SON XƏBƏRLƏR

İran Xəzərə yeni hərbi gəmi buraxacaq

2021.10.20, 07:36
İran Xəzərə yeni hərbi gəmi buraxacaq

Gunaz.tv
GünAzTv: İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xamenei fevralın 19-da İranın yerli istehsalı ilk hərbi gəmisi “Camaran”ın açılış mərasimində iştirak edərək bildirib ki, ABŞ-in (Amerika Birləşmiş Ştatları) “İranın nüvə silahına yiyələnmək istəyinə” dair iddiaları təkrar olunmuş, köhnə və yalan iddialardır. İran rəhbəri bildirib ki, belə yalan iddialar qarşısında hissiyata qapılmayacayaqlar. O, bir daha İranın nüvə proqramının sülh məramlı olduğuna işarə edərək bildirib ki, “İranlıların dini etiqadları və inamları nüvə silahlarını qadağan edib. Belə silahlar insan nəslini tükətdiyi üçün İslamda haram sayılır və biz bu qadağaya əməl edəcəyik.” Xameneinin bu çıxışı əslində MAQATE-nin İranın nüvə proqramı ilə bağlı son raportuna cavab kimi dəyərləndirilməlidir. Qurumun yeni sədri Yukiya Amano öz raportunda İranın nüvə proqramını şübhəli adlandıraraq bildirib ki, “İranın nüvə başlığı hazırlamağa çalışdığı ehtimal olunur.” O, bu sənəddə İranın nüvə fəaliyyətinə görə öz narahatşılığını vurğulayıb. Amanonun bu sənəddəki ifadələrinin qurumun keçmiş rəhbəri Əl-bəradeinin istifadə etdiyi cümlələrdən daha ağır və ittiham edici xarakterdə olduğu diqqətdən yayınmır. MAQATE raporuna ilk reaksiya ABŞ-dan gəlib. ABŞ dövlət katibiyinin sözcüsü Filib Je Kravli MAQATE-nin yeni raporuna işarə edərək bildirib ki, qurumun yeni raporu beynəlxalq aləmin İrana qarşı yeni sanksiyaların tətbiq olunmasına daha ciddi yanaşacağına yardım edəcək. O bildirib ki, Tehran dəfələrlə əməkdaşlıqdan və müzakirələrdən boyun qaçıraraq heç bir öhdəliyi qəbul etməyib. ABŞ-ın İrana qarşı son zamanlarda sərtləşən mövqeyi və ona qarşılıqlı olaraq İran yetkililərin hədələyici bəyanatları regionda hadisələrin başqa səmtə yönəlməsinə gətirib çıxarır. Daima müharibə qorxusu altında yaşayan və müxtəlif sanksiyalarla üzləşən İran hərbi baxımdan güclənməyə cəhd göstərir. Bu çərçivədə rəsmi Tehran bu problemi bir yandan başda Rusiya olmaqla Qərb blokuna daxil olmayan bəzi xarici dövlətlərdən təmin etdiyi silahlarla həll etməyə çalışıb. İranın bu problemi həll etmə istiqamətindəki digər mühüm fəaliyyəti isə öz hərbi-sənaye kompleksini inkişaf etdirmək olub. Rəsmi Tehran bu baxımdan başda uzun mənzilli raket istehsalı olmaq üzrə müəyyən uğurlar da qazanıb. İlk yerli hərbi gəminin istehsalı isə bu sahədə yeni bir önəmli addım sayılabilər. Bu addımın İrana hərbi müdaxilə təhlükəsinin artdığı, rəsmi Tehranın Rusiya ilə münasibətlərində “qış buzlanmasının” baş verdiyi dövrdə atılması hadisiənin önəmini daha da gücləndirməkədir. Bundan başqa İranın Hərbi Dəniz Qüvvələri (HDQ) komandirinin müavini Qulamrza Xadimin ikinci gəminin də inşasına davam etdirildiyini və bunun də ölkənin şimalında, yəni Xəzər dənizində istismara buraxılacağına dair açıqlaması da təhülkəni Azərbaycan baxımından daha aktuallaşdırmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar