Əsədəv Təbrizi öz Ana vətəni adlandırdı

2021.10.20, 07:36
Güney Azərbaycanda bulunan Oqtay Əsədəv Təbrizi öz Ana vətəni adlandırdı

Gunaz.tv
GünAzTv: Dünən Güney Azərbaycanda bulunan Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov Təbrizi öz Ana vətəni adlandırdı. Cənab Əsədov və Azərbaycan Respublikasından getmiş nümayəndə heyəti böyük həvəslə Ana Vətənlərini ziyarət etdilər. Cənab Əsədov Güney Azərbaycanın Şərqi vilayətinin valisi Əhməd Əlirzabeygi ilə görüşdə Təbrizi ana vətəni adlandıraraq bu şəhərə gəlişinin hər azərbaycanlı kimi, onun da arzusu olduğunu söyləyib. O əlavə edib ki, Şərqi Azərbaycana bir daha səfər etsə, vilayətin bütün şəhərlərini gəzəcək. O. Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Təbriz traktor zavodunda olduqdan sonra şairlər məqbərəsinə gedib və Məhəmməd Hüseyn Şəhriyarın məzarını ziyarət edib. Bu arada Güney Azərbaycanın Şərqi vilayətinin valisi Əhməd Əlirzabeygi Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşündə bildirib ki, Təbrizlə Bakı arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr genişlənməlidir.O əlavə edib ki, Təbriz sənət, elm, ticarət və turizm sahələrində Azərbaycanla sıx əlaqələr qurmağa hazırdır və Təbriz əhalisi də buna çox meyllidir: “Biz Türkiyə ilə Azərbaycan arasında hərəkət edən ağır tutumlu avtomobillərin qısa müddətdə Azərbaycan Respublikasına çatması üçün Naxçıvan-Culfa sərhədindən yeni bir yol tikə bilərik”. Xatırladaq ki, artıq cənab Əsədov nümayəndə heyəti ilə birlikdə Bakiyə geri dönüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar