SON XƏBƏRLƏR

Elxan Şahinoğlu: İran-Ermənistan münasaibətləri Azərbaycana qarşi yönəlib (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Elxan Şahinoğlu: İran-Ermənistan münasaibətləri Azərbaycana qarşi yönəlib (MÜSAHİBƏ)

Gunaz.tv
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun GünAzTv Mətbuat mərkəzinə müsahibəsi: - Elxan bəy, son vaxtlar İsrail siyasətçilərinin Azərbaycana səfərləri intensivləsib. Ümumiyyətlə, İsrail-Azərbaycan münasibətləri Cənubi Qafqaz üçün nələr vəd edir? - İsrail Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq etmək istəyir. İsrailin Azərbaycan neftinin əsas alıcılarından biri olduğu amilini də unutmamaq lazımdır. Buna görə də son zamanlar israilli rəsmilərin Azərbaycana səfərləri intensivləsib. Rəsmi Bakının İsraillə əməkdaşlığa meyl etdiyi hiss olunur. İsrail kənd təssərrüfatı və meliorasiya sahəsində dünya liderlərindən sayılır. Azərbaycan da öz növbəsində İsrailin bu təcrübəsindən istifadə etmək istəyir. Azərbaycan prezidenti İlham Əliyev ekologiya ilə bağlı keçirtdiyi son müşavirədə Xəzər dənizinin suyunun şirinləsdirilməsi vacibliyindən danışıb. İsrail bu texnologiyaya malikdir. Demək, yaxın gələcəkdə tək elə Xəzər suyunun şirinləsdirilməsi layihəsində Azərbaycan İsraillə əməkdaşlıq etməli olacaq. - Ola bilərmi ki, Amerikanın Cənubi Qafqaz bölgəsində mövqelərinin zəifləməsindən sonra, İsrail bu boşluğu doldurmaq istəyir... - Həqiqətən Barak Obama prezident seçildikdən sonra ABŞ-ın Cənubi Qafqazdakı mövqeləri zəifləyib. Obama Rusiya ilə münasibətlərin normallaşması naminə Cənubi Qafqazdakı proseslərə bir o qədər müdaxilə etmir. Ancaq bu o demək deyil ki, İsrail Cənubi Qafqazda ABŞ-ın yerini tuta bilər. İsrail Cənubi Qafqazda yeni oyunçudur və mövcud şərait siyasi və təhlükəsizlik baxımdan Tel-Avivə bu bölgədə fəal olmağa hələ bir o qədər imkan vermir. Bölgə ölkələri hələ ki, İsraillə iqtisadi əməkdaşlığı genişləndirə bilərlər. - İran bu məsələdən istifadə edib, Azərbaycanda nəsə qarışılıqlıq yarada bilərmi? İranın buna yetərincə təsir imkanları varmı? - İsrail-Azərbaycan münasibətləri açıq-aşkar İranı qıcıqlandırır. Təsadüfi deyil ki, israilli rəsmilərin Bakıya səfərlərinin ardından Təbrizdə Azərbaycan konsulluğu qarşisında mitinq düzənləndi. Aydındır ki, radikal qrupların konsulluq qarşisındakı mitinqinin və Azərbaycan bayrağının orada yandırılmasının arxasında Tehrandakı hakim qüvvələr dayanır. Ancaq inanmıram ki, Tehran bu kimi vasitələrlə Azərbaycan-İsrail münasibətlərinin axarını dəyişdirə bilsin. İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qərbin İrana qarşi planlarında Azərbaycan yer almayacaq. Odur ki, İsrail-Azərbaycan münasibətləri üçüncü dövlətə qarşi yönəlməyib. Bunun qarşilığında isə İran-Ermənistan münasaibətləri üçüncü dövlət – Azərbaycana qarşi yönəlib. Tehran hər vasitə ilə işgalçını şirniklənidir, Ermənistanın keçmiş və indiki prezidentləri ilə sıx dialoq qurub. Rəsmi Bakı da məhz bu amili əlində rəhbər tutaraq işgalçıya dəstək verən Tehranın istəyi əsasında İsraillə əməkdaşlıqdan imtina edəsi deyil. Tehran hələ ki, Azərbaycanda qarışıqlıq yaradacaq qədər qüvvəyə sahib deyil. Tehran yalnız Bakının hansısa səmtində dini şüarlarla 5-10 nəfəri küçələrə çixarda bilər. Bunun əvəzində isə İranda azərbaycanlılar ədalət və azadlıq şüarlarıyla küçələrə çixsalar Tehran daha böyük təlatümlə üzləsər. Tehran Azərbaycanı Qərblə və İsraillə əməkdaşlıqdan uzaqlaşdırmaq əvəzinə öz daxili problemlərini həll etsə daha yaxşi olar. İran vaxtilə Ermənistana dəstək verməsəydi, İrəvana iqtisadi yardım əli uzatmasaydı, əksinə işgalçıya Türkiyə kimi münasibət göstərsəydi, bəlkə də Bakı Tehranın istəyi əsasında ABŞ və ya İsraillə münasibətlərdə məsafə saxlayardı. Ancaq Tehran Azərbaycanın maraqlarına tam tərs addımlar atdı. Ona görə də bu siyasətindən sonra Tehranın Bakıya ünvanlanmis “İsraillə əməkdaşlıq etməyin” tələbinin heç bir məntiqi və dəyər gücü yoxdur. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar