SON XƏBƏRLƏR

Tehranda tanınmış jurnalist sui-qəsd nəticəsində komaya düşdü

2021.10.20, 07:36
Tehranda tanınmış jurnalist sui-qəsd nəticəsində komaya düşdü

Gunaz.tv
GünAzTv: İranda daha bir jurnalist terrora tuş gəlib. Hadisə ötən gecə yerli vaxtla saat 21:00-da Tehranın Fələstin xiyabanında İranın "Keyhan" qəzetinin Araşdırmalar Mərkəzinin üzvü və müxbiri Pəyam Fəzlinəjada qarşı baş berib. GünAzTv mətbuat mərkəzinin FARS xəbər agentliyinə istinadən yaydığı məlumata görə, Fəzlinəjad naməlum şəxslər tərəfindən küt və kəsici alətlərlə hücuma məruz qalıb. baş nahiyəsindən yaralanmış jurnalist hazırda koma vəziyyətində xəstəxanadadır. Qeyd edək ki, P. Fəzlinəjad İranın tanınmış jurnalistlərindəndir, bir neçə siyasi kitabın müəllifidir. O, həmçinin İranda prezident seçkilərindən sonra baş verən qarışıqlığın səbəbkarlarının əleyhinə yazıları ilə gündəmdə olan jurnalistlərdəndir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar