SON XƏBƏRLƏR

Milli-mədəni fəal Abdullah Səduqi həbsxanada aclıq aksiyasına dəvam edir

2021.10.20, 07:36
Milli-mədəni fəal Abdullah Səduqi həbsxanada aclıq aksiyasına dəvam edir

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanın Milli-mədəni fəallarından biri, Tirəxtur komandasının tərəfdarı cənab Abdullah Səduqi həbsxanada aclıq aksiyasına başlayıb. O Təbriz Zindanında 2010-cu il fevral ayının 18-dən (Bəhmənin 29-u) aclığa başlayıb. O aclıq aksiyasina başladığına görə, zindan məsullarının qəzəbinə tuş gəlib. Məsullar fevralın 20-də ona bildiriblər ki aksiyanı dayandırmayacağı təqdirdə Təbrizin xususi bəndinə köcürüləcək. Xususi bənd isə sözü gedən zindanın ən çətin və natəmiz bəndi sayılır. Xatırladaq ki, Abdullah Səduqi 2010-cu il yanvar ayının 18-də Təbrizin ETTELAAT (İran Kəşfiyat Nazirliyi) əməkdaşları tərəfindən həbs olunub. O nisf-rah məhəlləsində qardaşı Hüseyn Səduqi ilə birlikdə ETTELAAT əməkdaşları tərəfindən hücuma məruz qalıb və döyülmüşdü. Döyülən iki qardaş həmən Saxlanılma məntəqəsinə aparılıb, sorğu-suala tutulmuşdu, Hüseyn bir neçə saat sonra buraxılıb ancaq Abdullah hələdə həbsdə saxlanılır. öncədən Tirəxtur Klubu və Təbrizin İrşad İdarəsinin icazəsi ilə yayılan Tırəxtur afişalarının qanuni olduğuna baxmayaraq Abdullah bəy reklam və afişaların nəşr və yaymaq vasitəsi ilə sistemin əleyhinə fəaliyətdə günahlandırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar