SON XƏBƏRLƏR

İranın Ermənistandakı səfiri Azərbaycanın ərazi bütövlüyünə zidd bəyanatını bir daha təkrarlayıb

2021.10.20, 07:36
İranın Ermənistandakı səfiri Azərbaycanın ərazi bütövlüyünə zidd bəyanatını bir daha təkrarlayıb

Gunaz.tv
GünAzTv: İranın Ermənistandakı səfirliyi parlamentin vitse-spikeri Məhəmməd Rza Bahünərin bəyanatına münasibət bildirib. Səfirliyin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ərdəşir Cavadi Panorama.am-a bildirib ki, Tehranın xarici siyasətlə bağlı rəsmi mövqeyini yalnız prezident, xarici işlər naziri və XİN aparatı ifadə edir. GünAzTv mətbuat mərkəzinin Ərdəşir Cavadi bildirib ki, digər şəxslərin bəyanatları yalnız şəxsi mülahizə kimi qəbul olunmalıdır və qeyri-rəsmi bəyanatlar sayılır. O, İranın Ermənistandakı səfiri Meyid Əli Saqayanın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə müşayiət olunan bəyanatını bir daha xatırladıb ki, İran Dağlıq Qarabağla ümumi sərhədlərə malikdir. Ermənistan KİV-i bu bəyanatı İranın Dağlıq Qarabağın müstəqilliyini tanıması kimi qiymətləndirir. Xatırladaq ki, İranın vitse-spikeri Məhəmməd Rza Bahünər Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşdə İranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün hər zaman səy göstərdiyini, bu səyləri davam etdirəcəyini bildirib. Qeyd edək ki, vitse-spiker İran parlamentinin əksəriyyətini təşkil edən mühafizəkarları təmsil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar