SON XƏBƏRLƏR

“Ana dili” günü İran Təhlükəsizlik Qüvvələri Azərbaycan şəhərlərini jiddi nəzarət altına aldı

2021.10.20, 07:36
 “Ana dili” günü İran Təhlükəsizlik Qüvvələri Azərbaycan şəhərlərini jiddi nəzarət altına aldı

Gunaz.tv
GünAzTv: İran İslam Respublikası BMT-nin bir üzvü olaraq nəinki Ana Dili ile bağlı öhdəliyini yerinə yetirib bütün xalqların Ana dilinin inkişafına şərait yaratmır, hətta dövlət səviyəsində qeyr-fars dillərinə ağır zərbələr vurur və qeyr-fars xalqları üçün Ana dili gününü qeyd etməyə belə imkan vermir. Dünən 21 fevral beynəlxalq səviyədə “Ana dili” günü qeyd edildi. BMT-nın üzvü olub onun insan haqlarl ilə bağlı maddələrini təsdiqləyən və ana dili hüququnu səthi səviyədə öz Ana yasasındada əks etdirən İran bütün gücü ilə “Ana dili” gününün qeyd olunmasına maneçilik yaratdı. Güney Azərbaycanın müxtəlif şəhərləri o cümlədən Təbriz şəhər əhalisi gün ərzində İran Təhlükəsizlik Qüvvələri və Silahlı dəstələrin aktivləşməsinin şahidi oldu. Kütləvi etirazlardan vahiməyə düşən hakimiyyət, Təbrizin bir çox məhəlləsində o cümlədən Şəhnaz meydanı və ətraf xiyabanlarda silahli dəstələr yerləşdirdi. Onlar vəziyyəti kontrol etmək üçün silahli dəstələr şəklində Motorsikletlərlə şəhərdə gəzişirdilər. Silahlı dəstələrdən başqa sivil paltarlı dəstələrdə bütün şəhərə dağılıb 2 , 3 nəfərdən artıq toplaşmaya imkan vermirdilər. Anoloji vəziyyət Azərbaycanın bütün bölgələrində xususi ilə böyük şəhərlərində qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar