SON XƏBƏRLƏR

İran “Fars Körfəzi” sözünü yazmayan təyyərə şirkətlərinə xəbərdarlıq etdi

2021.10.20, 07:36
İran “Fars Körfəzi” sözünü yazmayan təyyərə şirkətlərinə xəbərdarlıq etdi

Gunaz.tv
GünAzTv: İran xəbərdarlıq edib ki, daxili uçuş monitorlarında "Fars Körfəzi" sözünü yazmayan hava yolları şirkətlərinin onun hava məkanından istifadəsinə qadağa qoyacaq. GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Nəqliyyat naziri hətta bu qaydaya əməl etməyən təyyarələri müsadirə edəcəkləri ilə də hədələyib. İran israr edir ki, onu cənub qonşularından ayıran su məkanı Fars Körfəzi kimi tanınmalıdır. Oranın sadəcə "Körfəz" adlandırılması İran hakimiyyətini qıcıqlandırır, Ərəb Körfəzi adlandırılması isə daha çox qəzəbləndirir. Bu yaxınlarda İran hava yolları üçün işləyən xarici pilot işindən azad olunub və İrandan çıxarılıb, çünki adı İranın istədiyi kimi söyləməyib. İndi isə İranın nəqliyyat naziri xarici hava yollarına 15 gün vaxt verib ki, öz uçuş monitorlarında adı Fars Körfəzi olaraq qeyd etsinlər. Bunu etməzlərsə, onların İranın hava məkanına girməsinə imkan verilməyəcək, deyə nazir xəbərdarlıq edib. Əgər bu təkrar olunarsa, xarici hava yollarına məxsus təyyarələr enməyə məcbur ediləcək və onların İranı tərk etmələrinə icazə verilməyəcək. Avropalılar və digərləri bir yana, bir neçə ərəb hava yollarına məxsus təyyarə hər gün İrana uçur. Onların cavabının nə olacağını gözləmək qalır. Nazir Həmid Behbahaniyə gəlincə isə, vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün ona impiçment çağırışları edildiyi bir vaxtda belə vətənpərvər bəyanat verməsi təsadüf ola da bilər, olmaya da.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar