SON XƏBƏRLƏR

Xarici mətbuat: Amerika İrana qarşı hücum planı hazırlayır

2021.10.20, 07:36
Xarici mətbuat: Amerika İrana qarşı hücum planı hazırlayır

Gunaz.tv
GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, Rəsmi Tehranın uranın zənginləşdirilməsi istiqamətində daha iki zavodun inşası haqqında qərarı ABŞ- da (Amerika Birləşmiş Ştatlar) birmənalı qarşılanmayıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunun qarşısını almaq ücün rəsmi Vaşinqton İranda yerləşən nüvə stansiyalarına hücüm haqqında plan hazırlamağa başlayıb. “BBC NEWS” isə nəzərdə tutulan hərbi hücüm barədə ABŞ-ın Birləşmiş Komitəsinin rəhbəri Mayk Mullenin fikirlərinə diqqət çəkir: “İrana qarşı hərbi müdaxilə bu ölkənin nüvə siyasətini ləngidə bilər, ancaq tam həll etmək iqtidarında olmayacaq”. Amerikalı politoloqlar Ceyms Lindsi və Rey Teyki öz növbəsində İrana hücümun tərəfdarı olmadıqlarını bildiriblər: “Əgər bu baş verərəsə bu həm region üçün, həmdə dünya üçün ciddi fəsadlar yarada bilər. Çünki nüvə müharibəsinin başlanması dünyanın sonu deməkdir”. Ceyms Lindi isə qəti əmin olduğunu bildirib ki, əgər İrana hücüm olsa rəsmi Tehran dərhal İsraili məhv etmək istəyəcək: “ İsraillə münasibətlər elə də yaxşı deyil. İran bilir ki, İsrail ABŞ-ın müttəfiqdir. Odur ki, İrana hərbi müdaxilə olsa, İsrail bunun ziyanını cəkəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar