SON XƏBƏRLƏR

Dr. Fərhad Qabusi: tələbə elmi ən yaxşı öz ana dilində öyrənə bilər

2021.10.20, 07:36
Dr. Fərhad Qabusi: tələbə elmi ən yaxşı öz ana dilində öyrənə bilər

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanlı fizik və dil üzrə tətqiqatçı Doktor Fərhad Qabusi Beynəlxalq Ana Dili Güne münasibətilə İranda Ana dili problemi məsələsi barədə VOA-ya müsahibə verib. Almaniyanın Konstans şəhərinin Politeknik Universitətində dərs deyən Dr. Qabusinin fikrinə görə dil insanları biri-birinə yaxınlaşdıran bir amildir. Elm dil vasitəsilə öğrəniləbilər. O ana dilinin və ana dilində təhsilin önəmini xüsusi ilə vurğulayır və deyir ki, tələbə elmi ən yaxşı öz ana dilində öyrənə bilər. Dr. Qabusi alavə edir ki, insanın ana dilində təhsil almaması, həm onun həm də ölkədə elmin inkişafının qarşısını alır. Buna görə də İran fəsəfə və riyaziyat sahəsində lazımi qədər inkişaf edə bilməyib. Çünki, ki İranda yaşıyanların çoxu öz ana dillərində təhsil ala bilmirlər. Alimin fikrinə görə dünyanın bir çox ölkələrində etnik grupların dilləri azaddır və bu mövzu, problemə səbəb olmur amma İrandakı vəziyyət ölkənin və əhalinin inkişafının qarşısını alır. Doktor Farhad Qabusiyə görə, İran hökuməti İranın inkişafını istəyirsə, Fars dilindən ayrı dilləri təhlükə kimi görməməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar