SON XƏBƏRLƏR

Ermənilər iranlı fermerlər üçün min hektar torpaq sahəsi ayırıb

2021.10.20, 07:36
Ermənilər iranlı fermerlər üçün min hektar torpaq sahəsi ayırıb

Gunaz.tv

İranla Ermənistan iqtisadi sahədə əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir.GünAzTv:

İranla Ermənistan iqtisadi sahədə əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. İranın "Dostluq Cəmiyyəti"nin katibi Mirqasım Momeni bildirib ki, Ermənistanda "İnvestisiya İmkanları" mövzusunda keçirilən beynəlxalq konfransda iki ölkənin yüksək çinli məmurları arasında bir sıra investisiya layihələrinin həyata keçirilməsi üzrə razılıq əldə olunub. Qaynar.info ANS Press-ə istinadən xəbər verir ki, layihələr əsasən kənd təsərrüfatı, heyvandarlıq və sənaye ilə bağlıdır. Qeyd edək ki, iranlı sərmayədarlara Ermənistan ərazisində yağlı və yem bitkilərinin becərilməsi, eləcə də heyvandarlığın inkişaf etdirilməsi üçün 1 min hektar yararlı torpaq ayrılıb. İl ərzində bu sahə 4 min hektaradək genişləndirilib. Mirqasım Momeni qeyd edib ki, İran hökumətinin siyasəti ölkənin canlı mal-qaraya olan daxili tələbatını idxal hesabına ödəməyə yönəlib. 2009-2010-cu illər ərzində Ermənistandan İrana 140 min baş mal-qara ixrac edilib, bu göstərici 500 minədək artırıla bilər. //QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar