SON XƏBƏRLƏR

30-a yaxın ölkədə “Xocalıya ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriləcək

2021.10.20, 07:36
30-a yaxın ölkədə “Xocalıya ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriləcək

Gunaz.tv
GünAzTv: Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymətin verilməsi və anılmasını təmin etməkdir. GünAzTv mətbuat mərkəzinin “zaman” qəzetinə istinadən yaydığı məlumata görə, Fevralın 23-dən martın 1-dək dünyanın 30-a yaxın ölkəsində “Xocalıya ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriləcək. Sözügedən kampaniyaya İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin fevralında start verilib. İKT-nin Gənclər Forumunun baş katibi Elşad İsgəndərov keçirdiyi mətbuat konfransında deyib ki, kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymətin verilməsi və anılmasını təmin etməkdir. Aksiyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsi ilə aparılır. E. İsgəndərov sözügedən saytın Ermənistanda qadağan olunduğunu deyib. Onun sözlərinə görə, kampaniya çərçivəsində ABŞ rep müğənnsi Toni Bləkmən və Azərbaycanın “Dəyirman” qrupunun iştirak etdiyi “Xocalıya ədalət” adlı rep janrında yazılan musiqili klip üzərində də işlər yekunlaşıb. Mahnı Xocalı həqiqətlərini dünyaya çatdırmaq məqsədi daşıyır: “Həm Xocalı faciəsi, həm də Qarabağ həqiqətləri ilə bağlı bir çox kitablar nəşr edib yaymışıq. Dünyanın müxtəlif ölkələrində, ayrı-ayrı beynəlxalq təşkilatlar qarşısında, o cümlədən Xocalı soyqırımının insanlığa qarşı cinayət kimi qəbul edilməsi istiqamətində işlər aparmışıq. Avropa Şurası, Avropa Birliyi, BMT və digər təşkilatlrara, habelə ABŞ prezidentinə, ABŞ Konqresinə, Türkiyə rəhbərliyinə, eləcə də digər ölkələrin rəhbərlərinə faciə ərəfəsində müraciət olunacaq. Bu işlər gələcəkdə də davam etdiriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar